Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar şəhidləri unudulmur

19 yanvar 2014 | 16:00

Bu gün İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsini təşkilatçılığı ilə Uşaq Yaradıcılıq Mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya verilib.
Tədbir Şəhidlərimizin əziz xatirələrini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin aparıcı məsləhətçisi V.Salehov xalqımızın başına gətirilən müsibətlərdən, Bakıda törədilən vandalizmdən danışıb.
Ulu Öndər Heydər Əliyevin imperiya əleyhinə gedərək  bu faciəyə  düzgün siyasi qiymət verməsindən, Ulu Öndərin  hər zaman xalqının yanında olmasından söz açıb.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam  edib.
Dövlət bayrağının səhnəyə gətirilməsi ilə tədbir sona çatıb.

Keçidlər