Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • I Avropa Oyunlarına dəstək məqsədilə gəncl...

    I Avropa Oyunlarına dəstək məqsədilə gənclərlə yaşlılar arasında yarış

    2015-06-17

    Bakıda keçirilən I Avropa Oyunlarına dəstək məqsədilə Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman idarəsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon Komitəsi və stolüstü oyunlar üzrə rayon federasiyası ilə birgə 17 iyun 2015-ci il tarixdə çay evində gənclərlə yaşlılar arasında şahmat və nərd üzrə rayon birinciliyi keçirdi.

  • İsmayıllıda Milli Qurtuluş günü qeyd olundu

    İsmayıllıda Milli Qurtuluş günü qeyd olundu

    2015-06-13

    Ulu öndərin böyük dəyər verdiyi İsmayıllı rayonunda rəhbərlik və əhali onun adı ilə bağlı olan bütün tədbirləri yüksək səviyyədə, zəngin forma və məzmunda keçirir. Heydər Əliyev Mərkəzində “Milli Qurtuluş günü”nün qeyd edilməsi də belə tədbirlərdən oldu.

  • Tarixdə bənzəri olmayan Olimpiya Oyunlarının ...

    Tarixdə bənzəri olmayan Olimpiya Oyunlarının açılışı Uşaq-əyləncə mərkəzində izləndi

    2015-06-13

    Millli olduğu qədər bəşəri, tarixliyi və müasirliyi özündə əks etdirən, olimpiya oyunları tarixində öz orjinallığı ilə seçilən Birinci Avropa Oyunlarının açılışı (şousu) rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təklifi ilə Uşaq-Əyləncə parkında birgə izləndi.Yay kinoteatrı və bütövlükdə park buna hazırlanmışdı.

  • TQDK İsmayıllıda  buraxılış imtahanları ke...

    TQDK İsmayıllıda buraxılış imtahanları keçirdi.

    2015-06-12

    İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iyunun 11-də keçirilən buraxılış imtahanları müvəffəqiyyətlə başa çatıb.

  • Bitkiçiliyin inkişafına həsr olunmuş müşavi...

    Bitkiçiliyin inkişafına həsr olunmuş müşavirə

    2015-06-09

    İsmayıllı rayonu ərazisində əkinə yararlı torpaqlarda bitkiçiliyin inkişafı ilə əlaqədar səmərəli tədbirlər həyata keçirilir. Nəticələr də illər üzrə müqayisədə yüksələn xətlə gedir. 2014-cü ildə hər hektarın məhsuldarlığının artması, 82 min ton taxıl istehsal olunması deyilən fikiri tam təsdiq edir.

  • Portuqaliya və Xorvatiya velosipedçiləri İsmay...

    Portuqaliya və Xorvatiya velosipedçiləri İsmayıllıda

    2015-06-09

    Birinci Avropa Oyunlarına dəstək məqsədilə Azərbaycana gələn Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə ölkənin Şimal-Qərb bölgəsinə səfər etmişlər. 09 iyun 2015-ci il tarixdə velosipedçilər İsmayıllıya gəlmişlər. Birinci Avropa Oyunlarına dəstək məqsədilə Azərbaycana gələn Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə ölkənin Şimal-Qərb bölgəsinə səfər etmişlər. 09 iyun 2015-ci il tarixdə velosipedçilər İsmayıllıya gəlmişlər.

  • “Dostlarla Oyunlara” kompaniyasına İsmayıll...

    “Dostlarla Oyunlara” kompaniyasına İsmayıllı gəncləri də qoşuldu

    2015-06-09

    “İrəli” İctimai Birliyinin 28 may-28 iyun 2015-ci il tarixlər üçün start verdiyi “Dostlarla Oyunlara” kampaniyası bölgələrə səfərlər edir, simvolik humanitar aksiyalar keçirir. Kampaniyanın növbəti dayanacağı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmiş İsmayıllı rayonu oldu.

  • Birgə seminar-müşavirə

    Birgə seminar-müşavirə

    2015-06-08

    İsmayıllı rayon icra hakimiyyətinin akt zalında 08 iyun 2015-ci il tarixdə Fövqəladə hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi ilə ismayıllı rayon icra Hakimiyyəti “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Şimal-Qərb Regional Mərkəzinin yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili və mövcud problemlər” mövzusunda birgə seminar-müşavirə keçirib.

  • “Üfüq” Gənclərin  İnkişafı Naminə icti...

    “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin maarifləndirmə tədbiri

    2015-06-08

    2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” seçilən İsmayıllıda QHT-lərin, ictimai təşkilatların, idman sahəsində çalışanların tədbirləri intensiv xaraker alır. 8 iyun 2015-ci il tarixdə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin həyata keçirilməsi” adlı tədbiri daha diqqətçəkən olub.

  • İsmayıllı I Avropa Oyunlarına  hazırlaşır

    İsmayıllı I Avropa Oyunlarına hazırlaşır

    2015-06-06

    İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon Gənclər və İdman idarəsinin və YAP rayon təşkilatı Gənclər Birliyinin icraçılığı ilə 06 iyun 2015-ci il tarixdə Uşaq-Gənclər kitabxanasının akt zalında fəal gənclərin toplantısı keçirilib. Burada I Avropa Oyunları zamanı ölkəmizə səfər edəcək turistlərin rayonumuzda qarşılanmasına hazırlıq işlərinin gedişi müzakirə olunub. Oyunların açılışı və gedişi ilə əlaqədar rayon gənclərinin və idmançılarının fəaliyyət proqramı dəqiqləşdirilib. Əvvəlcə Prezident İlham Əliyevin I Avropa Oyunları Məşəlini Atəşgahdan alovlandırmasına və Məşəlin İsmayıllıda qəbul olunmasına həsr edilmiş qısa filmlərə baxılıb.

  • “Əlvida bağça, salam məktəb”

    “Əlvida bağça, salam məktəb”

    2015-06-05

    5 iyun 2015-ci il tarixdə şəhər 1 nömrəli uşaq bağçasında " Əlvida bağça, salam məktəb" adı altında tədbir keçirildi.Tədbirdə Rayon İcra Hakimiyyətinin, RTŞ-nin , Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri və valideynlər iştirak etdilər.Uşaqların maraqlı çıxışları qonaqları məmnun etdi. Sonda bağça müdiri Qalibə Abdullayeva məktəbəhazırlıq dövrünü müvəffəqiyyətlə başa vuran uşaqlara tərifnamə və hədiyyələr təqdim etdi.

  • Azərbaycan Respublikası ictimaiyyətinə

    Azərbaycan Respublikası ictimaiyyətinə

    2015-06-03

    Azərbaycan Respublikası ictimaiyyətinə “Bölgələrdən paytaxta” layihəsi icrasında iştirak edən İsmayıllı rayon nümayəndələrinin M Ü R A C İ Ə T İ

  • “Bolgələrdən paytaxta” layihəsi icra olund...

    “Bolgələrdən paytaxta” layihəsi icra olundu.

    2015-06-03

    2 iyun 2015-ci il tarixdə Bakı şəhəri Gənc Tamaşaçılar Teatırında təşkil olunmuş “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində İsmayıllının “Mədəniyyət, incəsənət və turizm potensialının təqdimatı” tədbirləri keçirilmişdir.

  • İsmayıllıda 1 iyun Uşaqların  Beynəlxalq Mü...

    İsmayıllıda 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd olundu.

    2015-06-01

    "1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar Heydər Əliyev parkında tədbir həyata keçirildi. Mərasimdə RİHB-nın müavini S.Əhmədova, Gənclər və İdman idarəsinin rəisi T.Salehov, RTŞ-si metodkabinetinin müdiri Hümbət Əsədov və digərləri qonaq qismində iştirak edirdilər.

  • Ruşan və Qalacıq kəndlərində yeni poçt bina...

    Ruşan və Qalacıq kəndlərində yeni poçt binalarının açılışı olmuşdur

    2015-05-28

    28 may 2015-ci il tarixində İsmayıllı poçt filialının Ruşan və Qalagah kənd şöbələrinin yeni binalarının açılışı olmuşdur. Açılışda Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Cümşüd Dadaşov, İsmayıllı poçt filialının müdiri Söhbət Pənahov , kənd ictimaiyyətinin nümayəndləri iştirak ediblər. Çıxış edənlər yaradılmış şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minətdarlığını bildirmişlər. Məlumat üçün bildirək ki, ümumi sahəsi 30 m2 olan hər bir yeni binada bütün poçt xidmətləri üçün lazımi şərait yaradılmışdır.

  • ADR-in yaranmasının 97-ci ildönümü qeyd edild...

    ADR-in yaranmasının 97-ci ildönümü qeyd edildi

    2015-05-27

    Azərbaycan Demokratik Respublikasının banilərindən olan Məmmədəmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün yaşı eralarla ölçülən Lahıcı seçmişdi. Qədim Lahıcın mənsub olduğu İsmayıllıda 27 may 2015-ci il tarixdə Respublika günü qeyd edilib. ”Heydər Əliyev ” mərkəzinə toplaşan “Heydər Əliyev idarəetmə məktəbi” nin müdavimləri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda məruzəsini dinləyiblər.

  • “Bakı 2015”-in məşəli İsmayıllıda

    “Bakı 2015”-in məşəli İsmayıllıda

    2015-05-26

    Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə gətirilib. Şəhərin girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi oldu. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul etdi. Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəldilər.

  • Azərbaycanın dövlət müstəqilliyinin bərpas...

    Azərbaycanın dövlət müstəqilliyinin bərpası XX əsrdə xalqımızın ən böyük nailiyyətidir

    2015-05-25

    İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri üçün ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən açıq dərslər başa çatıb. AZƏRTAC xəbər verir ki, sonuncu dərsdə şəhər 2 və 6 saylı tam orta məktəblərindən 62 nəfər yuxarı sinif şagirdi iştirak edib.

  • İstedadlar, qaliblər mükafatlandırıldı

    İstedadlar, qaliblər mükafatlandırıldı

    2015-05-22

    İsmayıllının keyfiyyətli təhsil ənənələrini uğurla davam etdirən Rayon İcra Hakimiyyəti Rayon Təhsil şöbəsi ilə birgə dövlət təhsil, gənclər və idman siyasətinin həyata keçirilməsində əldə olunan naliyyətləri mütamadi təqdir edir, qalibləri növbəti qələbələrə səfərbər edən tədbirlər həyata keçirir. “Gənclər mərkəzi”ndə 22 may 2015-ci il tarixdə keçirilən toplantıda bütün il boyu əqli, elmi, fiziki, bilik və yaradıcılıq istiqamətlərində güclü potensialını nümayiş etdirmiş məktəblilərə və gənclərə layiq olduqları mükafatlar təqdim edilmişdir.

  • Xankəndi və Bizlan kəndlərində səyyar-görü...

    Xankəndi və Bizlan kəndlərində səyyar-görüş qəbul keçirildi

    2015-05-21

    21 may 2015-ci il tarixdə RİH-nin başçısı Mirdaməd Sadıqov Xankəndi kəndində vətəndaşlarla görüşüb. Son illər respublikada və rayonda görülən işlərdən bəhs edən rayon rəhbəri kəndin problemlərindən də xəbəri olduğunu vurğulayıb.

  • “Zərərli vərdişlər, narkomaniya və onun f...

    “Zərərli vərdişlər, narkomaniya və onun fəsadları” mövzusu məktəblərdə

    2015-05-21

    1 saylı orta məktəbdə “Zərərli vərdişlər, narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin direktoru Şahin Gənciyev açaraq qonaqları salamlayıb və mövzunu iştirakçılara elan edib. RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək zərərli vərdişlər, narkomaniya, yaranma səbəbləri və fəsadları barədə iştirakçıları məlumatlandırıb. RTŞ-nin əməkdaşı Hümbət Əsədov zərərli vərdişlərdən xilas olmağın yollarından, asudə vaxtın düzgün təşkil edilməsindən bəhs edib.

  • “Şəxsiyyətin formalaşması şəxsiyyətə h...

    “Şəxsiyyətin formalaşması şəxsiyyətə hörmətdən başlanır”

    2015-05-21

    21 may 2015-ci il tarixdə Heydər Əliyev mərkəzində Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin birgə rəhbərliyi ilə “Şəxsiyyətin formalaşması şəxsiyyətə hörmətdən başlanır” (Şagird-müəllim, valideyn-məktəb münasibətləri nümunəsində) mövzusunda 127 nəfərin iştirakı ilə “Dəyirmi masa” keçirildi.

  • Fransanın nümayəndə heyəti İsmayıllıda

    Fransanın nümayəndə heyəti İsmayıllıda

    2015-05-20

    III Qlobal Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransanın nümayəndə heyəti 20 may 2015-ci il tarixdə İsmayıllıya səfər etmişdir. Nümayəndə heyətinin üzvlərini və onları müşaiyət edən rəsmiləri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Millət vəkili Ərəstun Cavadov qarşılamışlar. Qonaqlar səmimiyyətlə qarşılandıqdan sonra şəhərin Nizami Gəncəvi küçəsində ucaldılmış “Soyqırım abidəsi” önünə əklillər və gül dəstələri qoyulmuşdur. Müxtəlif zamanlarda ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırım hadisələrindən səfər iştirakçılarına geniş məlumat verilmişdir.

  • Avstriya Qızıl Xaç Cəmiyyətinin Prezidenti c...

    Avstriya Qızıl Xaç Cəmiyyətinin Prezidenti cənab Cerald Şopferin rəhbərlik etdiyi nümayəndə heyəti İsmayıllı rayonuna səfər etmişdir

    2015-05-19

    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov Avstriya Qızıl Xaç Cəmiyyətinin Prezidenti cənab Cerald Şopferin rəhbərlik etdiyi nümayəndə heyətini rayon İcra Hakimiyyətində qəbul etmişdir.

  • 4-cü Beynəlxalq Türk sənətləri tarixi və fo...

    4-cü Beynəlxalq Türk sənətləri tarixi və folkloru konfransı

    2015-05-17

    14-16 may tarixlərində Türkiyənin Konya şəhərində 4-cü Beynəlxalq Türk sənətləri tarixi və folkloru konfransı keçirilib. Tədbiri Türkiyənin Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər Bələdiyyəsi, İtaliyanın Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Assosasiyası (YOCOCU), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan) birgə təşkil edib.

əvvəlki [36] növbəti