Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

21 yanvar 2014 | 16:00

20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü İsmayıllı rayonunda  rayon ictimaiyyətinin Şəhidlər Xiyabanına yürüşü ilə başlanıldı. Rayon rəhbərliyi başda olmaqla minlərlə rayon sakini Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidlərin məzarları üstünə tər qərənfillər düzüldü, dualar oxundu. Ziyarətdən sonra rayonun Mərkəzi Meydanında matəm mitinqi keçirildi, saat 12:00-da şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Rayonda bir neçə yerdə ağsaqqallar, Qarabağ əlilləri və şəhid ailələri üçün ehsan süfrələri  açıldı.

Keçidlər