Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Növbəti “nümayəndə günü” keçirildi

    Növbəti “nümayəndə günü” keçirildi

    2015-12-25

    25 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələrin iştirakı ilə növbəti “nümayəndə günü” keçirildi. Tədbiri giriş sözü ilə RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov açaraq, qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və bayram günlərində gücləndirilmiş iş rejimində işləmələri barədə onlara müvafiq tapşırıq və tövsiyələrini verdi. Sonra 07-30 yanvar 2016-cı il tarixlərdə İƏD üzrə nümayəndəliklərdə 2015-ci ildə görülmüş işlər barədə hesabat yığıncaqlarının təşkili və keçirilməsi barədə danışdı, bu məqsədlə hazırlanmış cədvəli onların diqqətinə çatdırdı. İƏD üzrə nümayəndəliklərin 2016-cı ilin birinci yarımili üçün iş planlarının tərtibi və razılaşdırılması barədə geniş danışaraq müvafiq tapşırıqlarını verdi. Sonda Dövlət Arxivinin İsmayıllı rayon şöbəsinin müdiri İ.Əkbərov İƏD üzrə nümayəndəlikərin sənədlərini Dövlət Arxivinə verilməsinin vacibliyindən danışdı.

  • İsmayıllı Dövlət Humanitar və Texnologiya Ko...

    İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci həmrəylik gününü qeyd edib

    2015-12-25

    25 dekabr 2015-ci il tarixdə Qala şadlıq sarayında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramını təntənəli tədbirlə qeyd edib. Tədbirdə qonaq qismində İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov da iştirak edib. Tədbirdə tələbələr musiqi nömrələri və səhnəciklər nümayiş etdiriblər. İl ərzində fəallıq göstərən tələbələr fəxri fərmanla mükafatlanıb.

  • “Ən yaxşı müəllim” müsabiqəsinin qalibl...

    “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri

    2015-12-22

    2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  • “Ən yaxşı ümumi təhsil müəssisəsi”

    “Ən yaxşı ümumi təhsil müəssisəsi”

    2015-12-22

    2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  • "Səfir olsaydım, Azərbaycanı necə təbli...

    "Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim"

    2015-12-20

    “Demokratik Islahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və İsmayıllı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Bakı şəhərindən gəlmiş bir qrup jurnalistlərlə Peşə Tədris Mərkəzi,İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İnnovasiya qrupunun fəal gənclərinin iştirakı ilə "Səfir olsaydım,Azərbaycanı necə təbliğ edərdim" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbiri İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq qonaqları salamladı və İsmayıllı gənclərinin fəallığının uğurlu nəticələrini diqqətə çatdırdı. İctimai Birliyin rəhbəri Vüsalə Hüseynova layihə barədə ətraflı məlumat verərək layihənin məqsədini iştirakçıların diqqətinə çatdırıb. Layihə çərçivəsində gənclər müxtəlif fikirlər təkliflər səsləndiriblər.

  • U-18 yeniyetmələr arasında Azərbaycan birincil...

    U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilmişdir.

    2015-12-20

    15-18 dekabr 2015-ci il tarixlərdə Bakı İdman sarayında Beynəlxalq qaydalara uyğun olaraq cüdo üzrə U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilmişdir. Dekabrın 16-da start götürən cüdo üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində İsmayıllının cüdoçu qızları da öz qüvvələrini sınayıblar.

  • Karate üzrə rayon birinciliyi keçirildi

    Karate üzrə rayon birinciliyi keçirildi

    2015-12-20

    20 dekabr 2015-ci il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü menasibətilə İsmayıllı rayon Gənclər və İdman idarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə karate üzrə rayon birinciliyi keçirildi.

  • "İsmayıllı rayonunda vətənpərvərliyin ...

    "İsmayıllı rayonunda vətənpərvərliyin təbliğinə dəstək"

    2015-12-18

    İsmayıllı Rayon Uşaq Kitabxanasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İsmayıllı rayonunda vətənpərvərliyin təbliğinə dəstək" layihəsi çərçivəsində təlim keçirilib.

  • Yaponiyanın İto şəhəri İsmayıllı uğurlar...

    Yaponiyanın İto şəhəri İsmayıllı uğurlarına sevinir

    2015-12-17

    Hörmətli cənab Sadıqov, “Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi xəbəri bizim hədsiz sevincimizə səbəb oldu. Ənənəvi xalq sənəti təcrübəsini qoruyan və nəsillərə ötürən insanlara hörmət və ehtiramımızı bildirmək istərdik.

  • "Gündoğar Ölkə ilə Odlar Yurdunun qovuş...

    "Gündoğar Ölkə ilə Odlar Yurdunun qovuşması"

    2015-12-16

    15 dekabr 2015-ci il tarixdə Yaponiyanın Azərbaycandakı səfirliyi və JTİ şirkətinin təşkilatçılığı ilə “VA-LİQA” musiqi qrupu ismayıllıların qonağı olub. Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində qrupun ənənəvi musiqi konserti keçirilib. Qrupun əsas məqsədi Yaponiyanın folkloruna olan marağı artırmaq, milli musiqini tanıtmaqdan ibarətdir.

  • Fövqəladə Hallar Nazirliyi - 10

    Fövqəladə Hallar Nazirliyi - 10

    2015-12-16

    Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibəti ilə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Heydər Əliyev Mərkəzinə gələrək ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Tədbir daha sonra İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında davam edib.

  • Seminar-müşavirə

    Seminar-müşavirə

    2015-12-16

    16 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələrin müavinlərinin iştirakı ilə növbəti seminar-müşavirə keçirilib. Tədbirdə RİH başçısı Aparatının Ərzai idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, İƏD üzrə nümayəndələrin müavinləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə acan Rüstəm Səmədov “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-İVQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə müavinlər tanış edildilər və Qanunun icrası barədə qarşıda duran vəzifələrdən danışaraq tövsiyə və tapşırıqlarını verdi.

  • Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə a...

    Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ağacəkmə tədbiri keçirildi

    2015-12-16

    Son illər rayonumuzda aparılan abadlıq və quruculuq işlərinin fonunda ətraf mühitin saflaşdırılması və yeni yaşıllıq zolaqlarının salınması istiqamətində adıcıl tədbirlər həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq 16 dekabr 2015-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının təşəbbüsü və iştirakı ilə rayonun Heydər Əliyev prospekti, M.Orucov və digər küçələrində 500-dən artıq sərv cinsindən olan ağaclar əkildi. Ağaclar aqrotexniki qaydalara uyğun əkilməklə suvarılması da həyata keçirildi. Bu kimi tədbirlər bundan sonra da ardıcıl surətdə davam etdiriləcəkdir.

  • İsmayıllı və Evian-Le-Ba şəhərləri arasın...

    İsmayıllı və Evian-Le-Ba şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası qüvvəyə minib

    2015-12-15

    Fransanın Evian-Le Ba şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq xartiyası imzalanıb. İmzalanma mərasimində çıxış edən Evian-Le Banın meri Mark Fransina Azərbaycan nümayəndə heyətini şəhərdə görməkdən məmnunluğunu bildirib. O, xartiyanın mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan, xüsusilə əldə edilmiş iqtisadi nailiyyətlərdən danışıb. O, xartiyanın dövlətimizin başçısının apardığı xarici siyasətin uğurlu nəticəsi olduğunu qeyd edib.

  • İsmayıllı nümayəndə heyəti Fransanın Evian...

    İsmayıllı nümayəndə heyəti Fransanın Evian su zavodunda olub

    2015-12-15

    İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Evian su zavodunda olub. Zavodun fəaliyyəti ilə tanışlıq zamanı oxşar təbiətə malik İsmayıllı və Evian şəhərlərinin təbii ehtiyatlarla zəngin olduğu vurğulanıb. Həmçinin Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılmasının, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalının dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğu diqqətə çatdırılıb. Su zavodunun istehsal fəaliyyətini izlədikdən sonra tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

  • Yaponiyanın İto şəhərindən təşəkkür mək...

    Yaponiyanın İto şəhərindən təşəkkür məktubu

    2015-12-14

    Hörmətli cənab Sadıqov, İto şəhərinin qonaqlama könüllü qrupu və eləcə də İto şəhəri Beynəlxalq Xalqdan Xalqa təşkilatının (People to People İnternational İto) üzvlərinə qonaqpərvərlik göstərdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin böyük köməyiniz nəticəsində Yapon mədəniyyətinə aid tədbirlərin uğurlu şəkildə keçirildiyini bilmək bizim üçün çox xoşdur. Tədbirlər boyunca göstərdiyiniz dəstəyə görə səmimi qəlbdən çox təşəkkür edirik.

  • Ümummilli lider Heydər Əliyevin vəfatının 12...

    Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü

    2015-12-12

    12 dekabr 2015-ci il tarixdə İsmayıllı şəhərində Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım tədbiri səhər saatlarından başlayıb. Rayon rəhbərliyi, ziyalılar, dövlət qrumları, müharibə və əmək veteranları, müəllim və şagird kollektivlərinin, şəhər sakinlərinin iştirak etdiyi tədbirdə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi yad edilib.

  • Uşaq Yaradıcılıq Mərkəzində Ulu öndərin a...

    Uşaq Yaradıcılıq Mərkəzində Ulu öndərin anım günü münasibətilə tədbir keçirilib

    2015-12-11

    11 dekabr 2015-ci il tarixdə İsmayıllı Rayon Təhsil şöbəsi Uşaq Yaradıcılıq Mmərkəzində Ulu öndərin anım günü münasibətilə tədbir keçirib. Öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  • Rayon  Mərkəzi  Xəstəxanasında  “Heydər  ...

    Rayon Mərkəzi Xəstəxanasında “Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib

    2015-12-11

    Rayon Mərkəzi Xəstəxanasında “Heydər Əliyev və Azərbaycanda səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib. İlk olaraq Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Mərkəzi Xəstəxananın baş həkimi Aydın Əsədov tədbiri giriş sözü ilə açaraq Azərbaycanda səhiyyə sahəsindəki uğurların Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.

  • Böyük siyasətçi və dövlət xadiminin vəfat...

    Böyük siyasətçi və dövlət xadiminin vəfatından 12 il ötür

    2015-12-11

    Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.

  • İvanovka kəndində Ulu öndər Heydər Əliyevin...

    İvanovka kəndində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

    2015-12-10

    10 dekabr 2015-ci il tarixdə İvanovka kəndində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İvanovka İƏD üzrə nümayəndəliyin, kənd tam orta məktəbinin və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Tədbir daha sonra Nikitin adına kolxozun iclas zalında davam edib. Çıxış edənlər Ulu öndərin həyat və fəaliyyətinə toxunub, onun Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında, inkişaf etdirilməsindəki rolundan daşıblar. Məktəbin şagirdləri heydər Əliyevə həsr olunmuş şerlər səsləndiriblər.

  • Fəxri xiyaban və Şəhidlər xiyabanı  ziyarət...

    Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət edilib

    2015-12-10

    Ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutan İsmayıllı sakinlərinin bir qrupu Rayon İcra Hakimiyyətinin və İsmayıllı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 10 dekabr 2015-ci il tarixdə Bakıya - Fəxri xiyabana gedib və Ulu öndərin məzarını ziyarət edib. Tərkibi gənclərdən ibarət olan qrup ümummilli lideri dərin ehtiramla andıqdan sonra Şəhidlər xiyabanında 20 yanvar faciəsi və Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edib

  • “Kütləvi çıxarış” kampaniyası İsmayıl...

    “Kütləvi çıxarış” kampaniyası İsmayıllıda

    2015-12-09

    Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 9 saylı ərazi idarəs “Kütləvi çıxarış” kampaniyasını 9 dekabr 2015-ci il tarixdə İsmayıllı rayonunun Topçu kəndində keçirib. Kampaniyada əvvəllər müxtəlif qurumlar tərəfindən verilmiş qeydiyyat vəsiqələri, aktlar, şəhadətnamələr, əmrlər və digər mülkiyyət sənədləri əsasında kütləvi şəkildə çıxarışlar təqdim olunub.

  • Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini...

    Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə məktəblilər arası rayon birinciliyi keçirilmişdir.

    2015-12-09

    Bu gün İsmayıllı şəhər Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə məktəblilər arası rayon birinciliyi keçirilmişdir.Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.

  • Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi...

    Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi zəngin məzmunlu, müxtəlif formalı tədbirlərlə anılır.

    2015-12-08

    İsmayıllı rayon icra hakimiyyəti ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər planı hazırlamış, bütün icraçıların, mətbuat, təhsil işçiləri, ictimaiyyət, gənclər və idman təşkilatları nümayəndələrinin iştirakı ilə müzakirə etmiş, keçiriləcək tədbirləri proqramlaşdırmışdır. Anım gününə həsr olunmuş dəyirmi masa arxasında söhbətlər, idman turnirləri, Heydər Əliyev siyasətinin müxtəlif istiqamətlərinə həsr olunmuş siyasi-ideoloji konfranslar rayonun bütün yaşayış məntəqələrini və təşkilatlarını əhatə edir.

əvvəlki [37] növbəti