Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ibrahimovun doğum günü 2 saylı tam orta məktəbdə

08 fevral 2014 | 16:00

 Artıq dördüncü ildir ki İsmayıllı şəhər A.Aslanov   adına 2 saylı tam orta məktəbdə 7 Fevral Mübariz İbrahimovun doğum günündə məktəbi bitirmiş məzunlarla məktəb  müəllim və şagird kollektivinin  görüşü keçirilir. Bu ildə belə oldu. Məktəbin gənc müəllimləri və məzunları əvvəlcə Milli Qəhrəman M.İbrahimovun  xatirəsinə həsr olunmuş  yürüşə qoşularaq rayon gənclərinin yürüşünə qoşularaq"Şəhidlər xiyabanı"na getdiler. Sonra məktəbin akt zalında qəhrəmanın xatirəsi bir dəqiqəlik  sükutla yad edildi. Şagirdlər vətənə məhəbbət ruhlu şeirlər və mahnılar ifa etdilər. Görüşdə müəllimlər, yuxarı sinif şagirdləri və məzunlar öz ürək sözlərini ,arzu və istəklərini dilə gətirdilər. Məzunlardan Kazımlı Pərviz ,Talıbzadə Sevinc , Qasımlı Nərgiz, Ağazadə Turanə ,Səmədzadə Seymur, Ağazadə Zaur ,Səmədova Həcər ,Əliyev Ceyhun çıxış edərək gənclərin cəmiyyətdəki fəal rolundan sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyinden bəhs etdilər..Maraqlı fikir mübadiləsi keçirildi.Məktəbi bitirmiş məzunların sinif müəllimləri, sinif rəhbərləri  və onlara dərs deyən fənn müəllimləri xoş arzularını bildirdilər.Tədbirin sonunda məktəbin direktoru Ramil Dadaşov çıxış edərək məktəbin uğurlarından ,bugünkü nailliyyətlərindən söhbət açdı. O,gənclərimizə Mübariz kimi vətənpərvər, düşmənə qarşı amansız olmağı, vətənin əsil vətəndaşı kimi böyüməyi arzuladı.O ,qeyd etdi ki, vətən üçün canından keçən igid oğullarımızı dönə -dönə xatırlamalı,onların ruhu qarşısında baş əyməliyik.Çünki onları unutmağa bizim mənəvi haqqımız yoxdur.

Keçidlər