Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ibrahimovun doğum günü 3 saylı tam orta məktəbdə

08 fevral 2014 | 16:00

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.Bu münasibət ilə Bu münasibət ilə 3 saylı tam orta məktəbdə  şəhidin xatirəsi yad olundu.Əvvəlcə müəllim və şagirdlər şəhid məzunların xatirəsinə həsr olunmuş abidəni gül dəstələri ilə ziyarət etdilər.Abidənin qarşısında şagirdlərimizdən ibarət fəxri qarovul düzülmüşdü.Tədbiri giriş nitqi ilə məktəbimizin direktoru Əhmədağa Ələkbərov açdı.O qeyd etdi ki, məktəbimizin də 9 şəhid məzunu vardır.Mübariz İbrahimov başda olmaqla bu şəhidləri tez-tez ziyarət etmək, elecə də gənc nəslə vətənpərvərlik hissi aşılamaq hər bir vətən oğlunun müqəddəs borcudur.Sonda isə Milli Qəhrəman MÜbariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi Qasımov Toğrul ,Seyidova Günəş,Novruzova Aidənin ifasında şeirlər və məlumatlar səsləndi.

Keçidlər