28 may 2015-ci il tarixində İsmayıllı poçt filialının Ruşan və Qalagah kənd şöbələrinin yeni binalarının açılışı olmuşdur. Açılışda Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Cümşüd Dadaşov, İsmayıllı poçt filialının müdiri Söhbət Pənahov , kənd ictimaiyyətinin nümayəndləri iştirak ediblər. Çıxış edənlər yaradılmış şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minətdarlığını bildirmişlər. Məlumat üçün bildirək ki, ümumi sahəsi 30 m2 olan hər bir yeni binada bütün poçt xidmətləri üçün lazımi şərait yaradılmışdır.
Azərbaycan Demokratik Respublikasının banilərindən olan Məmmədəmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün yaşı eralarla ölçülən Lahıcı seçmişdi. Qədim Lahıcın mənsub olduğu İsmayıllıda 27 may 2015-ci il tarixdə Respublika günü qeyd edilib. ”Heydər Əliyev ” mərkəzinə toplaşan “Heydər Əliyev idarəetmə məktəbi” nin müdavimləri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda məruzəsini dinləyiblər.
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə gətirilib. Şəhərin girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi oldu. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul etdi. Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəldilər.
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri üçün ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən açıq dərslər başa çatıb. AZƏRTAC xəbər verir ki, sonuncu dərsdə şəhər 2 və 6 saylı tam orta məktəblərindən 62 nəfər yuxarı sinif şagirdi iştirak edib.
İsmayıllının keyfiyyətli təhsil ənənələrini uğurla davam etdirən Rayon İcra Hakimiyyəti Rayon Təhsil şöbəsi ilə birgə dövlət təhsil, gənclər və idman siyasətinin həyata keçirilməsində əldə olunan naliyyətləri mütamadi təqdir edir, qalibləri növbəti qələbələrə səfərbər edən tədbirlər həyata keçirir. “Gənclər mərkəzi”ndə 22 may 2015-ci il tarixdə keçirilən toplantıda bütün il boyu əqli, elmi, fiziki, bilik və yaradıcılıq istiqamətlərində güclü potensialını nümayiş etdirmiş məktəblilərə və gənclərə layiq olduqları mükafatlar təqdim edilmişdir.
21 may 2015-ci il tarixdə RİH-nin başçısı Mirdaməd Sadıqov Xankəndi kəndində vətəndaşlarla görüşüb. Son illər respublikada və rayonda görülən işlərdən bəhs edən rayon rəhbəri kəndin problemlərindən də xəbəri olduğunu vurğulayıb.
1 saylı orta məktəbdə “Zərərli vərdişlər, narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin direktoru Şahin Gənciyev açaraq qonaqları salamlayıb və mövzunu iştirakçılara elan edib. RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək zərərli vərdişlər, narkomaniya, yaranma səbəbləri və fəsadları barədə iştirakçıları məlumatlandırıb. RTŞ-nin əməkdaşı Hümbət Əsədov zərərli vərdişlərdən xilas olmağın yollarından, asudə vaxtın düzgün təşkil edilməsindən bəhs edib.
21 may 2015-ci il tarixdə Heydər Əliyev mərkəzində Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin birgə rəhbərliyi ilə “Şəxsiyyətin formalaşması şəxsiyyətə hörmətdən başlanır” (Şagird-müəllim, valideyn-məktəb münasibətləri nümunəsində) mövzusunda 127 nəfərin iştirakı ilə “Dəyirmi masa” keçirildi.
III Qlobal Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransanın nümayəndə heyəti 20 may 2015-ci il tarixdə İsmayıllıya səfər etmişdir. Nümayəndə heyətinin üzvlərini və onları müşaiyət edən rəsmiləri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Millət vəkili Ərəstun Cavadov qarşılamışlar. Qonaqlar səmimiyyətlə qarşılandıqdan sonra şəhərin Nizami Gəncəvi küçəsində ucaldılmış “Soyqırım abidəsi” önünə əklillər və gül dəstələri qoyulmuşdur. Müxtəlif zamanlarda ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırım hadisələrindən səfər iştirakçılarına geniş məlumat verilmişdir.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov Avstriya Qızıl Xaç Cəmiyyətinin Prezidenti cənab Cerald Şopferin rəhbərlik etdiyi nümayəndə heyətini rayon İcra Hakimiyyətində qəbul etmişdir.
14-16 may tarixlərində Türkiyənin Konya şəhərində 4-cü Beynəlxalq Türk sənətləri tarixi və folkloru konfransı keçirilib. Tədbiri Türkiyənin Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya Böyükşəhər Bələdiyyəsi, İtaliyanın Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Assosasiyası (YOCOCU), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan) birgə təşkil edib.
16 may 2015-ci il tarixdə Rayon Statistika idarəsinin akt zalında İƏD üzrə nümayəndələrin müavinləri ilə seminar keçirildi. Tədbirdə RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov, İsmayıllı rayon Statistika idarəsinin rəisi Ə.Əzizov iştirak edib.
14-16 may 2015-ci il tarixlərdə Rayon Təhsil şöbəsinin akt zalında, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “e-Learning və e-Research modelinin öyrənilməsi üzrə maarifləndirmə seminarlarının təşkili” layihəsi çərçivəsində 10-11-ci sinif şagirdlərinə təlim keçirilmişdir.
15 may 2015-ci il tarixdə Rayon Mədəniyyət Mərkəzində yazıçı-publisist Məmmədmirzə Rzayevin yeni nəşr olunmuş “Olmuş əhvalatlar, lətifələr və rəvayətlər” kitabının təqdimat mərasimi keçirildi. Tədbirin aparıcısı, şair Maarif Soltan giriş sözü ilə müəllif və kitab haqqında məlumat verdi. Qeyd olundu ki, bu kitab tarixi-etnoqrafik bir toplu olmaqla, özündə olmuş əhvalatları, lətifələri, rəvayətləri əks etdirən folklor nümunəsidir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş "Ailə bayramı" keçirildi Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP-ın İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, UADM-ın direktoru Lətifə Əliyeva, fəal ailələr, nişanlı və nikahı kəsilən cütlüklər, ağsaqqallar, körpə fidanlar və digər qonaqlar iştirak edirdilər.
15 may 2015-ci il tarixdə “Könüllülük fəaliyyətinin təbliği gənclər” İctimai Birliyinin əməkdaşları tərəfindən “Gənclərin karyera qurma və peşə seçimi istiqamətində marifləndirici tədbirin həyata keçirilməsi” adlı layihənin icrası Heydər Əliyev Mərkəzində keçirildi.
14 may 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı şəhər 7 saylı , Uştalqışlaq, kəlbənd , Cülyan kənd tam orta məktəblərinin XI sinif şagirdləri Heydər Əliyev irsinin öyrənilməsinin növbəti məşğələsində iştirak etdilər. Dərsdə rayon İcra Hakimiyyətinin məsul işçisi və rayon təhsil şöbəsinin nümayəndələri də iştirak etdilər.
12 may 2015-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi ilə birgə qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə mentorluq proqramı həyata keçirir.
Mayın 12-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci arasında futbol üzrə yoldaşlıq oyunu kecrilib. Oyun İsmayıllı Olimpiya-İdman Kompleksinin futbol meydançasında baş tutub. Oyunun 1-ci hissəsi 3-3 hesabı ilə bitsə də, 2-ci hissədə təzyiqi artıran İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci daha bir qol vuraraq qalib gəlib. Futbol oyunu ilə başlanğıcı qoyulan yoldaşlıq gələcəkdə müxtəlif istiqamətlərdə də davam etdiriləcəkdir.
Azərbaycan Respublikasi Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə 10 may 2015-ci il tarixdə Cəmşid Naxcıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçirilmişdir.Yarışdan öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
May ayının 11-də dünyanın bir çox ölkələrində yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi və nümayəndə heyəti İsmayıllı rayonuna səfər edib. Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər. Qonaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkil və portretlər, rəsm və dekorativ sənət nümunələri, doğma Azərbaycanımızın xəritə və bayrağının güllərdən ibarət əl işləmələri, görünüşü və ifadəliliyi ilə diqqəti cəlb edən müxtəlif kompozisiyalara baxıblar.
May ayının 10-da İsmayıllı şəhər mərkəzi meydanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı təşkil olunub. Bayramda RİH-nin başçısı Midaməd Sadıqov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
13 aprel-9 may 2015-ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasını keçirmişdir. Mini futbol, həndbol, atletika, şahmat, dama, stolüstü tennis idman növləri üzrə məktəblilər yarışlarda iştirak etmişdir.
9 may 2015-ci il tarixində İsmayıllı poçt filialının İvanovka və Qalagah kəndlərində şöbəsinin yeni binalarının açılışı olmuşdur. Açılışda Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Cümşüd Dadaşov, İsmayıllı poçt filialının müdiri Söhbət Pənahov iştirak ediblər. İvanovka İƏD üzrə nümayəndə Olqa Jabina və kəndin poçt şöbəsinin müdiri Oleq Radayev, Qalagah kənd sakinləri adından çıxış edən Şahmalı Salmanov yaradılmış şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minətdarlığını bildirmişlər.
İsmayıllı rayonunda 9 may “Qələbə Günü” təntənəli şəkildə qeyd olundu. Bayram tədbiri 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin üzərinə yürüşlə başladı. Alman faşizmi üzərində qələbənin 70-ci ildönümü münasibəti ilə hərbi geyimli şagirdlərin paradı keçirilidi və abidənin üzərinə əklil qoyuldu.