Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 22-ci il dönümünə həsr edilmiş rəsm müsabiqəsi

21 fevral 2014 | 16:00

İsmayıllı Rayon Gənclər və İdman idarəsi rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə 20 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində 26 fevral-Xocalı soyqırımının 22-ci il dönümünə həsr edilmiş rəsm müsabiqəsi keçirmişdir.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi T.Salehov və İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri A.Abbasov öz çıxışlarında Odlar Yurdu Azərbaycanın daim bədxah düşmənlərimizin hücum hədəfi olduğundan, tanrının xalqımıza bəxş etdiyi nemətlərin həsrətini çəkən mənfur varlıqlar tərəfindən günahsız həmvətənlərimizin soyqırıma məruz qaldığından qısaca olaraq danışdılar.
Müsabiqə Xocalı soyqırımıda həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Rəsm müsabiqəsində rayonumuzun 24 həvəskar rəssamı iştirak etmişdir. Müsabiqənin nəticələrini münsiflər heyyəti əl işlərinə baxış keçirdikdən sonra müəyyən etdi. Münsiflərin yekun qərarına görə Həsənli Zülfiyyə Kamran qızı I yerə, Faxtıyev İsmayıl Əliyar oğlu II yerə, Ramazanova Fatimə Tahir qızı III yerə, üç nəfər gənc – Məhərrəmov Rafayıl Mehman oğlu, Hüseynov İlkin Əflatun oğlu, Əsədova Aysu Qismət qızı isə həvəsləndirici yerlərə layiq görülmüşlər.
I, II, III yerlərin qalibləri rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət və Turizm Şöbəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olmuşdur. Həvəsləndirici yerlərin qaliblərinə isə Rayon Mədəniyyət və Turizm Şöbəsinin diplomları təqdim edilmişdir.

Keçidlər