Şriftin ölçüsü :

Saytın rəngi :

Talış kənd məktəbində tədbir keçirildi

22 fevral 2014 | 16:00

Talış kənd ümumi orta məktəbində Xocalı soyqırımına dair geniş tədbir keçirildi. Tədbirdə şagird və müəllimlərlə yanaşı valideynlər də iştirak edirdilər. Tədbirdə məktəbin direktoru Seymur Abbasov çıxış edərək xalqımızın üzləşdiyi münaqişələrdən, soyqırımlardan, deportasiyalardan, Xocalı sakinlərinin başlarına gələn danışdı. Sonra məcburi köçkun düşmüş müəllimlərin acı xatirələrlə dolu çıxışları dinlənildi. Şagirdlərin hazırladıqları kiçik səhnəciklər tədbir iştirakçılarına təqdim edildi, Xocalı faciəsini əks etdiren fotoslaydlara baxıldı.
Daha sonra tədbir iştirakçıları Qarabağ müharibəsində həlak olanların məzarlarını ziyarət ediblər.

Keçidlər