Şriftin ölçüsü :

Saytın rəngi :

"Xoca" bədii filmi

25 fevral 2014 | 16:00

Bu gün Gənclər Mərkəzində Rayon Mədəniyyət və Turizm şöbəsinin,Təhsil şöbəsinin, Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Xoca" bədii filmi  nümayiş olunmuşdur.

Azərbaycan kino ekspessionizmi janrında olan filmin rejissoru və ssenari müəllifi ANS şirkətlər qurupunun prezidenti Vahid Mustafayev, baş prodüsseri Mir Şahin, prodüsser Eyyub Danişvərdir.
Qeyd edək ki, baş rollarda İlqar Musayev, Nigar Bahadirqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova və Mina çəkilib.
Filmdə Vahid Mustafayev soyqırımın necə başlanması və bu hadisələrin pərdə arxası məqamlarını ön plana çəkib. Film ermənilərin Xocalıda törətdiyi soyqırımdan bəhs edir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cərəyan edən hadisələri işıqlandırılıb.

Keçidlər