Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi Uştal kənd tam orta məktəbində anıldı

26 fevral 2014 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 25 fevral 2014-cü il tarixdə Uştal kənd tam orta məktəbində Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə valideynlərin və kənd sakinlərinin iştirakı ilə tədbir keçirildi. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.. Tədbiri giriş sözü ilə məktəbin direktoru Qeyis  Fərmayılov açdı. O, çıxış edərək bildirdi ki, Xocalı faciəsi nəticəsində 613 nəfər şəhid, 487 nəfər əlil olmuşdur. 8 ailə bütövlüklə məhv edilmiş, 24 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 150 nəfərin taleyi isə indiyə qədər məlum deyildir.1275 nəfər –qoca, uşaq və qadın əsir götürülərək amansız zülm və məşəqqətlərə məruz qalmışdır. Sonra Xocalı faciəsinin canlı şahidi, valideyn, hal-hazırda Uştal kəndində yaşayan Hüseynov Eldar Cəbrayıl oğlu çıxış edərək o faciəli gecənin dəhşətlərini  tədbir iştirakçılarına xatırlatdı. Ağsaqqal müəllimlərdən Vahid müəllim, Sadiq müəllim, Qədir müəllim  Xocalı faciəsi barədə  çıxış edərək  ermənilərin xalqımızın başına gətirdiyi məşəqqətlərdən danışdılar. Sonra məktəbin şagirdləri Xocalı şəhidlərinə aid şerlər oxudular. Məktəbin tarix müəllimi Əzimov Dilqəm çıxış edərək Xocalı şəhərinin Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri  və qədim tarixə malik olması barədə tədbir iştirakçılarına məlumat verdi. Son tunc erkən dəmir dövründə formalaşan Xocalı-Gədəbəy mədəniyyəti abidələri kompleksi(yaşayış evləri, qəbir abidələri, siklopik tikililər və.s), Assuriya hökmdarı  I Adadnerarinin adına tapılmış muncuq (E.ə IX əsr) Xocalının qədim bir yaşayış yeri olmasının göstəricisidir.                                                                        Tədbirdə  kənd  icra nümayəndəsi, bələdiyyə sədri  çıxış etmişlər. Tədbirin sonunda məktəbin direktoru Qeyis Fərmayılov çıxış edərək bildirdi ki, Prezidentimiz və Ali baş komandanımız cənab İlham Əliyevin torpaqlarımızın qaytarılması üçün səfərbərlik haqqında əmr elan edərsə, hamımız canla-başla iştirak etməyə hazırıq.
Cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Keçidlər