Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Meydanda Xocalı soyqırımının 22-ci ildönümü qeyd edildi

27 fevral 2014 | 16:00

25 fevral 2014-cü il tarixdə Heydər Əliyev adına Mərkəzi Meydanda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə növbəti böyük, şəhidlərin ruhuna ehtiramı əks etdirən tədbir keçirildi. Mərkəzi meydan qərənfillərlə, soyqırımı əks etdirən plakat və şüarlarla  tərtib olunmuşdu. Tədbiri Rayon İcra İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açdı, sözü Xocalı sakini, soyqırım dəhşətlərini yaşamış Zakir Bəndəliyevə verdi. Şagird Nilufər Çələbiyeva, müəllim Minazər Mahmudova, tələbə Rahid Rəcəbli çıxış etdilər. Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya Xocalı dəhşətlərini qismən də olsa əks etdirə bildi.
Xocalı qətliamı gecəsində şəhid olanların  ruhuna ehtiram olaraq meydanda 613 şam yandırıldı. Soyqırımın 22-ci il dönümü münasibətilə səmaya 22 yanar hava şarı buraxıldı.
Tədbir iştirakçılarda nikbin, döyüşkən ruh yaratdı.

Keçidlər