Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İcma Turizm Şuralarının  üzvləri ilə görü...

    İcma Turizm Şuralarının üzvləri ilə görüş

    2015-04-23

    23 aprel 2015-ci il tarixdə Qalacıq bələdiyyəsində “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin, “İcmalarda Yerli Turizm və Qonaqpərvərlik Sahəsində Biznesin Təşviqi” üçün yaradılan İcma Turizm Şuralarının üzvləri ilə görüş keçirilmişdir.

  • İsmayıllı Dövlət Humanitar və Texnologiya Ko...

    İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində“breyn-rinq” intellektual yarışı

    2015-04-22

    22 aprel 2015-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Tələbə Gənclər Təşkilatı tərəfindən Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş “breyn-rinq” intellektual yarışı keçirildi. İlk öncə Kollecin tarix müəllimi Pərviz Məhərrəmov “Çanaqqala savaşı və onun dərsləri ” mövzusunda çıxış etdi. Mövzu ətrafında çıxışlardan sonra yarış başladı və qaliblər müəyyənləşdirildi. Qaliblərə Rayon Gənclər və İdman idarəsinin diplomları verildi.

  • "Şahin" hərbi-idman oyununun zona mər...

    "Şahin" hərbi-idman oyununun zona mərhələsi

    2015-04-22

    22 aprel 2015-ci il tarixdə Kürdəmir rayonunda "Şahin" hərbi-idman oyununun zona mərhələsi keçirilib. Yarışda Şirvan zonası üzrə Şamaxı, Qobustan, Ucar, Ağsu, Ağdaş, İsmayıllı, Göyçay, Goranboy, Füzuli rayonlarının 10 komandası iştirak edib. “Şahinlər” öz qüvvələrini 8 mərhələdə sınayıblar. Yekun nəticələrə görə I yerə Ağdaş, II yerə İsmayıllı, III yerə Göyçay komandaları layiq görülmüşdür. Rayonumuzun komandası ikincilik qazanmaqla bərabər Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqəni təmin etmişdir.

  • Ümummilli liderin anadan olmasının 92-ci ildön...

    Ümummilli liderin anadan olmasının 92-ci ildönümnə həsr olunmuş futbol turniri

    2015-04-21

    İsmayıllı Rayon Gənclər və İdman idarəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş müxtəlif məzmunlu və çoxistiqamətli tədbirlər keçirir. Belə tədbirlərdən biri də yenicə açılışı olmuş rayon futbol turniridir. Turnirdə 8 komanda iştirak edir. Yarışlar dövri sistemdə keçiriləcək və bir ay davam edəcək. Olimpiya İdman Kompleksi futbol turnirinə ev sahibliyi edir və yarışların mütəşəkkilliyi üçün lazım olan şəraiti yaradıb. Turnirin təşkilində bələdiyyələrin fəal iştirakı da qeyd edilməlidir.

  • “Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycand...

    “Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycanda” adlı təlim keçirilmişdir

    2015-04-21

    21 aprel 2015-ci il tarixdə Rayon Təhsil Şöbəsinin akt zalında “Region Gənclərinin İnkişafına Töhvə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycanda” adlı layihə çərçivəsində təlim keçirmişdir.

  • Qələbənin 70 illiyi ərəfəsində veteranlarla...

    Qələbənin 70 illiyi ərəfəsində veteranlarla gənclərin görüşü

    2015-04-20

    İkinci Dünya müharibəsində tarixi Qələbənin 70 iliyi keçirilməsi ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti məzmunca zəngin, formaca müxtəlif silsilə tədbirlər həyata keçirir. 20 aprel 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin konfrans zalına veteranlarla birgə gənclər təşkilatlarının nümayəndələri də dəvət olunmuşdu.

  • Talış kəndində səyyar görüş-qəbul

    Talış kəndində səyyar görüş-qəbul

    2015-04-20

    Aprel ayının 20-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Talış kəndində sakinlərlə görüş-qəbul keçirib. M.Sadıqov çıxış edərək kənd sakinlərini salamlayıb, Prezident İlham Əliyevin hər bir regiona, xüsusilə də İsmayıllıya göstərdiyi diqqət və qayğıdan, rayonda uğurla həyata keçirilən yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Daha sonra kənd sakinlərinin müraciətlərini dinləyib.

  • “İrs günləri festivalı” çərçivəsində ...

    “İrs günləri festivalı” çərçivəsində Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimatı olub

    2015-04-19

    Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “İrs günləri festivalı”na start verilib. Festival çərçivəsində aprelin 18-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimatı keçirilib.

  • Rayon ərazisində iməcilik keçirildi

    Rayon ərazisində iməcilik keçirildi

    2015-04-18

    18 aprel 2015-ci il tarixdə rayon ərazisində növbəti iməcilik keçirildi. İməcilikdə rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, inzibati ərazi üzrə nümayəndəliklər və bələdiyyələr iştirak edirdi.

  • Respublika fənn olimpiadasının qalibləri ilə ...

    Respublika fənn olimpiadasının qalibləri ilə görüş

    2015-04-17

    17 aprel 2015-ci il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında Respublika fənn olimpiadasının zona turunda I, II və III yerlərə layiq görülmüş şagirdlərlə görüş keçirildi.Tədbirdə RTŞ-nin müdiri Rasim Orucov, Metodik Kabinetin direktoru Hümbət Əsədov, ATİAHİ-nin İsmayıllı rayon Komitəsinin sədri Hafiz Kərimov və fənn müəllimləri iştirak ediblər.

  • “Ümumrespublika Yaşıllaşdırma” marafonu d...

    “Ümumrespublika Yaşıllaşdırma” marafonu davam edir

    2015-04-17

    İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna yerli inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr böyük həvəslə qoşulmuşlar. Cari ilin mart-aprel aylarında nümayəndəliklər və bələdiyyələr tərəfindən 6 mindən artıq ağac əkilmişdir. Ağacəkmə kompaniyasında İvanovka, Ruşan, Kürdmaşı və Qoşakənd bələdiyyələri xüsusilə fərqlənmişlər.

  • Cari ilin birinci rübünün yekunları və qarş...

    Cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr

    2015-04-16

    Aprelin 16-da Rayon Gənclər Mərkəzində İsmayıllı rayonu üzrə 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari il aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət rəhbərinin nitqindən irəli gələn vəzifələri iştirakçıların diqqətinə çatdırıb.

  • İsmayıllıda meşələrin mühafizəsi və bərp...

    İsmayıllıda meşələrin mühafizəsi və bərpası istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

    2015-04-15

    Ağac əkmək savab əməl, nəcib iş sayılır. Odur ki, rayonumuzda ətraf mühitin mühafizəsi, ekoloji durumun yaxşılaşdırılması məqsədilə yeni yaşıllıq zolaqlarının salınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

  • Çempion qızlarla görüş

    Çempion qızlarla görüş

    2015-04-15

    2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) qız futbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatı keçirilib. Çempionatda İsmayıllı rayonunun Hacıhətəmli kənd tam orta məktəbinin “Babadağ” komandası qələbə çalmış və çempion adını qazanmışdır.

  • Əmək yarmarkası keçirildi

    Əmək yarmarkası keçirildi

    2015-04-14

    Aprelin 14-də İsmayılı rayon Gənclər Mərkəzində əmək yarmarkası keçirildi. Yarmarkadan öncə işaxtaranlarla görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov yarmarkada təklif olunan vakant iş yerləri haqqında məlumat verdi. Daha sonra çıxış edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əmək yarmarkalarının keçirilməsinin əhəmiyyətindən, İsmayıllı rayonunun perspektiv inkişafından danışıblar.

  • Yeniyetmələrin VII Ümumrayon Spartakiadası

    Yeniyetmələrin VII Ümumrayon Spartakiadası

    2015-04-14

    13-14 aprel 2015-ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirmişdir. Tədbirdə rayon Gənclər və İdman İdarəsi rəisi Taleh Salehov Ulu Öndərin yürütdüyü uğurlu siyasətdən bəhs edərək, onun gənclərə, idmançılara göstərdiyi diqqət və qayğıdan, verdiyi dəyərdən danışdı. Bu siyasətin indi də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırdı.

  • Kollecdə “Talassemiya- qan xəstəliyi və onun...

    Kollecdə “Talassemiya- qan xəstəliyi və onun profilaktikası” mövzusunda tədbir keçirildi

    2015-04-14

    Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün təsdiq edilmiş Dövlət Proqramı”nın məqsədi Azərbaycan Respublikasında talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azalmasından ibarətdir. Bu Proqrama və Təhsil Nazirliyinin sərəncamına əsasən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci gənclər arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işinin həyata keçirilməsinə dair tədbirlər planı hazırlamışdır. Plana əsasən 14.04.2015-ci il tarixində Reyhanə Eyyubovanın təşkilatçılığı ilə “Müalicə işi” fakültəsinin tələbələri tərəfindən “Talassemiya- qan xəstəliyi və onun profilaktikası” və “ Nigah öncəsi tibbi müayinənin keçirilməsi sağlam gələcəyimizin qarantıdır” mövzularında təqdimat keçirildi. Tədbirdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Abdullətif Maqsudov və xəstəxananın Kliniki və biokimyəvi laboratoriyasının həkim-laboratoru Murad Həbibov da dəvət olunmuşdu. Onlar tələbələri bu mövzuda dolğun məlumatlandırdılar.

  • İstisu kənd məktəbliləri İsmayıllını Şə...

    İstisu kənd məktəbliləri İsmayıllını Şəki şəhərində təmsil edəcəklər

    2015-04-14

    14 aprel 2015 ci il tarixində “Qalacıq” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Təhsil , Gənclər və İdman Nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq sərhədyanı kəndlərdə yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında “Sərhəd” hərbi idman oyunlarının rayon birinciliyinə start verildi. Oyunun keçirilməsində məqsəd gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədci peşəsinə marağı artırmaq, hərbi vətənpərvərlik işinin yüksəldilməsi olmuşdur.

  • İsmayıllıda AMEA Gənc Alim və Mütəxəssisl...

    İsmayıllıda AMEA Gənc Alim və Mütəxəssislər Şurası Bilik Fondu ilə birgə məktəblərarası olimpiada keçirib

    2015-04-11

    AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə İsmayıll rayonu üzrə məktəblilər arasında “Riyazi məntiq” adlı olimpiada keçirilmişdir.

  • "Breyn-rinq" intellektual bilik yarışm...

    "Breyn-rinq" intellektual bilik yarışmasının " İsmayıllı Kuboku " adlı rayon birinciliyi keçirildi

    2015-04-11

    11 aprel 2015-ci il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə İsmayıllı rayon Gənclər və İdman idarəsi, İsmayıllı İntellektual Oyunlar klubu və YAP Gənclər Birlyinin birgə təşkilatçılığı ilə faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə "Breyn-rinq" intellektual bilik yarışmasının " İsmayıllı Kuboku " adlı rayon birinciliyi keçirildi.

  • Heydər Əliyev Mərkəzində  növbəti açıq d...

    Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirildi

    2015-04-10

    09 aprel 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı şəhər 3 saylı məktəb liseyinin XI sinif şagirdləri Heydər Əliyev irsinin öyrənilməsinin növbəti məşğələsində iştirak etdilər. Dərsdə rayon İcra Hakimiyyətinin məsul işçiləri və Rayon Təhsil Şöbəsinin nümayəndələri də iştirak etdilər.

  • "Voleybol" idman növü üzrə rayon bir...

    "Voleybol" idman növü üzrə rayon birinciliyi keçirilib

    2015-04-10

    10 aprel 2015-ci il tarixdə Böyük Vətən Müharibəsinin 70-ci ildönümü ilə əlaqədar İsmayıllı rayon Gənclər və İdman idarəsinin təşəbbüsü və təşkilatçılığı ilə İsmayıllı şəhər 3 saylı məktəb liseyində məktəblilər arasında "Voleybol" idman növü üzrə rayon birinciliyi keçirilib.

  • İƏD üzrə nümayəndələrin müavinlərinin i...

    İƏD üzrə nümayəndələrin müavinlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

    2015-04-10

    10 aprel 2015-ci il tarixdə saat Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələrin müavinlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. RİHB-nın birinci müavini Rövşən Ağayev iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələlərlə müşavirə iştirakçılarını tanış etdi. Natiq etik davranış qaydaları haqqında, daha sonra nümayəndəliklərin fəaliyyətində mövcud olan nöqsanlardan və qarşıda duran vəzifələrdən danışdı.

  • İsmayıllı rayonunda “Ümumrespublika Yaşıll...

    İsmayıllı rayonunda “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası davam edir

    2015-04-09

    İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində cari ilin mart və aprel aylarında rayon ərazisində 18 min ədədə yaxın ağac əkilmişdir. 09 aprel 2015-ci il tarixdə növbəti ağacəkmə aksiyası keçirildi. Aksiyada rayonun idarə və təşkilatları, Diyallı və Təzəkənd məktəblərinin kollektivləri iştirak etdilər.

  • Şagirdlər üçün maarifləndirici təlimlər ke...

    Şagirdlər üçün maarifləndirici təlimlər keçirildi

    2015-04-08

    8 aprel 2015-ci il tarixdə “Qala” şadlıq sarayında “Saf Həyat Naminə” Gənclər İctimai Birliyi “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi ilə birgə “Məktəblilərin Media Akademiyası” və “Gənclərin fəlsəfə Məktəbi” mövzusunda təlim keçirdi. Təlimdə Rayon İcra Hakimiyyəti başçının müavini Sevil Əhmədova, İctimai Birliklərin sədrləri Nailə İsmayılova, Səbinə Abbasova, Rayon Gənclər İdman idarəsinin rəisi Taleh Salehov, Rayon Təhsil şöbəsinin metodisti Vəfa Ağayeva, həmçinin 9-10-cu sinif şagirdləri də iştirak ediblər.

əvvəlki [41] növbəti