Şriftin ölçüsü :

Saytın rəngi :

Qalagah kənd tam orta məktəbdə Xocalı faciəsi yad edildi

27 fevral 2014 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq  26 Fevral 2014-cü il tarixdə  Qalagah kənd tam orta məktəbində valideynlərin, kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin iştirakı ilə geniş tədbir keçirildi. Əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın azadlığı, dövlət müstəqilliyimiz üğründa həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Xəqani Qasımov tədbiri açıq elan edərək çıxış edib bildirdi ki, Xocalıda dinc insanlara qarşı törədilmiş qətl XX əsrin ən ağır cinayətidir. Bir neçə dünya dövlətlərinin bu faciəni tanımasına baxmayaraq hələ də Xocalı soyqrımı beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb. Biz azərbaycan vətəndaşı olaraq işlərimizi elə qurmalıyıq ki, Xocalının haqq səsi dünyanın hər yerindən eşidilsin. Sonra  məktəbin tarix müəllimi A.Lətifov çıxış edərək Xocalının qədim mədəniyyət və yaşayış məskəni olduğu haqqında tarixi məlumatları və fevralın 25-dən 26 –na keçən gecədə Xocalıda baş verən tarixi-faciəni tədbir  iştirakçılarının diqqətinə çatdırdı.                                                                                                                                                                                            Tərbiyə üzrə direktor müavini F.Məmmədov cıxışında Xocalı faciəsini şagirdlərin vətənpərvərlik tərbiyəsində və düşmənlərlə amansız mübarizə aparmaq ruhunda əhəmiyətli olduğunu bildirdi.Tədbirdə icra nümayəndəsi,bələdiyyə sədri valideynlər çıxış etdilər xocalı faciəsini insanlığa qarşı cinayəti pislədilər.Tədbirdə Xosalı soyqırımına aid video çarxlar göstərildi,şagirdlərin hazırladığı şeirlər dinlənildi və hazırlanmış müxtəlif kompozisiyalar göstərildi.Tədbirin sonunda məktəbin direktoru X.Qasımov çıxış edərək bildirdi ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə Prezidentimiz  İlham Əliyevin sərəncamı ilə hər il fevralın 26-da saat 1700-da Azərbaycan Respublikası ərazisində sükut dəqiqəsi qeyd olunur. İndi o gecədən on illər keçir. İtirdiyimiz digər bölgələr kimi Xocalımız da düşmən tapdağı altındadır. Torpaqlarımızı azad etmək bizim övladlıq borcumuz, şərəf işimizdir.                      
                                          Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər