Şriftin ölçüsü :

Saytın rəngi :

Abidə kompleksinin təməl qoyma mərasimi keçirildi

27 fevral 2014 | 16:00

26 fevral 2014-cü il tarixdə minlərlə İsmayıllı sakini Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar mərkəzi meydanda toplaşıblar. Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb. Rayonda Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək, faciənin dəhşətini gənc nəslə daha dərindən mənimsətmək, xalqımıza qarşı aparılan genosid siyasətini, erməni vandalizmini bütün ictimaiyyətə, rayona gələn qonaqlara, xarici ölkə vətəndaşlarına nümayiş etdirmək məqsədi ilə İsmayıllı şəhərinin Mübariz Orucov və Nizami Gəncəvi küçələrinin qovuşduğu yerdə abidə kompleksinin təməl qoyma mərasimi keçirilib. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən törədilmiş, dünyada analoqu olmayan bir faciədir. Böyük şəhərin yerlə-yeksan edilməsi, sakinlərinin qətlə yetirilməsi erməni vəhşiliyinin canlı nümunəsidir. Rayon Ağsaqqallar Şurasının üzvü Hacıməmməd Məmmədov tariximizə qanlı hərflərlə yazılan Xocalı faciəsindən danışıb, abidənin ucaldılmasının əhəmiyyətini qeyd edib. Digər çıxışçılar abidənin ucaldılmasının gələcək nəsillər üçün vacibliyindən danışıb, kollec tələbələri şeirlər söyləyiblər. Daha sonra abidənin təməl daşı qoyulub. İsmayıllılar artıq buranı ziyarətgah kimi qəbul edərək gül dəstələri qoyublar.

Keçidlər