Şriftin ölçüsü :

Saytın rəngi :

Ruşan kənd tam orta məktəbdə Xocalı faciəsi yad edildi

27 fevral 2014 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 05 fevral 2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq  Ruşan kənd Qərib  Məmmədov adına tam orta məktəbdə 26 fevral 2014-cü il tarixdə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş "Xocalı-qan yaddaşımızdır" adlı məktəb tədbiri keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Xocalıda həlak olanların ruhu 1 dəqiqəlik sükutla yad olundu.Tədbirdə şagirdlərin ifasında Xocalıya həsr olunmuş şeirlər, bayatılar səsləndirildi, Xocalıda həlak olanların fotolarından hazırlanmış slaydlar, "Xocalı Qətliamı" adlı sənədli film nümayiş olundu. Tədbirin sonunda sətirlərin müəllifi olan məktəbin tərbiyə işləri üzrə direktor müavini Şıxəliyeva S. öz çıxışında tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən,torpaqlarımıza sahiblənmək üçün yürütdükləri məkrli siyasətin tarixinin qədimlərə söykəndiyindən danışdı. Xocalıda yaşananların insanlığa sığmayan bir əməl olduğunu qeyd etdi.

Keçidlər