Şriftin ölçüsü :

Saytın rəngi :

Armrestlinq üzrə rayon birinciliyi keçirilmişdir.

27 fevral 2014 | 16:00

Rayon Gənclər və İdman idarəsi Xocalı faciəsinə həsr olunmuş armrestlinq üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda müxtəlif çəki dərəcələri üzrə 20-dən artıq idmançı öz qüvvələrini sınamışlar. Əvvəlcə rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov Xocalı faciəsindən, ermənilərin vəhşiliklərindən danışmışdır. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra yarış açıq elan edilmişdir. Yarışın sonunda qaliblərə Gənclər və İdman idarəsinin diplom və hədiyyələri təqdim edilmişdir.

Keçidlər