Şriftin ölçüsü :

Saytın rəngi :

Cəsurlar hərbi idman turizm oyununun rayon birinciliyi keçirildi

01 mart 2014 | 16:00

28 fevral 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi və Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə E. Məmmədov adına şəhər 3 saylı tam orta məktəbin idman bazasında Cəsurlar hərbi idman turizm oyununun rayon birinciliyi keçirildi. Rayonun 25 tam orta məktəbinin Cəsurlar komandasının iştirak etdiyi birincilikdə I yerə şəhər 5 saylı tam orta məktəbin komandası, II yerə E.Məmmədov adına şəhər 3 saylı tam orta məktəbin komandası, III yerə A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbin komandası layiq görüldü. Qaliblər Rayon Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olundu.

Keçidlər