Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • “Vətənin Müdafiəsinə Hazıram” çöxnöv...

    “Vətənin Müdafiəsinə Hazıram” çöxnövçülüyü üzrə rayon birinciliyi keşirilib.

    2015-11-10

    İsmayıllı rayon Gənclər və İdman idarəsinin perespektiv iş planına uyğun olaraq İsmayıllı şəhər 6 saylı tam orta məktəbin idman bazasında payız çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliotlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirmişdir.

  • İsmayıllı gəncləri  Dövlət Bayrağı Meydan...

    İsmayıllı gəncləri Dövlət Bayrağı Meydanında

    2015-11-09

    07 noyabr 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun bir qrup gənci Dövlət Bayrağı günü münasibəti ilə Bakı şəhərinə səfər edib. Gənclər əvvəlcə Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanı ilə tanış olublar.

  • İsmayıllı şəhər 6 saylı orta məktəbdə ...

    İsmayıllı şəhər 6 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı”

    2015-11-07

    7 noyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 6 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Qalib Bəşirov açıq elan edərək müəllim heyətini və şagirdləri salamladı və sözü Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasova verdi.

  • İsmayıllı şəhər 6 saylı tam orta məktəbd...

    İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə “Bayraq günü”nə həsr olunmuş tədbir

    2015-11-07

    7 noyabr 2015-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə “Bayraq günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov da iştirak etmişdir. Tədbir dövlət himninin oxunması ilə başlandı.Tədbiri məktəbin direktoru Qalib Bəşirov giriş sözü ilə açdı və hər kəsi salamladı. Bayraq gününün tarixindən məlumat verən direktor müəllim və şagirdləri bayram münasibətilə təbrik etdi.

  • Dövlət bayrağı günü qeyd edildi.

    Dövlət bayrağı günü qeyd edildi.

    2015-11-06

    6 noyabr 2015-ci il tarixdə Dövlət Bayrağı günü münasibəti ilə ümumrayon tədbiri keçirildi. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik qazandıqdan sonra üçrəngli bayrağı ilk olaraq Dövlət Bayrağı kimi qəbul edən ulu öndərə bayram iştirakçıları dərin ehtiramlarını bildirdilər.

  • “Gənc Təsərrüfatçılar Məktəbi”nin növ...

    “Gənc Təsərrüfatçılar Məktəbi”nin növbəti dərs məşğələsi oldu

    2015-11-06

    06 noyabr 2015-ci il tarixdə “Gənc Təsərrüfatçılar Məktəbi”nin növbəti dərs məşğələsi oldu. Məşğələdə Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun, Bakı Dövlət Universitetinin numayəndələri, müdavimlər iştirak edirdilər.

  • Qədim Basqalın yetirməsi olan tanınmış riyaz...

    Qədim Basqalın yetirməsi olan tanınmış riyaziyyatçı Maqsud Cavadovun xatirə günü

    2015-11-05

    Basqal ölkəmizin xalq sətəkarlığı, xüsusilə ipəkçiliyi, kəlağayı istehsalı, tarixi abidələri, özünəməxsus etnoqrafiyası, adət-ənənələri,məişət və mətbəx mədəniyyəti ilə tanınan,görkəmli elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri yetirən qədim yaşayış məskənlərindən biridir. Fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü və Azərbaycan Dövlət Universitetində həndəsə kafedrasının müdiri işləmiş Maqsud Cavadov da burada anadan olub, bütün təhsil mərhələlərini keçərək Azərbaycanın riyaziyyat-həndəsə elminə böyük töhfələr verib.

  • Şəhər 5 saylı tam orta məktəbdə “Uşaq h...

    Şəhər 5 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri

    2015-11-03

    3 noyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 5 saylı tam orta məktəbin akt zalında Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirildi.

  • Kənd təsərrüfatı işçiləri günü münasib...

    Kənd təsərrüfatı işçiləri günü münasibətilə bayram tədbiri keçirildi

    2015-10-31

    Rayon Mədəniyyət Sarayında rayonun fermerlərinin, kənd təsərrüfatı məhsulları istehsalçılarının, Nikitin adına kolxozun nümayəndələrinin, aidiyyəti qurumların, mütəxəssislərin, istehsal və emal müəssisələri işçilərinin iştirakı ilə kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş bayram tədbiri keçirildi. İlk öncə iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüldü.

  • “Kitabi Dədə Qorqud  Avropada” mövzusunda e...

    “Kitabi Dədə Qorqud Avropada” mövzusunda elmi-praktik konfrans keçirilib

    2015-10-30

    Oktyabr ayının 30-da İsmayıllı şəhər bir nömrəli tam orta məktəbdə “Kitabi-Dədə Qorqud Avropada” mövzusunda açıq dərslər dinlənilib, Dərsin davamı olaraq Rayon Uşaq Yaradıcılıq Mərkəzində elmi-praktik konfrans keçirilib. Tədbirdə RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva, RTŞ-nin müdiri Rasim Orucov, RTŞ-nin əməkdaşları şəhər məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.

  • İsmayıllıda elmi-praktik konfrans

    İsmayıllıda elmi-praktik konfrans

    2015-10-29

    İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı ilə 2015-ci il oktyabrın 29-da İsmayıllıda “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” mövzusunda elmi-praktik konfransı keçirilmişdir. Konfransın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev, İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Sevil Əhmədova, “Respublika”, ”İki Sahil”, ”Ekspress” qəzetlərinin, ”Birlik” jurnalının, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı bölgə qəzetlərinin əməkdaşları, bir sıra saytların nümayəndələri, 15 rayonun gənc jurnalistləri iştirak etmişlər.

  • Tarix elimləri doktoru, Əməkdar jurnalist Qafar...

    Tarix elimləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyevin 65 illik yubileyi.

    2015-10-28

    İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbüsü və təşkilatçılığı ilə Talıstan kəndində doğulub boya başa çatmış tarix elimləri doktoru, tanınmış publisist, arxeoloq və əməkdar jurnalist, Azərbaycan Respublikası Milli Teleradio Şurasının üzvü Qafar Cəbiyevin 65 illik yubileyi təntənə ilə 27 oktyabr 2015-ci il tarixdə qeyd olunub.

  • İlk dəfə səs verən gənclərlə tədbir

    İlk dəfə səs verən gənclərlə tədbir

    2015-10-27

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənlər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Inkişaf Mərkəzi ” İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” layihəsi çərçivəsində 26 oktyabr 2015-ci il tarixdə Peşə Tədris Mərkəzində maarifləndirmə tədbiri keçirilib.

  • "Uşaq hüquqları aylığı"

    "Uşaq hüquqları aylığı"

    2015-10-24

    24 oktyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 1 saylı tam orta məktəbin akt zalında "Uşaq hüquqları aylığı" çərçivəsində hüquqi maarifləndirmə seminarı keçirilmişdir. Maarifləndirmə seminarını RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov apardı. Tədbirdə hüquq sahəsində müxtəlif mövzulara toxunuldu. Əsas etibarilə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarına seminarda geniş yer verildi. Zərərli vərdişlər, narkomaniya, erkən nikah və bu kimi digər spesifik mövzulara da toxunan X.Abbasov sonda şagirdlərin suallarını cavablandırdı.

  • Rayon gəncləri ilə görüş

    Rayon gəncləri ilə görüş

    2015-10-24

    İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mütəmadi olaraq rayon gəncləri ilə görüşlər keçirir. Artıq bu, bir ənənə halını alıb. Belə görüşlərdən biri 24 oktyabr 2015-ci il tarixdə reallaşıb. RİH başçısının bu dəfəki görüşü İnnovasiyalar qrupu və rayon gəncləri ilə oldu. Görüşdə RİHB-nin müavini Sevil Əhmədova,İctimai-siyasi şöbənin əməkdaşları, RTŞ-nin müdir müavini Rahim Baxışov, RMT-nin müdiri Azər Abbasov, RGİİ-nin rəisi Taleh Salehov və rayonun 90 nəfər fəal gənci iştirak edib.

  • “Mən seçiciyəm” layihəsi çərçivəsində...

    “Mən seçiciyəm” layihəsi çərçivəsində tədbir

    2015-10-23

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənlər Fondunun maliyyə dəstəyi ilə “Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” layihəsi çərçivəsində 23 oktyabr 2015-ci il tarixdə maarifləndirmə tədbiri keçirilib.

  • “2015-ci ilin 9 ayında rayonun sosial-iqtisadi ...

    “2015-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının təhlili və qarşıda duran vəzifələrə” həsr olunmuş hesabat yığıncağı keçirildi.

    2015-10-22

    22 oktyabr 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının “2015-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının təhlili və qarşıda duran vəzifələrə” həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayədələri, bələdiyyə sədrləri, təhsil işçiləri və içtimaiyətin nümyədələri iştirak edirdilər.

  • “Əsrlərdən gələn sənətimiz” layihəsi ...

    “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

    2015-10-21

    Oktyabr ayının 21-də İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” ictimai birliyi “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində tədbir keçirilib. Mərkəzin direktoru Zaur Muradov birliyin nümayəndələrini və tədbir iştirakçılarını salamlayıb, bu mövzulu tədbirlərin İsmayıllıda keçirilməsini təqdirəlayiq hesab edib.

  • Ordudan tərxis olunan gənclərlə görüş

    Ordudan tərxis olunan gənclərlə görüş

    2015-10-20

    Rayon İcra Hakimiyyətinin rəhbərliyi Heydər Əliyev Mərkəzində ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirib. Məqsəd isə gənclərin müstəqil həyatına istiqamət vermək, təhsillərinin davam etdirilməsi, peşə öyrənmələri və məşğulluqlarının artırılması üçün tədbirlər müəyyənləşdirmək olub. Tədbirə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

  • Statistika günü qeyd olunub

    Statistika günü qeyd olunub

    2015-10-20

    Oktyabr ayının 20-də İsmayıllı Rayon Statistika İdarəsinin əməkdaşları peşə bayramlarını - Ümumdünya Statistika Gününü qeyd ediblər. Tədbirin iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər güllər qoyublar. Tədbirin Heydər Əliyev Mərkəzində davam edən rəsmi hissəsində rayon Statistika İdarəsinin rəisi Əziz Əzizov çıxış edib. O bildirib ki, Birləşmiş Millətlər Assambleyası 2015-ci il 20 oktyabr gününü “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında ikinci Ümumdünya Statistika Günü elan etməyi qərara alıb. Qəbul olunmuş qətnamədə deyilir ki, Ümumdünya Statistika Günü oktyabrın 20-də hər beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010-cu ildə keçirilib. Bu gün bütün dünya ölkələrində, BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə stasistika təsisatının 95 yaşı tamam olur.

  • “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq...

    “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyinin rayonda təlimləri keçirmişdir

    2015-10-17

    "Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi 2015-ci ilin maliyyə müsabiqəsində iştirak etmiş və “Azərbaycan Respublikasında dini ekstremizimlə qanunvericilik vasitəsilə mübarizə və milli-dini birlik barədə doktirinanın hazırlanması (din, cəmiyyət və qanun bir vəhdətdə)” adlı layihəsilə qalib olmuşdur.

  • İsmayıllıda IV Qafqaz İqtisadi Forumu keçiril...

    İsmayıllıda IV Qafqaz İqtisadi Forumu keçirilmişdir

    2015-10-17

    2015-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı” ili elan olunması bu sahə ilə bağlı İsmayıllıda bir sıra elmi-praktik seminar, forum və konfransların keçirilməsinə şərait yaradıb. Fermer evinin tikintisi, “Gənc təsərrüfatçılar” məktəbinin təsis edilməsi, “Yaşıl market”in, istehsal gücü ildə 1000 ton olacaq hind quşu fabrikinin tikintisi, N.Nikitin adına kolxozun idarə olunması üçün yeni hüquqi əsas yaradılması, taxıl istehsalının elmi əsaslar üzərinə keçirilməsi “Kənd təsərrüfatı ili”nin tələblərindən irəli gəlib.

  • İsmayıllıda müstəqilliyin 24-cü ili “Heyd...

    İsmayıllıda müstəqilliyin 24-cü ili “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğəlsində bayram edildi.

    2015-10-16

    1918-ci il may ayının 28-də Şərqdə ilk olaraq Azərbaycan Demokratik Cümhuriyyəti yaradılmışdı. Dövlətçilik tarixi qədim olan ölkəmiz müstəqillik əldə etmişdi. Lakin dağıdıcı inqilablarla Rusiyanı xalqların məcburi birliyi məkanına çevirənlər XI ordu vasitəsilə Azərbaycan Demokratik Respublikasını devirdilər. Xalqımız müstəqilliyinin bərpasını 70 il gözlədi, nəhayət arzusuna çatdı.

  • Professor Maqsud Cavadoun  anım günü qeyd olund...

    Professor Maqsud Cavadoun anım günü qeyd olundu

    2015-10-15

    İsmayıllı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayondan olan tanınmış elm adamlarının, ziyalıların, yazıçı və şairlərin , Milli Qəhrəmanların, Əmək qəhrəmanalrının, Respublika miqyasında tanınan təsərrüfat rəhbərlərinin yubileylərinin,anım və xatirə günlərinin keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdır.

  • Yeniyetmə rəssamların sərgisi

    Yeniyetmə rəssamların sərgisi

    2015-10-14

    İsmayıllı rayon Gənclər və İdman idarəsi 14 oktyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzi ilə birgə "18 oktyabr- Müstəqillik günü" münasibətilə yeniyetmə rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirib. Sərgidə açılışında rayon gənclər və idman idarəsinin əməkdaşı Ş.Qafarova çıxış edib. Qeyd edib ki, İsmayıllının 2015-ci ilin Gənclər Paytaxtı seçilməsi gənc rəssamların əsərlərində geniş işıqlandırılıb. Sərginin qaliblərinə rayon gənclər və idman idarəsinin diplomları təqdim edilib.

əvvəlki [42] növbəti