Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsulları istehsalçıları və mexanizatorlarla görüş keçirilmişdir

05 mart 2014 | 16:00

Kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan tələbatının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin aparılması, istehsalçıların mineral gübrələrə olan tələbatının tam təmin olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi “Aqroservis” filialında mövcud olan gübrələrin bölgü əsasında verilməsi nəzarət olunması, eləcə də yaz-tarla işlərinin başlanması ilə əlaqədar hüquqi və fiziki şəxslərdə olan texnikaların hazırlıq vəziyyətinə gətirilməsi və yeni texnikaların “Aqroservis” filialına verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ilə əlaqədar RİH-nin Aqrar məsələlər şöbəsi “Aqroservis” İsmayıllı rayon filialında fermerlərlə, kənd təsərrüfatı məhsulları istehsalçıları və mexanizatorlarla görüş keçirmiş, gübrə satışı, əkinlərə verilməsi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Texnikanın yaz-tarla işlərinə hazırlanması ilə əlaqədar aparılmış işlər haqqında söhbət aparılmış, yeni texnikaların rayona verilməsi ilə əlaqədar rayon “Aqroservis” filialının rəhbərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər