Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon uşaq incəsənət məktəbi şagirdlərinin 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş yaradıcılıq gecəsi keçirilmişdir.

06 mart 2014 | 16:00

04 mart 2014-cü il tarixdə Rayon Gənclər Mərkəzinin iclas zalında incəsənət məktəbi şagirdlərinin 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş yaradıcılıq gecəsi keçirilmişdir. Bayramsayağı bəzədilmiş zala rayonun  ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, analar, gənc qızlar, idarə və müəssisələrdə, ictimai və qeyri –hökumət  təşkilatlarında çalışan 350 nəfərdən yuxarı tamaşaçı toplaşmışdı.
Tədbirdə RİH-nin başçısı cənab Mirdaməd Sadıqov, RİH-nin aparat işçiləri, idarə və müəssisə rəhbərləri də  iştirak edirdilər.
Məktəbin müəllimi Ceyran Məmmədova  giriş sözü söylədi, rayon qadınlarını 8 Mart bayramı münasibətilə təbrik etdi. İncəsənət məktəbinin keçdiyi yol barədə qısa məlumat verdi.
İlk nömrəni tədbirin ən kiçik  iştirakçıları olan “Cücələrim” qrupu təqdim etdi. Məktəb şagirdlərindən  ibarət ansamblın, V sinif şagirdi Samirə Məmmədovanın, Günel və Xuraman Osmanova bacılarının, Hilal Nəbiyev və Quluzadə Eminin, Zeynəb Abbasovanın, “Pöhrə” televiziya müsabiqəsinin laureatı Sirus Xasməmmədovun, Günel Hacızadənin və digərlərin ifaları, müxtəlif musiqi alətlərində böyük zövqlə tamaşaçılara çatdırdıqları “Pyes”, “Marş”, “Vals” rəqslər və “Leyli və Məcnun” operasından səhnələr  alqışlarla qarşılandı. İfaçılara RİH-də çalışan gənclər və tamaşaçılar tərəfindən  gül dəstələri təqdim olundu.
Tədbirin sonunda RİH-nin başçısı cənab Mirdaməd Sadıqov rayon qadınlarını 8 Mart Beynəlxalq  qadınlar günü münasibətilə təbrik etdi. İstedadlı kiçik ifaçılara, onların müəllimlərinə  minnətdarlığını bildirdi. Rayonda incəsənətin inkişafı sahəsində görüləcək işlər barədə qısa məlumat verdi.
Tədbir tamaşaçıların alqışları ilə sona çatdı.

Keçidlər