Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İsmayıllı gəncləri ilə görüş

    İsmayıllı gəncləri ilə görüş

    2015-10-14

    "Gələcəyə körpü" Gənclər İctimai Birliyi Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyətini təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım və gənclərin məşğulluğu sahəsində bir sıra layihə və proqramlar həyata keçirmişdir. 14 oktyabr 2015-ci il tarixdə saat 11: 00-da Tarix Diyarşünaslıq Muzeyində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi İsmayıllı gəncləri ilə görüş keçirdi.

  • Mədəniyyət Mərkəzlərinin və onların filial...

    Mədəniyyət Mərkəzlərinin və onların filiallarının rəhbərləri üçün regional səyyar seminar keçirilib

    2015-10-13

    Oktyabrın 13-də İsmayıllı rayon Mədəniyyət Mərkəzində İsmayıllı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağsu, Ağdaş, Göyçay, Şamaxı rayonlarının mədəniyyət mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminar təşkil edilib.

  • “Təhsilin keyfiyyətinə  ictimai dəstək və ...

    “Təhsilin keyfiyyətinə ictimai dəstək və Valideyn Təlim Mərkəzinin yaradılması” layihəsi çərçivəsində növbəti monitorinq

    2015-10-13

    Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Azərbaycan Valideyn - Müəllim Assosiasiyası” İctimai Birliyinin “Təhsilin keyfiyyətinə ictimai dəstək və Valideyn Təlim Mərkəzinin yaradılması” layihəsi çərçivəsində növbəti monitorinq və ictimai maarifləndirmə görüşləri 13 oktyabrda İsmayıllı rayonunda davam etdirilmişdir.

  • Lahıc qəsəbəsində multikulturalizm tədbiri

    Lahıc qəsəbəsində multikulturalizm tədbiri

    2015-10-10

    Lahıc qəsəbəsində İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Multikulturalizm və Azərbaycan folkloru" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, AMEA-nin Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Mədəniyyətlərarası dialoq və folklor şöbəsinin direktoru Asif Usubəliyev, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin şöbə müdiri Vidadi Rzayev, və digərləri iştirak ediblər.

  • Kollecdə “Səyahət” adlı tədbir

    Kollecdə “Səyahət” adlı tədbir

    2015-10-10

    10 oktyabr 2015-ci il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Turizm və onun təşkili” ixtisasının tələbələri “Səyahət” adlı tədbir keçirdi. Tədbirdə Azərbaycanın bütün tarixi yerlərinə səyahət edildi, onlar haqqında məlumatlar verildi. Dünya ölkələrindən də maraqlı xəbərlər dinləyicilərə çatdırıldı. İxtisasa uyğun olaraq tamaşalar və musiqi çıxışları oldu. Tədbiri “Turizm və onun təşkili” ixtisası üzrə I kurs və II kurs tələbələri Eşqin Mehdizadə, Ülvi Ramazanlı, Namiq Vahabzadə, İlqar Baxşıyev hazırlamışdılar.

  • Yaponiya səfirliyi İsmayıllıda yeni bir layih...

    Yaponiya səfirliyi İsmayıllıda yeni bir layihənin icrasına başladı.

    2015-10-09

    Yaponiya dövlətinin maliyyə dəstəyi ilə həmin ölkənin səfirliyi 2002-ci ildən 2014-cü ilədək İsmayıllıda 13 layihə həyata keçirib. Bu layihələr daha çox insanların təhsilinin, səhiyyə xidmətinin, məişətinin, məktəbəqədər tərbiyənin, ekologiyanın qorunmasının və su təchizatının yaxşılaşdırılması ilə əlaqədardır. 9 oktyabr 2015-ci il tarixdə 14-cü layihənin-Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “İsmayıllının Küdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsinin imzalanma mərasimi oldu.

  • Akademik Maqsud Cavadoun xatirəsinə həsr olunmu...

    Akademik Maqsud Cavadoun xatirəsinə həsr olunmuş riyaziyyat olimpiadası

    2015-10-09

    İsmayıllı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayondan olan tanınmış elm adamlarının, ziyalıların, yazıçı və şairlərin , Milli Qəhrəmanların, Əmək qəhrəmanalrının, Respublika miqyasında tanınan təsərrüfat rəhbərlərinin yubileylərinin,anım və xatirə günlərinin keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdır. Belə tədbirlərin ilkini Bakı Dövlət Universitetinin professoru, riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü olmuş, orta təhsilini Basqal məktəbində almış Maqsud Cavadova həsr olunur. Xatirə gününə qədər bir sıra tədbirlərin icrası nəzərdə tutulub.

  • “İrəvan –bizim qala” layihəsi əsasında ...

    “İrəvan –bizim qala” layihəsi əsasında tədbir

    2015-10-08

    Hər bir azərbaycanlı üçün Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Bu hisslərin gənc nəslə aşılanmasını, onların Vətən yaddaşının və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini qarşıya məqsəd qoyan QHT-lər,ictimai birliklər,qurumlar yerlərdə maraqlı tədbirlərlə çıxış edirlər. İsmayıllı rayon icra hakimiyyətinin təşkilatçılığı, rayon gənclər və idman idarəsinin iştirakı ilə “bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai birliyi uşaq gənclər kitabxanasının akt zalında bu sıradan daha diqqətçəkən bir toplantı keçirib.

  • Azərbaycanın şairi Seyid Əzim Şirvaninin 180 ...

    Azərbaycanın şairi Seyid Əzim Şirvaninin 180 illik yubileyi qeyd olunub

    2015-10-06

    6 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamına uyğun olaraq Rayon Mədəniyyət Sarayında Seyid Əzim 180 illik yubileyi qeyd edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin Rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə hazırladığı tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, RİH Aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

  • İsmayıllı müəllimləri bayrama yüksək nəti...

    İsmayıllı müəllimləri bayrama yüksək nəticələrlə gəlirlər.

    2015-10-05

    Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Qala ” şadlıq sarayında keçirilən Beynəlxalq Müəllim gününə İsmayıllı təhsil sistemi 11 nəfər “Əməkdar müəllim”, 22 nəfər “Ən yaxşı müəllim” və 20 “Ən yaxşı məktəblə” gəlmişdi. 11377 şagirdin təhsili ilə məşğul olan 1531 nəfər pedaqoji işçini təmsil edən 300 nəfər müəllim dövlət təhsil siyasətinin əsil təntənəsi olan bayram tədbirində iştirak edirdi.

  • İsmayıllıda Yaponiya mədəniyyət günləri ke...

    İsmayıllıda Yaponiya mədəniyyət günləri keçirildi.

    2015-10-04

    Yaponiyanın İto şəhəri ilə imzalanmış dostluq sazişindən sonra qarşılıqlı əməkdaşlıq əlaqələri getdikcə genişlənir. Oktyabrın 4-də qardaşlaşmış şəhərdən gəlmiş 11 nəfər mədəniyyət işçisi Rayon Mədəniyyət Mərkəzində Yapon xalqının mədəni irsini nümayiş etdiriblər.

  • Yaponiya mədəniyyət günləri İvanovka kəndin...

    Yaponiya mədəniyyət günləri İvanovka kəndində

    2015-10-04

    01-04 tarixlərdə İsmayıllıda keçirilən Yaponiya mədəniyyət günləri İvanovka kənd mədəniyyət evində yekunlaşdı. İlk olaraq qonaqları RİHB-nin müavini Sevil Əhmədova, İvanovka icra nümayəndəsi Olqa Jabina, Nikitin adına Kolxozun sədri, İvanovka kənd tam orta məktəbin direktoru Mixail Uryupin qarşılayıb.

  • Yarmarka fəaliyyətini bərpa etdi

    Yarmarka fəaliyyətini bərpa etdi

    2015-10-03

    3 oktyabr 2015-ci il tarixdə rayon mərkəzində, qala divarları qarşısında kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi. Yarmarkada N.V.Nikitin adına kolxoz və fermerlər iştirak edirdilər. Sahibkarlar tərəfindən yarmarkaya ət, toyuq, süd, pendir, yağ, taxıl məhsulları, üzüm və meyvə-tərəvəz çıxarılmışdır. Yarmarkaya çıxarılmış məhsullar bazar qiymətlərindən 20-25% aşağı qiymətə satılmışdır.

  • Yapon qonaqlar İsmayıllıda

    Yapon qonaqlar İsmayıllıda

    2015-10-02

    02 oktyabr 2015-ci il tarixdə Yapon mədəniyyətini təqdim etmək üçün İto şəhərindən gəlmiş 11 mədəniyyət işçisi ilə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə RİH-nin başçısı Mirdaməd Sadıqov, RİHB-nın müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yaponiyanın İto şəhərində səfərdə olmuş müəllim və şagirdlər iştirak etmişlər. RİH başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq onların rayonumuzda olmaqlarından məmnunluğunu, Yaponiyanın İto səhəri və Azərbaycan Respublikasının İsmayıllı şəhəri arasında imzalanmış dostluq sazişinin davamlı və daimi olacağına əmin olduğunu bildirdi. Sonda qonaqlara hədiyyələr təqdim olundu.

  • İsmayıllıda Beynəlxalq Ahıllar günü qeyd ed...

    İsmayıllıda Beynəlxalq Ahıllar günü qeyd edilib

    2015-10-01

    Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunan bütün ölkə vətəndaşlarının sırasında ahılların, qocaların, veteranların həyat şəraitinin zənginləşdirilməsinə xüsusi önəm verilir. 1 oktyabr 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkiltaçılığı ilə “xeyir-şər ev”ində Beynəlxalq Ahıllar günün təntənəli keçirilməsi bu baxımdan böyük razılıq doğurdu.

  • Xanagah kəndində qaz kəmərinin bərpasından s...

    Xanagah kəndində qaz kəmərinin bərpasından sonra açılışı

    2015-09-29

    29 sentyabr 2015-ci il tarixdə Xanagah kəndində bərpadan sonra qaz yanacağının verilməsinə həsr edilmiş təntənəli mərasim oldu. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd sakinlərini ürəkdən təbrik etdi, onlara daha firavan həyat arzuladı. Xalqa, hər bir Azərbaycan vətəndaşına, İsmayıllı əhalisinə göstərdiyi qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

  • İsmayıllıda etno-irs günləri

    İsmayıllıda etno-irs günləri

    2015-09-28

    Gənclər və İdman Nazirliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə 24-27 sentyabr 2015-ci il tarixlərində İsmayıllı rayonunun Heydər Əliyev Parkında tələbələrin iştirakı ilə etno-irs günləri keçirlib.

  • İsmayıllıda “Ümumdünya Turizm Günü” il...

    İsmayıllıda “Ümumdünya Turizm Günü” ilə əlaqədar tədbirlər keçirilib

    2015-09-26

    “27 sentyabr – Ümumdünya Turizm günü” münasibətilə İsmayıllıda bir sıra tədbirlər həyata keçirilmişdir. Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bir qrup gəncin Cavanşir qalasına infoturu təşkil edilmiş, tarixi keçmişimizi əks etdirən abidə barədə gənclərə ətraflı məlumat verilmişdir.

  • Müqəddəs Qurban bayramı  İsmayıllıda yüks...

    Müqəddəs Qurban bayramı İsmayıllıda yüksək səviyyədə qeyd edilir

    2015-09-24

    Bu gün Azərbaycanda, eyni zamanda İsmayıllıda müqəddəs Qurban bayramı dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Rayon möminləri tərəfindən dini ayinlər icra olunur, dövlətimizin firəvanlığı, tərəqqisi, vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün dualar edilir, bayram namazı qılınır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Rayonda qaçqın, şəhid ailələri, məcburi köçkün və əlil, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaradılmışdır.

  • İsmayıllıda “Gənc təsərrüfatçılar məkt...

    İsmayıllıda “Gənc təsərrüfatçılar məktəbi”nin təsis konfransı keçirilib

    2015-09-17

    İsmayıllıda qeyri-neft sektorunun inkişafına töhfə verməklə kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi, orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərə köməklik göstərilməsi məqsədilə “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb və bununla əlaqədar sentyabrın 17-də təsis konfransı keçirilib. “Qala” şadlıq sarayında keçirilən, sahibkarlıq fəaliyyəti ilə bilavasitə əlaqəli olan müvafiq qurumların nümayəndələrinin, fermerlərin, sahibkarların, gənclərin iştirak etdikləri təsis konfransını giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb.

  • Azərbaycan Respublikası Prezident Administrasiya...

    Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının oxucular konfransı keçirilib

    2015-09-16

    16 sentyabr 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabının oxucular konfransını keçirib. Kitabın təqdimatına həsr olunmuş konfransda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH Aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə -müəssisə və təşkilatların nümayəndələri, təhsil işçiləri, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Yeni dərs ilinin başlanması münasibətilə İs...

    Yeni dərs ilinin başlanması münasibətilə İsmayıllı rayonunun 80 ümumtəhsil məktəbində tədbirlər keçirilib.

    2015-09-15

    Yeni dərs ilinin başlanması münasibətilə İsmayıllı rayonunun 80 ümumtəhsil məktəbində tədbirlər keçirilib. Yeni təmir olunmuş İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov, RİHB-nin müavini Sevil Əhmədova və rayon təhsil şöbəsinin müdiri Rasim Orucov çıxış edərək kollektivi Bilik günü münasibətilə təbrik ediblər.

  • “Sülh aylığı” çərçivəsində növbəti ...

    “Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

    2015-09-11

    21 avqust-21 sentyabr hər il olduğu kimi, bu il də “Sülh aylığı” elan edilmişdir. “Sülh aylığı” çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən də doğma İsmayıllımızda da “əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği” mövzularında silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də 11 sentyabr 2015-ci il tarixdə İsmayıllı Tarix-Diyarşünaslıq muzeyinin zalında baş tutdu.

  • Nümayəndə günü keçirildi

    Nümayəndə günü keçirildi

    2015-09-11

    11 sentyabbr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzinin iclas zalında növbəti nümayəndə günü keçirilmişdir. Nümayəndə günündə İsmayıllı RİHB-nın 37 İƏD üzrə nümayəndəsindən 34 nəfəri və 3 nəfər nümayəndələrin müavinləri və iştirak etmişlər. İclasa sədrliyi RİH başçısı aparatının Əİ və YÖİO ilə iş şöbəsinin müdiri R.Səmədov etmişdir.

  • İlk dəfə səsverən gənclərlə görüş

    İlk dəfə səsverən gənclərlə görüş

    2015-09-10

    10 sentyabr 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi və 86 saylı ismayıllı Dairə Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Diyallı kəndində ilk dəfə səsverən gənclərlə görüş keçirildi.

əvvəlki [43] növbəti