Şriftin ölçüsü :

Saytın rəngi :

Ruşan kənd tam orta məktəbində tədbir

08 mart 2014 | 16:00

Qərib Məmmədov adına Ruşan kənd tam orta məktəbində 7 mart 2014-cü il tarixdə 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında anaya, qadına həsr olunmuş şer, mahnı, dahilərdən aforizmlər səsləndirildi, səhnəcik nümayiş olundu.
Məktəbin coğrafiya müəllimi N.Əbdülrəhimov qadınların ünvanına xoş sözlər söyləyərək məktəbin qadın kollektivini bu gün münasibəti ilə təbrik etdi. Tədbirin sonunda dahi sənətkar Rəşid Behbudovun ifasında "Ana" mahnısının fonunda anaya aid fotoslaydlar nümayiş olundu.

Keçidlər