Şriftin ölçüsü :

Saytın rəngi :

“İnnovativ təlim texnologiyaları ili” ilə bağlı seminar-müşavirə

08 mart 2014 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı cənab M.Sadıqovun sərəncamına uyğun olaraq rayonumuzda 2014-cü il “İnnovativ təlim texnologiyaları ili” elan olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar 7 mart 2014-cü il tarixdə Rayon Təhsil Şöbəsinin akt zalında “Fizikanın tədrisində riyaziyyatın tətbiqi və fənlərarası inteqrasiya zamanı innovasiyalar” mövzusunda seminar-müşavirə keçirildi. Seminarda RTŞ-nin Metodik kabinetinin direktoru H.Əsədov metodistlər V.Ağayeva, R.Məmmədov və rayonun ümumtəhsil məktəblərinin fizika, riyaziyyat müəllimləri iştirak etmişlər. Seminarı giriş sözü ilə açan Metodik kabinetin direktoru H.Əsədov çıxış edərək fəndaxili və fənlərarası inteqrasiya haqqında geniş məlumat verərək innovativ təlim texnologiyalarının ən mühüm tələblərindən birinin fənlərarası inteqrasiya olduğunu bir daha qeyd etdi. Metodistlər R.Məmmədov “Fizikanın tədrisi zamanı tətbiq olunan əsas riyazi məsələlər” və V.Ağayeva “Riyaziyyatın fizikaya tətbiqində qarşıya çıxan problemlər və onların qaldırılması” mövzularında çıxış edərək fizika və riyaziyyat fənlərinin inteqrasiyası zamanı qarşıya çıxan problemlər və onların aradan qaldırılması yolları haqqında ətraflı məlumat verdilər. Çıxışlar dinlənildikdən sonra tədbir rayonun ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə müzakirə şəraitində davam etmişdir. Rayonun Cülyan kənd tam orta məktəbin direktoru və eyni zamanda riyaziyyat müəllimi E.Mürsəliyev çıxış edərək məktəblərində fizika və riyaziyyat müəllimlərinin qarşılıqlı şəraitdə işlədiklərini bildirdi. Həmçinin fənn metodbirləşməsinin fəndaxili, fənlərarası əlaqə və innovasiyalarda rolunu və əhəmiyyətinin vurğuladı. Təzəkənd, Talıstan, Topçu kənd tam orta, Qaraqaya, Balik kənd ümumi orta və digər məktəblərin müəllimləri də mövzu haqqında maraqlı təklif və rəylərini  bildirdilər.  
       Yekunda RTŞ-nın müdiri R.Orucov çıxış edərək innovativ təlim texnologiyalarından, rayon təhsilində innovativ təlim texnologiyaları istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi. Bu istiqamətdə görülən işlərə nümunə olaraq rayonun 17 məktəbinə prometan (ağıllı) lövhələrin verildiyini, 25 məktəbin yüksək sürətli internetə qoşulduğunu, məktəblərdə şagird sayına düşən kompüterlərin sayının artırıldığını, məktəblərə xeyli sayda proyektor və digər İKT vasitələrinin verildiyini qeyd etdi. Gələcəkdə bu sahədə daha geniş işlərin aparılması üçün qarşıya çıxan problemlərin həlli istiqamətində daha zəruri addımların atılmasının  vacibliyini vurğuladı. Sonra innovativ təlim texnologiyalarının tədris zamanı istifadəsinin günün tələbi olması fikrini vurğuladı. Yetişən gənc nəslin günün tələblərinə cavab verən, milli-mənəvi dəyərlərlərə, dövlətçiliyə sadiq yetişməsində müəllim əməyinin əvəzsiz olduğunu bildirdi.

Keçidlər