Şriftin ölçüsü :

Saytın rəngi :

Ruşan kənd tam orta məktəbində yubiley tədbiri

13 mart 2014 | 16:00

12 mart 2014-cü il tarixdə Q.Məmmədov adına Ruşan kənd tam orta məktəbində M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Tədbirdə şagirdlərin təqdimatında dahi insanın həyatı, ədəbi, publisistik, siyasi fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mühacirət illəri, İranda, Türkiyədə, Rusiyada, Almaniyada fəaliyyəti səsləndirildi. Şagirdlərin ifasında dahi şairimiz Bəxtiyar Vahabzadənin M.Ə.Rəsulzadəyə həsr etdiyi şeir səsləndirildi. Şərqdə ilk demokratik Respublikanın yaradıcısı olan dahi insanın fotolarını, həyat və fəaliyyətini özündə əks etdirən fotoslaydlar tədbir iştirakçılarına təqdim olundu. Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Şıxəliyeva Rəsulzadənin necə bir insan olmasından, ölkəsini nə qədər çox sevməsindən, ömrünün çoxunu qürbətdə keçirməsinə baxmayaraq heç bir zaman Azərbaycandan və azərbaycançılıq ideyalarından əl çəkməməsindən danışdı.

Yubiley tədbiri M.Ə.Rəsulzadənin "Amerikanın Səsi" radiosunda etdiyi çıxışla yekunlaşdırıldı.

Keçidlər