Şriftin ölçüsü :

Saytın rəngi :

Debat Mərkəzlərinin növbəti iclası keçirildi

12 mart 2014 | 16:00

9-10 mart 2014-cü il tarixində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin Baş Ofisində 11 regional debat mərkəzinin rəhbərlərinin iştirakı ilə Debat Mərkəzlərinin növbəti iclası keçirildi. İclasda regional mərkəz statusu daşıyan Bakı, Gəncə, Sumqayıt, İsmayıllı, Şəki, Ağdam, Şəmkir, Biləsuvar, Lənkəran, Qusar, Sabirabad rayonlarının nümayəndələri iştirak edirdi. İclasda regionların yeni rəhbərləri təyin olundu. Sirvan Regional Debat mərkəzinin sədri İsmayıllı Dövlət Humanitar ve Texnologiya Kollecinin tələbəsi Əlizadə Elvin Musaxan oğlu təyin edildi. Mərkəzin ofisi İsmayıllı Gənclər və İdman idarəsində yerləşir. Şirvan  Debat Mərkəzinin idarə heyəti 10 nəfərdən ibarətdir. Hər rayon üzrə idarə heyətinin bir üzvü koordinatordur.
Şirvan Regional Debat mərkəzinin qarşısında duran əsas məqsəd 2014-2020-ci illərdə Gənclər strategiasının həyata keçirilməsidir. 2014-cü il mart-aprel ayları üçün regional debat mərkəzlərinin respublika formuna hazırlıq işləri gedir. Bu foruma İsmayıllı rayonundan iki komanda, digər dörd rayondan bir komanda iştrak edəcək. Hal- hazırda Şirvan Regional Debat mərkəzi bu komandaların ugur əldə etməsi üçün təlim məşqlərinə başlayıb.

Keçidlər