Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • “Şahin”lərimiz Respublikada üçüncü oldu

    “Şahin”lərimiz Respublikada üçüncü oldu

    2015-05-11

    Azərbaycan Respublikasi Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə 10 may 2015-ci il tarixdə Cəmşid Naxcıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçirilmişdir.Yarışdan öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

  • Yaponiyalı qonaqlar İsmayıllıda

    Yaponiyalı qonaqlar İsmayıllıda

    2015-05-11

    May ayının 11-də dünyanın bir çox ölkələrində yapon parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosuqi” Şirkətinin rəhbəri Saki Kosuqi və nümayəndə heyəti İsmayıllı rayonuna səfər edib. Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər. Qonaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkil və portretlər, rəsm və dekorativ sənət nümunələri, doğma Azərbaycanımızın xəritə və bayrağının güllərdən ibarət əl işləmələri, görünüşü və ifadəliliyi ilə diqqəti cəlb edən müxtəlif kompozisiyalara baxıblar.

  • İsmayıllıda Gül bayramı təşkil olunub

    İsmayıllıda Gül bayramı təşkil olunub

    2015-05-10

    May ayının 10-da İsmayıllı şəhər mərkəzi meydanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı təşkil olunub. Bayramda RİH-nin başçısı Midaməd Sadıqov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

  • Ümummilli liderin anadan olmasının 92 illiyinə...

    Ümummilli liderin anadan olmasının 92 illiyinə həsr olunmuş rayon spartakiadası yekunlaşdı

    2015-05-09

    13 aprel-9 may 2015-ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasını keçirmişdir. Mini futbol, həndbol, atletika, şahmat, dama, stolüstü tennis idman növləri üzrə məktəblilər yarışlarda iştirak etmişdir.

  • Kəndlərdə yeni poçt binalarının açılışı...

    Kəndlərdə yeni poçt binalarının açılışı olmuşdur.

    2015-05-09

    9 may 2015-ci il tarixində İsmayıllı poçt filialının İvanovka və Qalagah kəndlərində şöbəsinin yeni binalarının açılışı olmuşdur. Açılışda Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Cümşüd Dadaşov, İsmayıllı poçt filialının müdiri Söhbət Pənahov iştirak ediblər. İvanovka İƏD üzrə nümayəndə Olqa Jabina və kəndin poçt şöbəsinin müdiri Oleq Radayev, Qalagah kənd sakinləri adından çıxış edən Şahmalı Salmanov yaradılmış şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minətdarlığını bildirmişlər.

  • 9 May “Qələbə günü”

    9 May “Qələbə günü”

    2015-05-09

    İsmayıllı rayonunda 9 may “Qələbə Günü” təntənəli şəkildə qeyd olundu. Bayram tədbiri 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin üzərinə yürüşlə başladı. Alman faşizmi üzərində qələbənin 70-ci ildönümü münasibəti ilə hərbi geyimli şagirdlərin paradı keçirilidi və abidənin üzərinə əklil qoyuldu.

  • İvanovka kəndində faşizm üzərində qələbə...

    İvanovka kəndində faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

    2015-05-09

    Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının İvanovka İƏD üzrə nümayəndəsi Olqa Jabina açaraq ikinci Dünya Müharibəsinin bəşəriyyət üçün çox ağır və dəhşətli faciə olduğunu, faşizmin bütün dünya xalqlarına böyük fəlakətlər gətirdiyini bildirdi, Böyük Vətən Müharibəsində həlak olmuş İvanovka kənd sakinlərinin siyahısını oxudu. O.Jabinanın çıxışı İvanovka kənd folklor qrupunun müharibəyə həsr olunmuş həzin musiqi nömrələri ilə müşayət olundu.

  • 70 illik yubiley medalları sahiblərinə verildi

    70 illik yubiley medalları sahiblərinə verildi

    2015-05-08

    İsmayıllı rayonda 21 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, məktəblilər veteranlarla yaşadığı ünvanlarda görüşmüş və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalını onlara təqdim etmişlər. Ziyarətçilər RİH-nin başçısı cənab M.Sadıqovun təbrik məktubunu və bayram hədiyyəsini veteranlara çatdırmışlar. Sağlamlıq durumu yerində olan veteranlarla çay süfrəsi arxasında səmimi söhbət aparılmış, onların mübarizə yolu bir daha xatırlanmışdır.

  • "Tour d’Azerbaïdjan-2015" – İsmay...

    "Tour d’Azerbaïdjan-2015" – İsmayıllı turu

    2015-05-07

    7 may 2015-ci il tarixdə "Tour d’Azerbaïdjan-2015" veloyürüşün ikinci mərhələsinə Bakı şəhərində Veloparkdan start verilib.187 km olan İsmayıllı mərhələsinin finişi Heydər Əliyev adına mərkəzi meydanda baş tutdu. Yürüşün yekununda Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoş Roqliç qalib olub. Azərbaycanın “Synergy Baku” klubunun üzvü Matey Muqerli ikinci yeri tutub. Üçüncü yerə ABŞ-ı təmsil edən Kristofer Hornet sahib çıxıb.

  • Tircan kənd tam orta məktəbində konfrans

    Tircan kənd tam orta məktəbində konfrans

    2015-05-06

    6 may 2015-ci il tarixində İsmayıllı rayon Tircan kənd tam orta məktəbində "Ümumi təhsilin müasir kurikulumları və innovativ təlim texnologiyaları" mövzusunda elmi-praktik konfrans keçirildi.Tədbirdə Rayon Təhsil Şöbəsinin Metodik Kabinetin direktoru H.Əsədov, şöbənin metodistləri X.Allahverdiyev, G.Lətifova və qonşu ümumtəhsil məktəblərin ibtidai sinif müəllimləri iştirak edib.

  • 3 saylı uşaq bağçasında tədbir

    3 saylı uşaq bağçasında tədbir

    2015-05-06

    6 may 2015-ci il tarixdə İsmayıllı şəhər 3 saylı bağçada ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olundu. Tədbir başlamazdan öncə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşəyə baxıldı. Sonra bağça fidanlarının ifasinda Azərbaycan Resublikasının himni səsləndi. Tədbirdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Gülər Baxışova ulu öndərin həyat və fəaliyyəti barədə çıxışı etdi. Uşaqlar ümummilli liderə həsr olunmuş şeir və mahnılar ifa etdilər. Tədbirdə valideynlər də iştirak edirdilər.

  • TQDK-nın Sənəd Qəbulu Komissiyası İsmayıll...

    TQDK-nın Sənəd Qəbulu Komissiyası İsmayıllıda

    2015-05-06

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin müraciətlərinə baxılması və daha rahat ali (V qrup üzrə), həmçinin tam orta və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edərək sənədlərini təsdiqlədə bilmələri üçün 6 may 2015-ci il tarixində saat 09:00-dan 17:00-dək İsmayıllı rayonunda səyyar Sənəd Qəbulu Komissiyasının fəaliyyətini təşkil etmişdir. Komissiya şəhər 1 saylı tam orta məktəbdə təşkil edilmişdir. Gün ərzində çoxsaylı abituriyent komissiyaya gələrək sənədlərini təsdiqlətmişdir.

  • Macarıstanlı qonaq İsmayıllıda

    Macarıstanlı qonaq İsmayıllıda

    2015-05-06

    06 may 2015-ci il tarixdə Macarıstan Respublikasının baş nazirinin xanımı, “Kulinariya” jurnalının baş redaktoru Aniko Levainin Azərbaycana səfəri çərçivəsində İsmayıllıda oldu. Qonağın rayonla tanışlığı Lahıcdan başladı. Burada xanım Aniko Levai duz çörəklə qarşılandı. Qarşılanma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da iştirak edirdi.

  • İsmayıllıda Heydər Əliyev idarəetmə məktə...

    İsmayıllıda Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi keçirildi.

    2015-05-05

    05 may 2015-ci il tarixdə ümummilli lider Heydər Əliyevin 92 illik yubleyi ilə əlaqədar “Heydər Əliyev idarəetmə məktəbi”nin “İctimai siyasi sabitlik Heydər Əliyev siyasətinin başlıca istiqamətidir” mövzusunda növbəti məşğələsi keçirildi. Məşğələnin keçirilməsi üçün məkan dahi öndərin adını daşıyan Heydər Əliyev Mərkəzi seçilmişdi.

  • 100 yaşlı veteranın yubleyi bayram edildi

    100 yaşlı veteranın yubleyi bayram edildi

    2015-05-04

    Alman faşizmi üzərində qələbənin 70 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq İsmayıllıda silsilə tədbirlər həyata keçirilir. May ayının 4-də Gülüstan şadlıq sarayında daha böyük təntənə vardı. Burada Qələbənin yetmiş illiyi, həm də Qalınçaq kənd sakini, İkinci Dünya müharibəsi veteranı Bilal Əliyevin 100 illik yubileyi geniş tərkibdə qeyd edilirdi.

  • Heydər Əliyevin – 92. Silsilə tədbirlər

    Heydər Əliyevin – 92. Silsilə tədbirlər

    2015-05-03

    03 may 2015-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə İsmayıllı rayon Gənclər və İdman idarəsi İsmayıllı Olimpiya İdman Kompleksi ilə birgə velosiped və motosiklet yürüşü təşkil etdi.Yürüşdə 8 motesikletçi və 25 velosipedçi iştirak edirdi. Yürüş Olimpiya İdman Komleksindən start götürdü və şəhərin mərkəzində Heydər Əliyevin abidəsi önündə yekunlaşdı.

  • Ulu öndərin məzarı ziyarət edildi

    Ulu öndərin məzarı ziyarət edildi

    2015-05-01

    İsmayıllı rayon Gənclər və İdman İdarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə bir çox yarışlar və müsabiqələr və səfərlər təşkil edir. Ulu öndərin şərəfli adı ilə bağlı məkanlar daha tez-tez ziyarət edilir. Bu günlərdə Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun bir qrup gənci və idmançısı Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər.

  • İsmayıllı yeni bir gənc ailə boyda böyüdü

    İsmayıllı yeni bir gənc ailə boyda böyüdü

    2015-04-30

    30 aprel 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində yeni bir ailənin əsası qoyuldu. Nigah mərasimindən əvvəl bəy (Cəlal Hüseyinli) və gəlin (Rufanə Həmidli) Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidənin önünə tər çiçəklər qoydular. Sonra yeni evlənənlərin yaxın qohumları və ictimayyət nümayəndələrinin iştirakı ilə mərasim başlandı. Rayon Qeydiyyat şöbəsinin müdiri Hüsniyə Osmanova ailənin təməli olan nigah şəhadətnaməsini gənclərə təqdim etdi, birgə həyatda onlara xoşbəxtlik və səadət arzuladı.

  • Futbol yarışları davam edir

    Futbol yarışları davam edir

    2015-04-30

    29 aprel 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi İsmayıllı rayon Hacıhətəmli kənd stadionunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol üzrə rayon turnirinin növbəti oyununu keçirdi.

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ...

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

    2015-04-29

    Aprelin 29-da İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən vətəndaşların qəbulu keçirilib. İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarından gələn 18 nəfərin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb. Müraciətlər, əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin tikintisi, təmiri, bərpası və yenidən qurulması, təminatı, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı olub.

  • İsmayıllı rayon Gənclər və İdman idarəsi -...

    İsmayıllı rayon Gənclər və İdman idarəsi - 20

    2015-04-28

    28 aprel 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin yaradılmasının 20-ci ildönümünə həsr edilmiş dəyirmi-masa keçirildi. Tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı Fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı Qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və 1995-ci il 28 aprel tarixində isə rayonlarda gənclər və idman idarələrin yaradılma tarixindən bəhs edərək gənclərimizə və idmançılarımıza ölkə Prezidenti tərəfindən verilən yüksək dəyərdən və bu qayğının uğurlu nəticələrindən danışdı.

  • Zərifə xanım Əliyeva - 92

    Zərifə xanım Əliyeva - 92

    2015-04-27

    27 aprel 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi keçirildi. İlk olraq Heydər Əliyev Mərkəzinin foyesində Zərifə xanıma həsr olunmuş və onun sevdiyi mahnılar ifa olundu.

  • www.gotoismailli.az Turizm portalının təqdimat...

    www.gotoismailli.az Turizm portalının təqdimatı

    2015-04-25

    25 aprel 2015 –ci il tarixdə İsmayıllı Rayon Uşaq Kitabxanasında İsmayıllı Turizm Portalının təqdimat mərasimi keçirildi. Təqdimatda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH-nin məsul işçiləri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnalogiyalar Nazirliklərinin əməkdaşları, aid idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən QHT-lərin, ictimai birliklərin və turizm mərkəzlərinin nümayəndələri iştirak edib.

  • Çernobıl faciəsindən 29 il ötür

    Çernobıl faciəsindən 29 il ötür

    2015-04-24

    24 aprel 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının 29-cu il dönümü ilə əlaqədar faciə əlilləri ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüşü keçirildi. Tədbirdə RİHB-nın müavinləri, Gernobıl Əlilər cəmiyyətinin İsmayıllı rayon şöbəsinin sədri, idarə və müəssisə rəhbərləri iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Çernobıl iştirakçılarının sosial həyat şəraiti və sağlamlıq durumları ilə maraqlandı, onlara göstərilən dövlət qayğısının davamlı xarakter daşıyacağını bildirdi. 35 nəfər Çernobıl əlilinin hər biri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldı.

  • Gənc təsərrüfatçılar məktəbi

    Gənc təsərrüfatçılar məktəbi

    2015-04-23

    ...Rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və gənclərin məşğulluğunun artırılması, əhalinin ərzaq təminatının yaxşılaşdırılması, istehsalçılara dəstək verilməsi baxımından aprelin 23-də keçirilən tədbir “Gənc təsərrüfatçılar məktəbi”nin yaradılması çox böyük əhəmiyyət kəsb edəcək. Rayon İcra Hakimiyyəti başçısı, iqtisad elmlər doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun ideya müəllifi olduğu bu layihənin hazırlanması və həyata keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Komitənin iclasına gənc fermerlər və gənc iqtisadçılar, praktik kənd təsərrüfat işçiləri, kənd təsərrüfatı idarəetmə səriştəsi olan mütəxəssislər dəvət olunmuşdur...

əvvəlki [44] növbəti