Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdmaşı kəndində bayram yarmarkası

16 mart 2014 | 16:00

15 mart 2014-cü il tarixində Kürdmaşı kəndində Mədəniyyət Evinin qarşısında Novruz bayramı münasibəti ilə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunmuşdur. Yarmarkada fiziki şəxslərlə yanaşı “Aznar” Açıq Səhmdar Cəmiyyəti iştirak etmişdir. Ümumilikdə 30 addan çox kənd təsərrüfatı məhsulları istehlakçılara təqdim edilmişdir. Təklif olunan məhsulların qiyməti bazar qiymətindən 15-20 faiz aşağı olmuşdur. Yarmarkada meyvə-tərəvəz, taxıl məhsulları ilə yanaşı 400 kq-dan çox mal əti, 70 kq-dan çox təzə balıq satılmışdır. Ümumilikdə, yarmarkadan 1500-dən çox sakin faydalanmışdır.

Keçidlər