Şriftin ölçüsü :

Saytın rəngi :

Maçaxı kənd ibtidai məktəbində tədbirlər

16 mart 2014 | 16:00

15 mart 2014-cü il tarixdə İsmayıllı rayon Maçaxı kənd ibtidai məktəbində "Novruz adət-ənənələri" adlı açıq dərs və Novruz bayramı münasibəti ilə tədbir təşkil edildi. Açıq dərsdə Rayon Təhsil şöbəsinin Metodik kabinetinin direktoru H.Əsədov, metodist X.Allahverdiyev, metodist G.Yarullayeva və 21 kənd məktəblərindən direktorlar və müəllimlər iştirak etmişdir. Açıq dərs kurikulum və yeni fəal təlim metodları ilə qurulmuşdur. Dərs zamanı fotoslaydlara və videoçarxa baxılmışdır. Tədbirdə iştirak edən qonaqlar X.Allahverdiyev, G.Yarullayeva və H.Əsədov çıxış edərək ucqar kənd məktəbində dərslərdə İKT-nın inkişafı və yeni sistemin tətbiqi hər dərs üçün vacib olduğunu söyləmişlər. Bütün məktəblərdə müasir təlim metodlarının tətbiqinə geniş yer verilməsini söyləmişlər. Metodik kabinetinin direktoru H.Əsədov çıxışının sonunda açıq dərsin təşkilatçısı - məktəbin müəlliməsi Ağayeva Gülnar Seyran qızını Fəxri fərmanla və pul mükafatı ilə qiymətləndirmişdir.
Sonra açıq havada Novruz bayramı tədbiri təşkil edilmişdir. Şagirdlər Novruz personajlarını canlandırmış, Yallı, Səməni rəqsi və müxtəlif səhnəciklər nümayiş etdirmişlər. Məktəbin müəllimləri, gəlmiş qonaqlar bayram təbriklərini çatdırdırmışlar.

Keçidlər