Şriftin ölçüsü :

Saytın rəngi :

Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd edildi

27 mart 2014 | 16:00

26 mart 2014-cü il tarixdə İsmayıllı rayonunda Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd edildi. İlk öncə Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, MTN İsmayıllı rayon şöbəsinin əməkdaşları Mərkəzi Meydanda Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzdülər.
Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açdı. Tədbirə toplaşanlar Milli təhlükəsizlik orqanlarının yaranma tarixindən bəhs edən filmə baxdılar. MTN İsmayıllı rayon şöbəsinin rəisi Kamal Axundov çıxış edərək nazirliyin fəaliyyət istiqamətlərindən və qarşıda duran vəzifələrdən danışdı.
Rayon prokuroru Rahib Seyidov, Rayon Polis şöbəsinin rəisi Nizami Qocayev, Rayon Veteranlar Şurasının sədri, polis veteranı Abduləli Əliyev, şəhər 5 saylı tam orta məktəbin şagirdi Pərvanə Əsədzadə çıxışlarında dövlətimizin təhlükəsizliyinin, ictimai-siyasi asayişin, sabitliyin qorunmasında Milli təhlükəsizlik orqanlarının fəaliyyəti barədə məlumat verdilər, şərəfli peşələrində orqan işçilərinə uğurlar arzuladılar.
Yekun söz ilə çıxış edən RİH-nin başçısı Mirdaməd Sadıqov Milli təhlükəsizlik orqanlarının ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında millətin, xalqın, ölkənin təhlükəsizliyini təmin etməsindən, cənab prezident İlham Əliyevin orqanlara veridiyi dəyərdən, onlara göstərdiyi qayğının nəticəsində bu təşkilatın dövlətin əsl dayağına çevrilməsindən danışdı. MTN İsmayıllı rayon şöbəsinin fəaliyyətini yüksək qiymətləndirən M.Sadıqov onları peşə bayramı münasibəti ilə təbrik edərək gələcək işlərində müvəffəqiyyət arzuladı.

Keçidlər