Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Azərbaycanlıların Soyqırımı günüdür.

30 mart 2014 | 16:00

Mart ayının 29-da Heydər Əliyev Mərkəzində və İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirlər keçirildi.
Hər iki tədbiri giriş sözü ilə RİH başçısının müavini S.Əhmədova açdı, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Törədilmiş faciələrin təfərrüatını əks etdirən filmə baxıldı. Tədbirlərdə Rayon Veteranlar Şurasının sədri A.Əliyev, Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi R.Baloğlanov, tarix müəllimi M.Ağayev, G.Mirzəliyev, N.Teymurov, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktor müavini S.Qasımova, şəhər məktəblərinin şagirdləri A.Əliyeva, A.Mirzəliyeva, Uşaq Yaradıclıq Mərkəzinin direktoru X.Xalıqov çıxış edərək ermənilərin törətdikləri cinayətlər, xalqımıza qarşı aparılan soyqırımlar barədə geniş məlumat verdilər.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi çıxış edənlər tərəfindən diqqətə çatdırıldı.

Keçidlər