Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi müayinənin nəticələri geniş müzakirə edilmişdir

05 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sağlam həyat tərzinin formalaşdırılması, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm dövlət tədbirləri həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq ölkə rəhbəri Respublikada bütün əhali qruplarının tibbi müayinədən keçirilməsi tapşırığını vermişdir. Müayinə 2014-cü il fevralın 17-dən başlayaraq may ayının 1-dək davam etdiriləcəkdir.
    Cənab Prezidentin tapşırığına əsasən İsmayıllı rayonunda da bu istiqamətdə əsaslı işlər görülmüş, müvafiq komissiya, işçi qrupları yaradılmış, müayinənin keçirilməsi üçün 16 mərkəzin fəaliyyəti təşkil edilmişdir.
      Rayon üzrə 83111 nəfər əhalinin 17 fevraldan 31 mart tarixinə kimi 39992 nəfəri tibbi müayinədən keçmişdir. Müayinə olunanların 799 nəfəri  ambulator, 54 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 91 nəfəri isə Bakı şəhərinə ixtisaslaşdırılmış tibbi müayinəyə göndərilmişdir.
     04 mart 2014-cü il tarixdə RİH-nin Şura iclasında rayonda həyata keçirilən tibbi müayinənin nəticələri geniş müzakirə olunmuş, RİH-nin başçısı Mirdaməd Sadıqov  görülmüş işlər barədə danışmış, yaranmış problemlərin və qarşıda duran vəzifələrin həlli yolları barədə məlumat vermiş, müayinənin daha effektli aparılması üçün tapşırıqlar vermişdir.
    Müayinə komissiyasının sədri, RİH başçısının birinci müavini Rövşən Ağayev,           RMX-nın baş həkimi Aftandil Rəhimov, Lahıc qəsəbə xəstəxanasının baş həkimi Sədrəddin İsgəndərov, İvanovka kənd xəstəxanasının baş həkimi Mariya Prokofyeva, RMX-nın baş həkiminin müavini Abdullətif Maqsudov, RTŞ-nın müdiri Rasim Orucov çıxış edərək müayinənin nəticələri barədə məlumat vermişlər. Nəticələr geniş müzakirə edilmişdir.
    RİH başçısı yanında şura iclasında digər bir neçə məsələnin də müzakirəsi aparılmışdır.

Keçidlər