Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçiləri şahmat yarışında güclərini sınadılar

06 aprel 2014 | 15:00

İsmayıllı rayon Təhsil Şöbəsi və TİAHİ rayon Komitəsinin birgə qərarı ilə rayonun təhsil müəssisələrində şalışan və şahmat oyununa maraq göstərən müəllimlər arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilmişdir. Yarışda 35 nəfərdən çox bu qədim intellektual oyuna maraq göstərən təhsil işçiləri öz güclərini sınamışlar. Gərgin keçən yarışda şəhər 7 saylı məktəbin müəllimi Cahangir Niftəliyev I, Qubaxəlilli kənd tam orta məktəbin müəllimi Famil Səfərov II, Təzəkənd kənd tam orta məktəbin müəllimi Şərafəddin Rzayev III yeri tutmuşlar. Qaliblər RTŞ-nin və TİAHİ RK-nin diplom və pul mükafatı ilə qiymətləndirilmişlər. Qalib gələn Cahangir Niftəliyev aprel ayının sonunda Bakı şəhərində keçiriləcək Respublika birinciliyinə vəsiqə qazanmışdır.

Keçidlər