Şriftin ölçüsü :

Saytın rəngi :

Onlayn olimpiada ilə bağlı dəyirmi masa

10 aprel 2014 | 15:00

9 aprel 2014-cü il tarixdə Rayon Gənclər və İdman idarəsi Təhsil şöbəsi ilə birgə  “İstedadların hazırlığı laboratoriyası”  layihəsi çərçivəsində  II Respublika olimpiadasının onlayn mərhələsinin kecirilməsi barədə dəyirmi masa təşkil etmişdir. Dəyirmi masada çıxış edən Rayon Təhsil şobəsinin müdiri R.Orucov olimpiadanın  7-11 sinif şagirdləri arasında keçirildiyini vurğulayaraq bu yarışa yüksək səviyyədə hazırlaşmağın vacibliyini bildirdi. Sonra Gİİ-nin rəisi T.Salehov çıxışında bildirdi ki, şagirdlər aprel ayının 12-nə qədər istedad.az  saytında qeydiyyatdan keçilməlidirlər. O, imtahanın aprelin 12-də saat 12:00-da başlayacağını bildirdi.

P.S. 7-11-ci sinif şagirdlərinin nəzərinə!

2014-cü il aprel ayının 12-də saat 12:00-da “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində  “İstedad.az” veb saytında onlayn imtahan keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən şagirdlər aprelin 12-dək qeydiyyatdan keçməlidirlər.

Keçidlər