Şriftin ölçüsü :

Saytın rəngi :

Talıstan və Diyallı kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilib

09 aprel 2014 | 15:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun  Talıstan və Diyallı  kənd sakinləri ilə görüş-qəbul keçirib.  RİH başçısı Mirdaməd Sadıqov hər iki kənddə  çıxış edərək,    Prezident  İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən,  Azərbaycanın bu günkü inkişaf yolundan və  bu inkişafın bölgələrə təsiri eləcədə rayonda və kəndlərdə  görülmüş və görüləcək işlər barədə kənd sakinlərinə məlumat verib.

Kənd sakinləri isə öz çıxışlarında  ümumilikdə kəndin və şəxsi problemlərini dilə gətiriblər.  M.Sadıqov  qeyd olunan  problemlərlə əlaqədar aidiyyəti şəxslərə tapşırıqlar verib.

Keçidlər