Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İsmayıllıda “Açıq qapı günü”- vətənd...

    İsmayıllıda “Açıq qapı günü”- vətəndaş forumu

    2014-11-29

    Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti “Açıq qapı günü”-vətəndaş forumunu noyabrın 28-də İsmayıllı rayonunda keçirib. “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda regional tədbirdə İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Ağsu, Kürdəmir və Qəbələ rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

  • İsmayıllı məktəbliləri Heydər Əliyev irsin...

    İsmayıllı məktəbliləri Heydər Əliyev irsini dərindən öyrənirlər

    2014-11-28

    İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçilən açıq dərslər davam edir. AzərTAc xəbər verir ki, əvvəlcədən tərtib olunan qrafikə əsasən, noyabrın 28-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərsdə Lahıc qəsəbə, Müdrü, Ruşan, Zərnava və Vəng kənd tam orta məktəblərindən ümumilikdə, 50 nəfər XI sinif şagirdi iştirak edib.

  • İsmayıllıda rayonun yaradılmasının 83-cü il...

    İsmayıllıda rayonun yaradılmasının 83-cü il dönümü qeyd olundu.

    2014-11-25

    83 il öncə Azərbaycanda yeni bir ərazi vahidi –İsmayıllı rayonu yaradıldı. Ayrı-ayrı vaxtlarda müxtəlif inkişaf dövrü yaşayan, sosial-iqtisadi, infrastruktur, sənaye və kənd təsərrüfatı baxımından inkişaf edən rayon bu gün 1 şəhər, 2 qəsəbə və 105 kəndi əhatə edir. Əhalinin sayı 83 min nəfərdən yuxarı olmaqla 33 faizi şəhərdə, 67 faizi isə kəndlərdə yaşayır.

  • İsmayıllıda YAP-ın yaranmasının 22-ci ildön...

    İsmayıllıda YAP-ın yaranmasının 22-ci ildönümü təntənə ilə qeyd edildi

    2014-11-21

    Azərbaycanı dərəbəylikdən, xaosdan, parçalanmaqdan xilas etmək, torpaq itkisinin qarşısını almaq, hüquqi dövlət yaradıb, onu məharətlə idarə etmək, öləziyən iqtisadiyyatı dirçəltmək üçün ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi çox vacib idi. Xalqımız təkidli xahişinə ara vermirdi. Nicatını Heydər Əliyevdə görürdü. Ümidi ona idi. Ulu öndər xalqımızın taleyi üçün həmişə özünü məsul bildiyi üçün xahişləri qəbul etdi. Düşündü ki, hakimiyyətə gəlmək üçün siyasi əsas lazımdır. Bu əsas da 1992-ci il noyabr ayının 21-də Naxçıvanda keçirilən təsis konfransında yaradılan Yeni Azərbaycan Partiyası oldu. İlk rayon təşkilatlarından biri də İsmayıllıda təsis olundu. İndi rayon təşkilatının uçotunda 7500 nəfərə qədər YAP üzvü vardır.

  • Ədliyyə işçilərinin peşə bayramı qeyd olun...

    Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

    2014-11-21

    Noyabr ayının 21-də İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.

  • İdeya-siyasi tərbiyənin, təhsil, səhiyyə, g...

    İdeya-siyasi tərbiyənin, təhsil, səhiyyə, gənclər və idman siyasətinin həyata keçirilməsi, ekologiyanın qorunması vəziyyəti müşavirədə təhlil olundu.

    2014-11-20

    Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin İdarəetmə Akademiyasının 15 illiyi tədbirində və şəhər, rayon icra hakimiyyətləri başçılarının , onların ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin birgə seminarındakı məruzələri ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.Müşavirədə məktəb direktorları, səhiyyə, təhsil, mədəniyyət, idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimai və qeyri-hökümət təşkilatının nümayəndələri iştirak edirdi.

  • “Xəmsə” Milli İntellektual oyunlarının  z...

    “Xəmsə” Milli İntellektual oyunlarının zona mərhələsi keçirilib.

    2014-11-20

    İsmayıllını təmsil edən “Niyal” komandası gərgin mübarizədə öz bilik və intellektlərini nümayiş etdirərək, rəqiblərini yüksək xal fərqi ilə qabaqlayaraq I yerə çıxıb.

  • “17 noyabr –Milli Dirçəliş Günü” münas...

    “17 noyabr –Milli Dirçəliş Günü” münasibətilə tennis üzrə rayon birinciliyi

    2014-11-17

    17 noyabr 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Uşaq Gənclər İdman Məktəbində “17 noyabr –Milli Dirçəliş Günü” münasibətilə müəssisə əməkdaşları arasında tennis üzrə rayon birinciliyi keçirdi. Tədbirdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov iştirakçıların hər birinə uğur arzuladı və Milli Dirçəliş Günü münasibətilə onları təbrik etdi. Sonra Rayon Tennis federasiyasının sədri Ağasəf Salmanov da öz növbəsində iştirakçıları təbrik etdi. 16 nəfərin iştirak etdiyi rayon birinciliyində Abdullayev Seyran Akif oğlu I yerə, Nəbili Bayram Davud oğlu II yerə və Xuduyev Balakişi Məhəmməd oğlu III yerə layiq görüldü. Qaliblərə rayon Gənclər və İdman idarəsinin diplomları, tennnis federasiyasının qiymətli hədiyyələri təqdim olundu.

  • Sumağallı kəndində yeni uşaq bağçası açı...

    Sumağallı kəndində yeni uşaq bağçası açıldı.

    2014-11-17

    İsmayıllının Sumağallı kəndi son illər əsil mənada inkişafda, yüksəlişdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il avqust ayının 14-də burada su-elektrik stansiyasının açılışını edib. Kəndə asfalt yol salınıb, tikinti materialları satışı bazası açılıb, sürətli internet xətti çəkilib, elektron ATS, SMART-kart tipli elektrik sayğacları quraşdırılıb. Bu gün isə dövlət vəsaiti hesabına tikilmiş 40 yerlik uşaq bağçasının açılışı oldu.

  • Milli Dirçəliş Günü münasibəti ilə İsmay...

    Milli Dirçəliş Günü münasibəti ilə İsmayıllı Mədəniyyət Sarayında dəyirmi masa

    2014-11-17

    17 noyabr 2014-cü ildə İsmayıllı Mədəniyyət Sarayının iclas zalında 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov çıxış edərək bildirib ki, Milli Dirçəliş günü 1992-ci ildə elan olunub. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

  • “Ümumrespublika Yaşıllaşdırma” marafonu d...

    “Ümumrespublika Yaşıllaşdırma” marafonu davam edir

    2014-11-16

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start götürmüşdür. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.

  • İsmayıllı Uşaq Kitabxanasında maarifləndiric...

    İsmayıllı Uşaq Kitabxanasında maarifləndirici tədbirlər davam etdirilir

    2014-11-15

    15 noyabr 2014-cü il tarixində İsmayıllı rayon MKS-nin uşaq şöbəsində İsmayıllı uşaq kitabxanası, Talıstan uşaq bağçası və And körpələr evinin birgə təşkilatçılığı ilə “Balacaların nağıl dünyası” adlı Şəhərcik təşkil edilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil şöbəsinin işçiləri tədbirdə iştirak edib. İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova ölkədə və rayonda uşaqlara göstərilən qayğıdan danışıb, onların asudə vaxtının səmərəli təşkili üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

  • İsmayıllı müəllimləri Gürcüstanda belnəlx...

    İsmayıllı müəllimləri Gürcüstanda belnəlxalq konfransda

    2014-11-15

    Muasir dövrümüzdə hər sahədə olduğu kimi təhsil sahəsində də məqsədyönlu islahatlar çox böyük uğurla həyata keçirilir. Bu islahatlar əzəmətli və möhtəşəmdir, çünki bunların təməli ulu öndərmiz H.Əliyev tərəfindən qoyulmuşdur və bu gün də layiqincə yerinə yetirilir. Bu islahatların həyata keçməsində hər bir müəllim kimi mən də öz kiçik töhfəmi verməyə çalışıram. İşlədiyim dövrdən müxtəlif yerli və beynəlqxalq layihələrdə iştirak edərək öz tədris keyfiyyətimi artırıram. O cümlədən professor Əjdər Ağayevin rəhbərliyi altında Təhsil Şurası müxtəlif layıhələr həyata keçirir. Bu layihələr bir-birindən maraqlı və rəngarəng olur. Təhsil Şurasının Gürcüstan Respublikasında planlaşdırdığı birinci beynəlxalq elmi-təcrübi konfransında iştirak etmək mənə çox böyük qürür verirdi. Artıq bir neçə xarici ölkədə təcrübə mübadiləsində olmuşdum və yenidən belə bir imkanın verilməsi məni çox sevindirirdi. Beynəlxalq konfrans 13-15 noyabr 2014-cü il tarixlərində Gürcüstanın Kabuleti şəhərində keçirildi.

  • Azərbaycan çoxəsirlik multikulturalizm və tole...

    Azərbaycan çoxəsirlik multikulturalizm və tolerantlıq ənənələrinə malikdir

    2014-11-13

    13 noyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq günü münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova,Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun təmsilçisi Ceyhun Məmmədov, Bakı Slavyan Universitetindən İrina Kunina, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina, Topçu məscidinin dini icma sədri Rəşid Məmmədov və başqaları çıxış ediblər.

  • “Sönmüş Talelər” tamaşası nümayiş etdi...

    “Sönmüş Talelər” tamaşası nümayiş etdirildi

    2014-11-13

    Noyabr ayının 13-də Dağıstan Azərbaycan Dövlət Dram Teatrı İsmayıllı rayonunda qastrol səfərində olmuşdur. Dağıstan Azərbaycan Dövlət Dram Teatrı Rayon Gənclər Mərkəzində yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə çıxış ediblər. Tamaşanın əsas süjet xətti narkomaniya ilə mübarizə mövzusu idi. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

  • “Heydər Əliyev idarəetmə məktəbi”nin nö...

    “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində Azərbaycan Konstitusiyası günü qeyd edildi.

    2014-11-12

    “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri ardıcıl olaraq Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilir. Noyabr ayının 12-də Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 19 illiyinə həsr olunmuş tədbir də idarəetmə məktəbinin növbəti məşğələsi çərçivəsində təntənə ilə burada qeyd olundu. Konstitusiyamızın baş memarı və yaradıcısı Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə konstitusiya barədə məruzəni rayon məhkəməsinin hakimi Azad Əliyev etdi. Rayon prokurorluğunun müstəntiqi İlkin Mustafayev, şəhər 6 saylı tam orta məktəbin müəllimi Ülkər Süleymanova və İsmayıllı Humanitar və Texnologiya Kollecinin tarix müəllimi Pərviz Məhərrəmov Konstitusiyamıza müxtəlif aspektlərdən yanaşmaqla təhlili çıxış etdilər.

  • Bayraq meydanına səfər

    Bayraq meydanına səfər

    2014-11-09

    "9 noyabr- Milli Bayraq günü" münasibətilə 08 noyabr 2014-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hərtərəfli dəstəyi ilə rayonun bir qrup fəal gənci Bakı şəhərinə-Bayraq meydanına səfər etmişdir.

  • Universal döyüş üzrə rayon birinciliyi keçir...

    Universal döyüş üzrə rayon birinciliyi keçirilib

    2014-11-09

    08 noyabr 2014-cü il tarixdə saat 10:00 –da İsmayıllı rayon Gənclər və İdman idarəsi “9 noyabr-Milli Bayraq Günü” və “12 noyabr-Konstitusiya Günü” münasibətilə yeniyetmələr və gənclər arasında universal döyüş üzrə rayon birinciliyi keçirdi.

  • Gənclər arasında kross-qaçış yarışı  keç...

    Gənclər arasında kross-qaçış yarışı keçirilib

    2014-11-09

    08 noyabr 2014-cü il tarixdə saat 10:00 –da İsmayıllı rayon Gənclər və İdman idarəsi və rayon atletika federasiyası ilə birgə “9 noyabr-Milli Bayraq Günü” nə həsr olunmuş gənclər arasında kross-qaçış yarışı keçirilmişdir.

  • İsmayıllıda ağacəkmə kompaniyası davam edir

    İsmayıllıda ağacəkmə kompaniyası davam edir

    2014-11-08

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonumuzda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən noyabr ayında 10 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur. Noyabr ayının 5-dən bu günə qədər İsmayıllı-Muğanlı avtomobil yolunun 2-15-ci kilometrliyində 1960 ədəd akasiya, çinar, lapan, ağcaqayın, qovaq və s. ağacları əkilmişdir. 08 noyabr 2014-cü il tarixdə keçirilən ağacəkmə kompaniyasında daha 1350 ədəd ağac əkildi. Beləliklə kompaniya başlayandan bu günə qədər rayon ərazisində 3310 ədəd ağac əkilmişdir.

  • İsmayıllıda Dövlət Bayrağı günü yüksək ...

    İsmayıllıda Dövlət Bayrağı günü yüksək səviyyədə bayram edilir

    2014-11-08

    Bayraq meydanının da qovuşduğu Mərkəzi Meydan 9:30-dan Dövlət Bayrağı gününü qeyd etməyə hazır idi. Mərkəzi Meydan ümummilli lider Heydər Əliyevin bayrağımız, digər dövlət simvollarımız barədə dediyi dahiyanə fikirləri əks etdirən lövhələrlə, bayraqlarla, bu günə aid yaradıcılıq nümunələri ilə bəzədilmişdi. Təntənəli bayram tədbiri bir qrup gəncin Bakı şəhərinə-Dövlət Bayrağı Meydanına rayon rəhbərliyi tərəfindən yola salınması ilə başlandı.

  • “Ekologiyanın qorunması”

    “Ekologiyanın qorunması”

    2014-11-08

    Noyabr ayının 8-də İsmayıllı Uşaq Kitabxanasının və şəhər 2 nömrəli körpələr-evi uşaq bağçasının təşkilatçılığı ilə “Ekologiyanın qorunması” mövzusunda tədbir keçirildi.

  • İsmayıllı “Ümumrespublika Yaşıllaşdırma...

    İsmayıllı “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulub

    2014-11-07

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start götürmüşdür. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. İsmayıllı rayonu ərazisində noyabr ayı ərzində müxtəlif cinslərdən olan 10 minə yaxın ağacın əkilməsi nəzərdə tutulumuşdur.

  • İsmayıllıda ağsaqqallarla gənclər həmişə ...

    İsmayıllıda ağsaqqallarla gənclər həmişə bir yerdədirlər

    2014-11-07

    İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı, Rayon Gənclər və İdman idarəsi, Rayon Təhsil şöbəsi, Rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə 9 noyabr – Dövlət Bayrağı günü və Azərbaycan Konstitusiyası günü münasibətilə silsilə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də 7 noyabr 2014-cü il tarixdə “Qala” şadlıq sarayında yaşlıların gənclərlə görüşü- nərd yarışı keçirilmişdir.

  • “İslamda uşaq hüquqları” mövzusunda semin...

    “İslamda uşaq hüquqları” mövzusunda seminar

    2014-11-07

    07 Noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil şöbəsinin konfrans zalında Ismayıllı Rayon İcra Hakimiyyəti ilə birgə "Uşaq hüquqları aylığı " çərçivəsində “İslamda uşaq hüquqları” mövzusunda seminar keçirilmişdir.

əvvəlki [47] növbəti