Şriftin ölçüsü :

Saytın rəngi :

Əlifba bayramı keçirildi

19 aprel 2014 | 15:00

18 aprel 2014-cü il tarixdə A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbdə əlifba təlimini başa vuran şagirdlərin bayram tədbiri keçirildi. Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak edirdilər. Tədbirdə şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi, səhnəciklər göstərildi. Tədbirdə RTŞ-nin ibtidai siniflər üzrə metodisti Gülllübəyim  Cərullayeva çıxış edərək kiçik məktəblilərə öz arzu və istəklərini bildirdi, onlara gələcəyin qurucuları, elmli, təhsilli olmağı arzuladı.
  Daha sonra çıxış edən məktəbin  direktoru Ramil Dadaşov, tədris işləri üzrə direktor müavini Gülxar Məmmədova, sinif müəllimi Sədaqət İsazadə, məktəbin dil ədəbiyyat müəllimi-valideyn Eminə Orucova birinciləri təbrik etdilər, onlara vətəni, torpağı, xalqımızı, dilimizi, milli adət-ənənələrimizi, tariximizi öyrətməyi və onları sevdirməyi arzuladılar.

Keçidlər