Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar dama yarışı keçirilmişdir.

20 aprel 2014 | 15:00

Rayon   Mədəniyyət  və  Turizm  şöbəsinin  tərtib  olunmuş  tədbirlər  planına  uyğun  olaraq  İsmayıllı  rayon  Mədəniyyət  işçiləri  Həmkarlar  Komitəsinin  təşkilatçılığı  ilə  mədəniyyət  işçiləri  arasında  Ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının   91  illiyi  ilə  əlaqədar  dama  yarışı  keçirmişdir.  Yarış  iştirakçıları  püşkatma  ilə  qruplara  bölünərək  qalib  adı  uğrunda  mübarizə  aparmışlar. Rayon  Mədəniyyət  Mərkəzinin, Uşaq  İncəsənət  məktəbinin, Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  işçilərinin  iştirakı  ilə  keçirilən  yarışda  Rayon  Mədəniyyət  Mərkəzinin  elektriki  Mamedov  Xanlar  Balakişi  oğlu  birinci,  Uşaq  İncəsənət  məktəbinin  müəllimi  Şirəliyev  Seymur  Sədrəddin  oğlu  ikinci, Rayon  Mədəniyyət  Mərkəzinin  medodisti  Şəmdinli  Araz  Tahir  oğlu  üçüncü  yeri  tutmuşlar. Yarış  qaliblərinə  Mədəniyyət  işçiləri  Həmkarlar  Komitəsinin  təsis  etdiyi  mükafatlar  və  diplomlar  təqdim  olunmuşdur.

Keçidlər