Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İsmayıllı “Ümumrespublika Yaşıllaşdırma...

    İsmayıllı “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulub

    2014-11-07

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start götürmüşdür. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. İsmayıllı rayonu ərazisində noyabr ayı ərzində müxtəlif cinslərdən olan 10 minə yaxın ağacın əkilməsi nəzərdə tutulumuşdur.

  • İsmayıllıda ağsaqqallarla gənclər həmişə ...

    İsmayıllıda ağsaqqallarla gənclər həmişə bir yerdədirlər

    2014-11-07

    İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı, Rayon Gənclər və İdman idarəsi, Rayon Təhsil şöbəsi, Rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə 9 noyabr – Dövlət Bayrağı günü və Azərbaycan Konstitusiyası günü münasibətilə silsilə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də 7 noyabr 2014-cü il tarixdə “Qala” şadlıq sarayında yaşlıların gənclərlə görüşü- nərd yarışı keçirilmişdir.

  • “İslamda uşaq hüquqları” mövzusunda semin...

    “İslamda uşaq hüquqları” mövzusunda seminar

    2014-11-07

    07 Noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil şöbəsinin konfrans zalında Ismayıllı Rayon İcra Hakimiyyəti ilə birgə "Uşaq hüquqları aylığı " çərçivəsində “İslamda uşaq hüquqları” mövzusunda seminar keçirilmişdir.

  • Dama üzrə rayon birinciliyi keçirildi

    Dama üzrə rayon birinciliyi keçirildi

    2014-11-06

    05 noyabr 2014-cü il tarixdə saat 1000 –da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman idarəsi rayon Dama federasiyası ilə birgə “9 noyabr-Milli Bayraq Günü” münasibətilə rayon hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatları arasında dama üzrə rayon birinciliyi keçirdi.

  • Dövlət Bayrağı Gününə həsr edilən tədbir...

    Dövlət Bayrağı Gününə həsr edilən tədbir keçirilib

    2014-11-06

    İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzində 06 noyabr 2014-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilən tədbiri keçirilib.

  • Tarix Diyarşünaslıq Muzeyində 9 noyabr Bayraq ...

    Tarix Diyarşünaslıq Muzeyində 9 noyabr Bayraq günü ilə əlaqədar tədbir

    2014-11-06

    Noyabr ayının 6- da İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyində 9 noyabr Bayraq günü ilə əlaqədar tədbir keçirilmişdir. Muzeyin direktoru M. Fərəcov İsmayıllılara bu bayramın və keçirilən tədbirin əhəmiyyəti barədə danışmışdır.

  • "Gələcək öz əlimizdədəir" layihə...

    "Gələcək öz əlimizdədəir" layihəsinə dəstək

    2014-11-01

    2014-ci il 1 noyabr tarixdə Xankənd kənd tam orta məktəbində müəllim və şagird kollektivi iməcilik keçirilmişdir. İməcilik zamanı məktəbin həyətyanı sahəsində 10 ədəd heyva, 20 ədəd fındıq, 10 ədəd alma, 12 ədəd armud, 30 ədəd qovaq, 5 ədəd tut, 10 ədəd dekortiv ağac tingi, 25 ədəd gül çilingi əkilmişdir. Bundan başqa məktəbin həyətyanı sahəsi alaq otlarından və xəzəldən təmizlənmişdir. Daha sonra qurumaqda olan mevə ağacları kəsilmiş, digər meyvə ağaclarında budama işləri aparılmışdır.

  • Kənd təsərrüfatı işçilərinin peşə bayram...

    Kənd təsərrüfatı işçilərinin peşə bayramı

    2014-11-01

    01 noyabr 2014-cü il tarixində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov çıxış edərək rayonun kənd təsərrüfatının hazırki vəziyyətinin geniş təhlilini vermiş və perspektivdə bu sahədə görüləcək işləri və qarşıda duran vəzifələri geniş şərh etmişdir.

  • Təhsildə gender məsələləri

    Təhsildə gender məsələləri

    2014-10-30

    Sosial həyatın bütün istiqamətlərində, xüsusilə təhsil sahəsində gender məsələlərinin müvəffıəqiyyətli həlli hüquq bərabərliyinin təmin olunmasında çox böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alan azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqqı Respublika Komitəsi Gender Araşdırmalar Mərkəzi ilə birgə İsmayıllıda “Təhsildə gender məsələləri” mövzusunda regional seminar keçirmişdir.Heydər Əliyev Mərkəzidə keçirilən seminara 17 rayonun təhsil işçiləri həmkarlar ittifaqı rayon komitəsinin və gender komissiyalarının sədrləri, Ismayıllının bir sıra məktəb həmkarlar təşkilatlarının sədrləri dəvət olunmuşdu.

  • Üç vacib məsələ

    Üç vacib məsələ

    2014-10-30

    Regionların Sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq İsmayıllı rayonunun Ağbulaq kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə görüşü keçirilib. Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub.

  • Gənclərlə görüş

    Gənclərlə görüş

    2014-10-30

    30 oktyabr 2014-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun ictimai həyatında fəallıq göstərən gənclərin bir qrupu ilə görüşüb. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatları vurğulayan İcra başçısı ölkə rəhbərinin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd edib. İsmayıllı gənclərini layihələr hazırlamaqda, səmərəli və uğurlu fəaliyyətlərdə daha da fəal olmağa çağırıb. Çıxış edən gənclər rayonda gələcəkdə görmək istədikləri yeni layihələrlə bağlı təkliflərini bildiriblər.

  • “Uşaqların yaşamaq və inkişaf etmək hüquq...

    “Uşaqların yaşamaq və inkişaf etmək hüququ” mövzusunda seminar

    2014-10-29

    Oktyabr ayının 29-da Mərkəzi Uşaq kitabxanasının akt zalında “Uşaq hüquqları aylığı çərçivəsində Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların yaşamaq və inkişaf etmək hüququ” mövzusunda seminar keçirildi. Seminarda RİH-nin hüquq şöbəsinin müdiri X.Abbasov, şöbənin məsləhətçisi P.Ağayeva, ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi G.Mirzəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Ş.Hacıyeva, İsmayıllı UADM-nin direktoru L.Əliyeva, RTŞ-nin məsləhətçisi R.Baloğlanov iştirak edirdi.

  • Azərbaycan Respublikası Gənclər və İdman Naz...

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının final yarışı keçirilmişdir

    2014-10-28

    24 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının final yarışı keçirilmişdir.Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, onlarda vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclər arasında hərbi hazırlıq işlərinin gücləndirilməsi, idmançılarda yarış təcrübəsinin və ustalığın artırılmasından ibarətdir. Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxış edərək yarışın məqsədi və vəzifələri barədə məlumat vermiş və idmançılara uğurlar arzulamışdır.

  • Mini futbol üzrə rayon birinciliyi

    Mini futbol üzrə rayon birinciliyi

    2014-10-28

    İsmayıllı rayon Gənclər və İdman idarəsi 27-28 oktyabr 2014-cü il tarixlərdə İsmayıllı Olimpiya İdman Kompleksində rayon məktəblərinin X-XI sinif şagirdlərindən təşkil olunmuş futbol komandaları arasında mini futbol üzrə rayon birinciliyi keçirib. İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək məktəbli idmançıları həm bu yarışda, həm də dərslərində uğurlar arzulayıb.sonra yarış başlayıb.

  • İsmayıllı sürətli inkişaf yolundadır

    İsmayıllı sürətli inkişaf yolundadır

    2014-10-27

    2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun etdiyi məruzədə çoxistiqamətli inkişafın yüksək nəticələri hərtərəfli əksini tapmışdır. Rayonda hesabat dövründə müqayisəli qiymətlərlə 122 milyon 506 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Sənaye sahəsində 2,5 faiz, kənd təsərrüfatında 3,1 faiz, nəqliyyatda 3,7 faiz, rabitə sahəsində 1,3 faiz və ticarətdə 37,3 faiz artım əldə edilmişdir.

  • Tullantıdan sənətə

    Tullantıdan sənətə

    2014-10-26

    “Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsi çərçivəsində 25 oktyabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasının qarşısında və foyesində “Tullantıdan sənətə” adlı sərgi keçirilib. Sərgidə Heydər Əliyev Mərkəzi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzi, İsmayıllı Uşaq Texniki Yaradıcılıq Mərkəzi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı şəhər 3, 4, 5, 6, 7 saylı, Basqal qəsəbə, Vəng, Təzəkənd, Tircan, Talıstan kənd tam orta məktəbləri, Quşencə, Xəlilli, Sumağallı, Təzəkənd, Gəraybəyli uşaq bağçaları bir-birindən maraqlı, rəngarəng və fərqli əl işləri ilə çıxış ediblər.

  • İsmayıllı Uşaq Kitabxanasında növbəti yarad...

    İsmayıllı Uşaq Kitabxanasında növbəti yaradıcılıq tədbiri

    2014-10-26

    Oktyabr ayının 25-də İsmayıllı Uşaq Kitabxanasının və şəhər 3 nömrəli körpələr-evi uşaq bağçasının təşkilatçılığı ilə “Ekologiyanın qorunması” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova son dövrlər İsmayıllıda geniş vüsət alan ekoloji maarifləndirmə tədbirləri haqqında danışıb. Uşaq kitabxanasının müdiri Rəna Süleymanova kitabxanada uşaqlar üçün yaradılan “Nağıl otağı” haqqında məlumat verib. Keçirilən tədbirin önəmindən danışıb.

  • Bədən dili və natiqlik sənəti

    Bədən dili və natiqlik sənəti

    2014-10-23

    23 oktaybr 2014-cü il tarixdə İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Sosial Fəallığını artıraq” adlı layihəsi çərçivəsində seminar keçirmişdir. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov gənclər arasında natiqlik qabiliyyətinin inkişaf etdirilməsi üçün belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmışdır.

  • İngilis dilindəki kitabların sərgisi

    İngilis dilindəki kitabların sərgisi

    2014-10-22

    22 oktyabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasında kitabxanaya yeni daxil olan ingilis dilindəki kitabların sərgisi və biblioqrafik icmalı təşkil edilib. Sərgidə İsmayıllı MKS-in əməkdaşları, məktəblilər və kitabxananın fəal oxucuları iştirak edib. Sərgiyə baxışdan öncə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova kitabın və kitabxananın bütün ziyalı təbəqələr, şagirdlər və ictimaiyyət üçün müsbət rolundan danışıb. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əzizə Məsimova yeni kitablar haqqında ətraflı məlumat verib. Kitabxananın fəal oxucuları sərginin əhəmiyyətini vurğulayıblar.

  • Təbiətin İsmayıllıya verdiyi gözəlliyə qı...

    Təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir

    2014-10-18

    Epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə İsmayıllı rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi start götürüb. Layihə çərçivəsində 18 oktyabr 2014-cü il tarixdə rayon mərkəzində rəsm müsabiqəsi təşkil edilib. Müsabiqədə Fazil Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbinin rəssamları insanları təmizliyə riayət etməyə çağıran rəsmlər çəkiblər.

  • “Xəmsə” milli intellektual oyununun rayon m...

    “Xəmsə” milli intellektual oyununun rayon mərhələsi keçirildi

    2014-10-18

    17 oktyabr 2014-cü il tarixdə saat 12:00-da Gənclər Mərkəzinin akt zalinda 18 oktyabr Müstəqillik gününə həsr edilmiş “Xəmsə” milli intellektual oyununun IV Azərvbaycan çempionatının rayon mərhələsi keçirildi. Yarışı İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov açaraq iştirakçıları salamladı və hər bir komandaya uğur arzuladı. Gərgin bilik mübarizəsi şəraitində keçən yarışda rayonumuzun müxtəlif məktəblərindən 12 komanda iştirak etdi. Komandalar içərisində ən yüksək nəticələri Cülyan, Təzəkənd və şəhər 1 saylı tam orta məktəbin komandaları göstərərək finalda mübarizə apardılar.

  • Dövlət müstəqilliyi günü qeyd edildi

    Dövlət müstəqilliyi günü qeyd edildi

    2014-10-17

    Azərbaycan Respublikasının Dövlət müstəqilliyi gününə İsmayıllı rayonu sosial-iqtisadi inkişafda, yeniləşmədə, tikib-qurmaqda, təhsildə, mədəniyyət və turizmdə və digər sahələrdə qazandığı yüksək nailiyyətlərlə gəlib. 17 oktyabr 2014-cü il tarixdə müstəqilliyin bərpasının növbəti ildönümü günü Heydər Əliyev Mərkəzində təntənəli şəraitdə qeyd edilib.

  • Talış kənd ümumi orta məktəbində tədbir

    Talış kənd ümumi orta məktəbində tədbir

    2014-10-17

    Talış kənd ümumi orta məktəbində 18 oktyabr müstəqillik gününün bərpasına dair geniş tedbir keçirildi. Tədbirdə şagird və müəllimlərlə yanası valideynlər də iştirak edirdi.Tədbirdə məktəbin direktoru Seymur Abbasov qeyd etdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Daha sonra Azərbaycan Respublikasının öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeritməsindən danışdı. Şagirdlərin hazırladıqları kiçik səhnəciklər tədbir iştirakçılarına təqdim edildi.Müstəqillik gününü əks etdiren slayıdlara baxıldı.

  • Rayon ərazisində silsilə tədbirlər

    Rayon ərazisində silsilə tədbirlər

    2014-10-17

    Kürdmaşı kəndində 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə Rövşən Əliyev, Hafis Mehtiyev, Yunis Məmmədov və Arif Qəmbərov çıxış edərək Azərbaycanın sözün həqiqi mənasında müstəqil dövlət kimi möhkəmlənməsinin əsasını ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdığını xüsusi vurğulayıblar. Bu gün ölkə müstəqilliyinin gerçək təminatçısı olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini qeyd ediblər.

  • “İstiqlal” muzeyində İsmayıllı Rayon Heyd...

    “İstiqlal” muzeyində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin sərgisi

    2014-10-17

    Azərbaycan bir əsrdə iki dəfə müstəqillik qazanıb. Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1991-ci il oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunması ilə respublikamız yenidən müstəqilliyini bərpa etdi. Bu fikirləri oktyabrın 16-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümünə həsr olunmuş “Yaşa, var ol hər zaman, doğma Vətən – Azərbaycan!” mövzusunda tədbir sərgidə muzeyin direktoru Fəridə Şəmsi söyləyib.

əvvəlki [48] növbəti