Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər 6 saylı tam orta məktəbin 5 və 6 -cı sinif şagirdləri ilə məktəbyanı sahədə maarifləndirici tədbir keçirilmişdir.

23 aprel 2014 | 15:00

“EKO-Aləm” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Uşaqlarla, sağlam həyat tərzi keçirmələri üçün təşviqat kompaniyasının aparılması” layihəsi çərçivəsində İsmayıllı şəhər 6 saylı tam orta məktəbin 5 və 6 -cı sinif şagirdləri ilə məktəbyanı sahədə maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə EKO-Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva,birliyin üzvləri Lalə Novruzova, Eldar Cəbrayılov, Əhməd Yüzbaşev və rayon icra hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, məktəbin direktoru Qalib Bəşirov, direktor müavini Əşrəf Hüseynov, Elvin Əliyev iştirak etmişlər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Keçidlər