Şriftin ölçüsü :

Saytın rəngi :

28 aprel Ümumdünya Əməyin Mühafizə Günüdür

26 aprel 2014 | 15:00

Mədəniyyət  işçiləri  İsmayıllı  rayon  Həmkarlar  Komitəsi   13  saylı  region  üzrə  Dövlət  Əmək  Müfəttişliyi  ilə  birgə    25  aprel  2014-cü  il  tarixində  keçirdiyi  Ümumdünya  Əməyin mühafizə  gününə    həsr olunmuş  yığıncaq  keçirilmişdir. Tədbirdə  rayon  Mədəniyyət  və  Turizm  şöbəsinin  əmək  killektivinin  üzvləri  və  struktura  daxil  Rayon  Mədəniyyət  Mərkəzinin, Dövlət  Rəsm  Qalereyasının, Heydər  Əliyev  Mərkəzinin, Rayon  Tarix  diyarşünaslıq  muzeyinin, İncəsənət  məktəbinin, Basqal  Tarix  Mədəniyyət  qoruğunun  rəhbər  işçiləri,  Həmkarlar  Təşkilat  sədrləri  iştirak  etmişlər. Qeyd  etmək  lazımdır  ki, əməyin  mühafizəsi  ilə  bağlı  məsələlərə  Mədəniyyət  və  Turizm  şöbəsi  tərəfindən  çox  ciddi  şəkildə  riayət  olunur  və  bu  istiqamətdə  lazımi  tədbirlər  həyata  keçirilir. Öz  çıxışlarında  Mədəniyyət  işçiləri   İsmayıllı  rayon   Həmkarlar  Komitəsinin   sədri  Lətif  Quliyev  və  Əməyi  Mühafizə  Komissiyasının  sədri  Samir  Zülfiyev  də  bu  məsələyə  toxunmuş  və  Mədəniyyət  və  Turizm  şöbəsi  və  struktur  bölməsinə  daxil  olan  müəssisələr  tərəfindən  həyata  keçirilən  işlər  barəsində  ətraflı  məlumat  vermişlər.
Təbbirdə   13  saylı   region    üzrə   Dövlət   Əmək   Müffətişliyinin   rəis   müavini  Qalib  Nəbiyev  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətinin  fəaliyyəti  barəsində  tədbir  iştirakçılarına  məlumat  vermişdir. O bildirmişdir  ki, Azərbaycanda  əməyin  mühafizəsi  ilə  bağlı  milli  qanunvericiliyin  əsasını  Konstitusiyanın  35-ci  maddəsi,  yəni  “hər  kəsin  təhlükəsiz  və  sağlam  şəraitdə  işləmək  hüququ  vardır...”  maddəsi  təşkil  edir. Azərbaycanın  qoşulduğu  Beynəlxalq  Əmək  Təşkilatının  əsas  işçi hüquqları  ilə  bağlı  57  konvensiyanın  əsas  prinsiplərinə  ölkənin  Əmək  Məcəlləsində  geniş  yer  verilmişdir.
Tədbirdə  rayon  Mədəniyyət  və  Turizm  şöbəsinin  müdiri  Azər  Abbasov,  Mədəniyyət  Mərkəzinin  direktoru  Təhmuraz  Bayramov, MKS-nin  direktor müavini  Həmid  Hacıyev  çıxış  edərək  əməyin  mühafizəsi,  təhlükəsizlik  tenikası  qaydalarına  riayət  olunması  ilə  əlaqədar işçilərin öz  üzərilərində  məsuliyyət  hiss  etməli,  iş  yerlərində  törənə  biləcək  hər  bir  bədbəxt  hadisənin  qarşısının  alınması  üçün  səy  göstərməli  işıq, qaz  xəttlərində  olan  nasazlıqlar  barədə  müəssisə  rəhbərlərinə  vaxtında  məlumat  verməlidirlər.İşçilərə  təlimat  keçən  şəxs  tərəfindən  müfafiq   məlumatlar  verilir,  işçiyə  təlimat  verilməsi  barəsində  müvafiq  jurnalda  imza  etdirir.İşçi  tədrəfindən  əməyin  mühafizəsi  və  təhlükəsizlik  texhikası  qaydalarının  pozulması  ilə  əlaqədar  müəssisə  rəhbərləri  heç  bir  məsuliyyət  daşimir.
Rayon  mədəniyyət  işçiləri  Həmkarlar  Komitəsi   əlil  işçilərin  sosial  müdafiəsinin  gücləndirilməsi   ilə   əlaqədar  olaraq   Azərbaycan   Respublikası   Nazirlər  Kabinetinin  10  may  1994-cü  il  tarixli  185  saylı  “Azərbaycan  Respublikasında  əlillərin  problemləri  üzrə  kompleks  proqramı”  ilə  əlaqədar  qərarı  ılə   işləyən  əlillərin  sosial  müdafiəsinə yönəldilmiş  tədbirlərinin  5.4  maddəsinə  əsasən  əmək  kollektivlərinin  razılığı  ilə  kollektivdə  işləyən  III  qrup  əlillərin  haqqının  (tarif  dərəcəsinin)  digər  işçilərə  nisbətən  10-15 %, I  və II  qrup  əlillərin  əmək  haqqının  isə  20-25 %  artırılması  ilə  əlaqədar  müraciət  olunaraq  həmin  vəsaitin  əlillər  tərəfindən  alınmasına    nail  olunmuşdur.
Azərbaycan  qurulmaqda  olan  vətəndaş   cəmiyyətidir.Həyatın  bütün  sahələrində  olduğu  kimi, əmək  fəaliyyəti  sahəsində də  hüquqi  prinsiplər  daim üstün  tutulmalıdır. Bu prinsiplər  isə  hər  bir  işçinin  sağlamlığı,həyatı  üçün iş  şəraiti  yaradılmasını  tələb  edir. Digər  tərəfdən  öz  iqtisadi  uğurlarını  daim  artırmağa  çalışan  hər  bir işəgötürən  ilk növbədə  öz  işçiləri  üçün  layiqli  iş  yeri  yaratmalı  olduğunu  heç  zaman  unutmamalı,  bununla  da  insanlara  və  qanunlara  olan  hörmətini,ümumbəşəri  dəyərlərə  sədaqətini  ifadə etməlidir.

Keçidlər