Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsindən 28 il keçir

27 aprel 2014 | 15:00

İsmayıllı rayonunda yaşayan Çernobıl əlilləri üzləşdikləri faciənin 28-ci ildönümü ərəfəsində müvafiq dövlət qurumlarının nümayəndələri ilə birlikdə rayonun Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Daha sonra rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün İsmayıllı-Qaraməryəm avtomobil yolunun kənarında, bir hektar sahədə cökə, akasiya və göyrüş ağaclarının tinglərini əkiblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev  ulu öndər Heydər Əliyevin Çernobıl əlillərinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, prezident İlham Əliyevin bu kateqoriya insanların reabilitasiya və sosial problemlərinin həlli istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd edib. O, əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb, bu işlərin təməlində insan amilinin dayandığını bildirib. Qeyd edilib ki, dinamik inkişaf mərhələsində olan ölkəmizdə əlillərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiya və cəmiyyətə inteqrasiyaları ilə əlaqədar tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Müvafiq kateqoriyadan olan əlillər üçün fərdi evlərin, yaşayış binalarının tikilib istifadəyə verilməsi, onların minik avtomobil və texniki bərpa vasitələri ilə təmin edilməsi ilə həyata keçirilən tədbirlər İsmayıllı rayonunda da həyata keçirilir. Əlillərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə həyata keçirilən tədbirlər onların həyat səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Faydalı əməkdən sonra Çernobıl əlilləri  nahar  süfrəsinə dəvət olunublar.
Tədbirdə çıxış edən əlillər ölkədə inkişaf edən yaxşı nə varsa, hamısının insanların rahatlığı üçün olunduğunu deyib və dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Keçidlər