Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Tolerantlıq - əxlaqi davranış və mədəniyyə...

    Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi

    2014-07-13

    Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 iyul 2014-cü il tarixdə İsmayıllı Gənclər Mərkəzində “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin “Tolerantlıq - əxlaqi davranış və mədəniyyət məsələsi kimi” layihəsi çərçivəsində elmi-praktiki konfrans keçirilib.

  • Daha çox kitab oxuyaq

    Daha çox kitab oxuyaq

    2014-07-13

    İsmayıllı Psixologiya Mərkəzinin təşkilatçılığı ilə iyul ayının 12-də rayonun Bayraq meydanında “Kitabları dəyişək daha çox kitab oxuyaq” adlı aksiya keçirilib. Aksiyaya İsmayıllının yazarlarından bir qrupu, eləcə də gənc kitabsevərlər qatılıblar. İsmayıllı Psixologiya Mərkəzinin direktoru, gənc yazıçı Firuzə Çiçək çıxış edərək bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd gənclərdə kitaba daha çox həvəs yaratmaq, ictimai həyatda fəal iştirak etməyə cəlb etmək, azad söz demək, fikir yürütmək bacarıqlarının inkişaf etdirilməsinə köməklik göstərməkdən ibarətdir.

  • Nəticələrmiz sevindirici olacaq

    Nəticələrmiz sevindirici olacaq

    2014-07-12

    12 iyulun yenicə açılmış səhəri. İsmayılı şəhərinin mərkəzində qələbəlikdir. Hamı bir-birini salamlayır, biri-birinə xoş arzularını çatdırır, uğurlar diləyir. Bu qeyri-adiliyə səbəb Göyçay şəhərində abituriyentlərin I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarıdır. Saat 7:30-dur. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova abituriyentlərə başçı Mirdaməd Sadıqovun salamlarını, xoş arzularını çatdırir, onlara təhsildə və həyatda uğurlar, nailiyyətlər arzulayır.

  • “Ailə dəyərlərinin qorunması” mövzusunda...

    “Ailə dəyərlərinin qorunması” mövzusunda seminar

    2014-07-11

    İsmayıllı Rayon İcra hakimiyyətinin və “Gənclərin İnkişaf Mərkəzi” ictimai birliyinin təşkilatçılığı ilə “Ailə dəyərlərinin qorunması” mövzusunda seminar keçirildi. Tədbirdə Rayon İcra hakimiyyətinin məsul işçiləri, “Gənclər İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Zərifə Abbasova və təlimçilər iştirak edirdilər.

  • Növbəti görüş-qəbulun ünvanı Gəndo kəndi...

    Növbəti görüş-qəbulun ünvanı Gəndo kəndi oldu

    2014-07-10

    Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov orada təkrar qəbul-görüşlər keçirməsin. 09 iyul 2014-cü il tarixdə Gəndo kəndinə də belə təkrar gediş oldu. Rayon ərazisində görülən işlərin, həyata keçirilən yeni-yeni layihələrin şahidi olan gəndolular Mirdaməd müəllimin qəbuluna böyük inam və ümidlə gəlmişdilər.

  • Lahıc dünya gənclərinin diqqətində

    Lahıc dünya gənclərinin diqqətində

    2014-07-10

    Dünyanın müxtəlif ölkələrində “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqə keçirilib, qaliblər müəyyənləşdirilib. Argentina, Braziliya, Kanada və Venesueladan, Cənubi Afrikadan, Hollandiya, Belçika, İsveçrə və digər ölkələrdən olan 110 nəfər qalib gənc Respublikamıza dəvət olunub, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinə səyahətə çıxıblar

  • “Təmiz İsmayıllı” layihəsinə ilkin hazı...

    “Təmiz İsmayıllı” layihəsinə ilkin hazırlıq.

    2014-07-10

    İyulun 10-da İsmayıllıda Bakının Binəqədi rayonunda reallaşan “Təmiz Binəqədi” layihəsinə qoşulmaq təşəbbüslü toplantı keçirildi. RİH-nin başçısı cənab Mirdaməd Sadıqov layihə barədə ətraflı məlumat verdi və günümüz üçün aktual olan təmizlik və sanitariya məsələləri barədə danışdı. “Təmiz İsmayıllı” layihəsinə ilkin hazırlıq işləri və layihənin icra mexanizmi barədə tapşırıqlar verdi.

  • Kompyüter Oyunları üzrə IX Azərbaycan Milli ...

    Kompyüter Oyunları üzrə IX Azərbaycan Milli Çempionatı

    2014-07-10

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kiber İdman Federasiyasının Kompyüter Oyunları üzrə IX Azərbaycan Milli Çempionatının Ucar şəhərində keçirilən zona mərhələsində İsmayıllı rayonunu 3 nəfər gənc təmsil etmişdir.

  • İsmayıllı Tarix- Diyarşünaslıq muzeyində se...

    İsmayıllı Tarix- Diyarşünaslıq muzeyində seminar keçrilib

    2014-07-10

    10 iyul 2014-cü il tarixdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Gənc İstedadlar üçün Kiçik Akademiyanın təşkili” adlı layihə çərçivəsində seminar keçrilmişdir.Tədbirdə orta məktəbin yuxarı sinif şagirdləri,istedadlı gənclər və gənc müəlimlər iştirak etdilər.

  • Gənc Tamaşaçılar Teatrı İsmayıllıda

    Gənc Tamaşaçılar Teatrı İsmayıllıda

    2014-07-05

    İyul ayının 3-ü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İsmayıllı rayonunda qastrol səfərində olmuşdur. Gənc tamaşaçılar teatrı “Hekayəti xırsquldurbasan” tamaşasını nümayiş etdirdi.

  • Lahıc qəsəbəsində yenidən tikilən  körpün...

    Lahıc qəsəbəsində yenidən tikilən körpünün açılışı.

    2014-07-04

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq İsmayıllının perspektiv inkişaf planı hazırlanmış, problemlərin həlli yolları, icraçılar müəyyənləşdirilmişdir. Proqramın həyata keçirilməsində icra strukturları və dövlət maliyyə orqanları ilə yanaşı qeyri-hökumət təşkilatları, iş adamları və xeyirxah insanlar da iştirak edirlər. İşə belə yanaşma qədim Lahıcda sakinləri razı salan nəticə vermişdir.

  • VII Respublika İdman Oyunları

    VII Respublika İdman Oyunları

    2014-07-04

    29 iyun - 03 iyul 2014-сü il tarixlərində Ismayilli rayon Olimpiya Idman Kompleksində Idman məktəblilərinin VII Respublika Oyunlarının həndboll üzrə 2000 - 2001-ci il təvəllüdlü oğlanlar arasında Respublika Final Yarışı keçirilmişdir.

  • Nağıllaşan həyat – Aydın Səlimzadə ömrü

    Nağıllaşan həyat – Aydın Səlimzadə ömrü

    2014-07-03

    2 iyul 2014-cü il tarixdə Rayon Gənclər Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şair, yazıçı-publisist, tarixçi-alim Aydın Səlimzadənin xatirə gecəsi keçirildi. Mərasimdə Aydın Səlimzadə haqqında xatirələr, həyatının müxtəlif mərhələsini əks etdirən yazılar, şeirlərindən nümunələr, dostları və yaxınlarının ürək sözləri dinlənildi. Gecədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov çıxış edərək Aydın Səlimzadə haqqında xoş xatirələrini danışdı və bildirdi ki, bu qəbildən olan tədbirlərin yetişən gənclik üçün böyük əhəmiyyəti vardır.

  • “Gənc xilasedici və yanğınsöndürən”

    “Gənc xilasedici və yanğınsöndürən”

    2014-06-30

    Azərbaycan Respuplikasının Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Gənc xilasedici və yanğınsöndürən” yarışının Respublika Final mərhələsi 28.06.2014-cü il tarixdə Qəbələ şəhərində keçirilmişdir.

  • İsmayıllı Rayon İcra Hakimiyyəti başçısın...

    İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhmədova Sevil Kazım qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

    2014-06-27

    Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub. O cümlədən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əhmədova Sevil Kazım qızı da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

  • Silahlı Qüvvələr günü ümumxalq bayramı, mi...

    Silahlı Qüvvələr günü ümumxalq bayramı, milli qürur günü kimi qeyd edilir.

    2014-06-27

    26 iyun 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü qeyd edilib. İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyub, sonra mərkəzə-dəyirmi masa arxasına gəliblər. İştirakçılar sırasında ikinci dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri, məktəblərin hərbi xidmətəqədərki fənn müəllimləri, istefada olan hərbiçilər çoxluq təşkil edirdilər.

  • 26 iyun – Azərbaycan Respublikasının Silahlı...

    26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə veloyürüş

    2014-06-27

    İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə İsmayıllı rayon Gənclər və İdman idarəsi rayonun gənc velosipedçiləri ilə birgə veloyürüş təşkil etmişdir. İsmayıllı şəhər Mərkəzi Meydanından Şəhidlər Xiyabanına kimi yürüş edən velosipedçilər əks istiqamətdə də öz bacarıqlarını sınamışlar. Yürüş Mərkəzi Meydandan başlamış, orada da yekunlaşmışdır. Qaliblərə Rayon Gİİ-nin diplom və hədiyyələri verilmişdir.

  • 26 İyun Narkomaniya və narkotiklərin qeyri-qanu...

    26 İyun Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günüdür.

    2014-06-26

    25 iyun 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində 26 İyun Narkomaniyaya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin 24 iyun 2013-cü il tarixli sərəncamla təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı”nın icrası ilə əlaqədar hər bir bölgədə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

  • Rusiyalı qonaqlar İsmayıllı rayonunun İvanovk...

    Rusiyalı qonaqlar İsmayıllı rayonunun İvanovka kəndində olmuşlar

    2014-06-24

    Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları iyunun 23-də günün ikinci yarısında İsmayıllı rayonunun rusların yaşadıqları İvanovka kəndinə gəlmişlər. AzərTAc xəbər verir ki, kənd mədəniyyət sarayının qarşısında rusiyalı qonaqlar duz-çörəklə qarşılanmışlar. İsmayıllı rayonunun, Nikitin adına kolxozun rəhbərlərinin, ağsaqqal və ziyalıların iştirak etdikləri qarşılanma mərasimində rayon icra hakimiyyəti başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina qonaqları salamlayaraq İvanovka kəndi, onun sakinləri, insanların məşğuliyyəti, kolxozun nailiyyətləri barədə qısa məlumat vermişdir.

  • Heydər Əliyev Mərkəzində nigah mərasimi

    Heydər Əliyev Mərkəzində nigah mərasimi

    2014-06-22

    İyun ayının 21-i Heydər Əliyev Mərkəzində 4 cütlüyün təntənəli nigah mərasimi keçirildi. İlk öncə gənc cütlüklər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoydular. Mərasim daha sonra Heydər Əliyev mərkəzində davam etdi.

  • Zərnava kəndinin sakinləri ilə görüş

    Zərnava kəndinin sakinləri ilə görüş

    2014-06-22

    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iyun ayının 21-də Zərnava kəndinin sakinləri ilə görüşüb. 22 gün əvvəl – may ayının 28-də güclü dolu, 29-da yağan leysan yağışdan sonra kənd yolunun bir hissəsinin sürüşməsi nəticəsində yaranan vəziyyətdən əziyyət çəkən sakinlər Başçının keçilməz yollarla kəndə gəlməsini məsələnin tezliklə həllini tapacağı mənada dəyərləndiriblər.

  • İsmayıllıda işgüzarlıq da var, saflıq və q...

    İsmayıllıda işgüzarlıq da var, saflıq və qayğıkeşlik də

    2014-06-19

    Məhz elə bu mühüm amillərin qırılmaz vəhdətidir ki, İsmayıllı hər gün inkişaf edir, hər gün yeniləşir. Ötən ilin yanvar hadisələri zamanı suları bulanan İsmayıllıdan bu gün əsər əlamət qalmayıb desək, yanılmarıq. Çünki rayonda yaradılan işgüzar mühit, saflıq, qayğıkeşlik, haqqın, ədalətin hər yanda, hamı tərəfindən gözlənilməsi, üstəgəl yüksək təşəbbüskarlıq, məqsədyönlü tələbkarlıq əhval-ruhiyyəsi İsmayıllıda yeniləşməni sürətləndirdi. Bəli, sürətləndirdi. Ona görə bu ifadəni işlədirik ki, İsmayıllı son bir il yarımda tikinti, quruculuq, abadlıq, adamların sosial qayğı və ehtiyaclarının təminatı sahəsində bəlkə də on-onbeşillik həcmi xatırladan bir yol keçib. Bütün bunların bir səbəbi də var. O da İsmayıllı adlı bir gəminin sükanının qeyd olunan dövrdə çox etibarlı əllərə tapşırılması, o sükançının ürəyindəki yurd-yuva, torpaq, el-oba sevgisidir. O yaxşı bilir ki, duyğusuz, düşüncəsiz ürək sinəyə yük olur. O, sevəndə, seviləndə dağdan da böyük görünür. Bax, yeniləşən İsmayıllı bu cür ürəklərin hərarəti, səsi, təpəri ilə ucalıq zirvəsinə gedən yolda inamla addımlayır. Bu cür ürəklərin saflığı, qayğısı sayəsində burada indi sular dupdurudur, hər yanda qaynarlıq, hər ünvanda çalışqanlıq hökm sürür.

  • İsmayıllının tibb işçiləri peşə bayramlar...

    İsmayıllının tibb işçiləri peşə bayramlarını yeniliklərlə qeyd etdilər

    2014-06-18

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsaitlə yenidən qurulan və müasir tələblər əsasında təmir olunan Rayon Mərkəzi Xəstəxanasında işlər başa çatmışdır. Tibb avadanlıqları, diaqnostika və müalicə aparatları quraşdırılır, həkim kabinetləri tərtib və təchiz edilir. 2013-cü ildə Lahıc qəsəbəsində və İvanovka kəndində yeni xəstəxana, Topçu və Tircan kəndlərində həkim ambulatoriyası istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Uşaq Poliklinikasının dam örtüyü yeni formada dəyişdirilmiş, müasir üslubda təmir edilmiş, ətrafı abadlaşdırılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Hər kənddə kitabxana, tibb məntəqəsi və məktəb” təklif- layihəsini hazırlamış, aidiyyəti Respublika təşkilatlarına təqdim etmişdir. Təqdir olunan layihələrin rayon üzrə həyata keçirilməsi çox zaman aparmayacaq.

  • “Ağıl Oyunları" Festifalı çərcivəsin...

    “Ağıl Oyunları" Festifalı çərcivəsində seçim turu

    2014-06-17

    17 iyun 2014- cü il tarixində Xəzər İntellektual Gənclər Klubunun Gənclər Fondunun maliyyə dəstəyi nəticəsində "Ağıl Oyunları" Festifalı çərcivəsində İsmayıllı İntellektual Oyunlar Klubu Rayon Gənclər və İdman İdərəsi ilə birgə təşkil etdiyi seçim turunda “Nə? Harada? Nə zaman?” oyunu ilə yanaşı, Breyn-Rinq oyunu da keçirildi. Breyn-Rinq oyununda “Made İn China” komandası, “Nə? Harada? Nə zaman”? oynunda isə "Kişi oğlu" komandası qalib oldu. Qaliblərə diplom və medal təqdim olundu. Finala vəsiqə qazanan "Kişi oğlu" komandası isə 11-12 iyulda Bakı şəhərində digər rəqibləri ilə mübarizə aparacaq.

  • 15 iyun – Milli Qurtuluş gününə həsr olunmu...

    15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş açıq rayon birinciliyi

    2014-06-16

    15 iyun 2014-cü il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş Su-do və Çoxmübarizəli İdman Döyüş Növləri üzrə açıq rayon birinciliyi keçirilmişdir.

əvvəlki [49] növbəti