Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci il dönümü qeyd edilmişdir.

29 aprel 2014 | 15:00

Aprelin 28 –də  Rayon İcra  Hakimiyyəti tərəfindən Heyder Əliyev mərkəzində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 ildönümünə  həsr olunmuş tədbir keçrilmişdir.
        Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai siyasi və humanitar məsələlər  şöbəsinin müdürü  Sevil Əhmədova açmışdır.Sonra oftolmoloq  alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
       Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov geniş məruzə ilə çıxış  etmişdir.Məruzə ətrafında Uşaq  və  Ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, incəsənət məktəbinin müəllimi Ceyran Məmmədova,  İvanovka kənd  İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Olqa Jabina cıxış etmiş, görkəmli alimin həyat və fəaliyyətinin  müxtəlif məqamları barədə məlumat vermiş, xatirələrini söyləmişlər. Tədbirdə məktəblilər ana, vətən, qadın və həkim haqqında şeirlər söyləmiş, müğəni Piralı Şıxiyev Zərifə Əliyevaya həsr olunmuş “Ana” mahnısını ifa etmişdir.

Keçidlər