Şriftin ölçüsü :

Saytın rəngi :

“Ekoerudit” breyn-rinq yarışının zona mərhələsi keçirildi

30 aprel 2014 | 15:00

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tədris və Təcrübəçilik Mərkəzi və Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin birgə təşkilatçılığı ilə “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq yarışının zona mərhələsinin bilik yarışı 29 aprel 2014 tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində keçirilmişdir. Yarışda İsmayıllı, Ağsu, Şamaxı, Ağdaş, Zərdab, Ucar, Zaqatala, Balakən, Oğuz, Qax, Qəbələ, Göyçay və Qobustan rayonlarının komandaları iştrak etmişlər. Yarışı İsmayıllı RTŞ-nin müdiri Rasim Orucov giriş sozü ilə açib qonaqları salamladı və hamıya uğurlar arzuladı. Yarış gərgin mübarizə şəraitində keçdi. Münsiflər heyəti yarışın nəticələrini qiymətləndirdi. Yarışda Agdaş rayonunun komandası birinci, İsmayıllı və Zədab rayonlarının komandaları ikinci, Şamaxı və Zaqatala rayonlarının komandaları isə üçuncu yerləri tutdular. Qaliblərə RTŞ-nın diplomları və qiymətli hədiyələri təqdim olundu. Bütün iştrakçılara sertifikat verildi.

Keçidlər