Şriftin ölçüsü :

Saytın rəngi :

Ağır atletika üzrə rayon birinciliyi start götürdü

01 may 2014 | 15:00

30 aprel 2014-cü il tarixdə İsmayıllı rayon Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə ağır atletika üzrə rayon birinciliyi start götürdü. Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək bildirdi ki,Ümummilli lider gənclərə və idmançılara həmişə diqqət və qayğı göstərmiş, onların əqli, fiziki, elmi və intellektual inkişafı üçün mümkün olan hər şeyi etmişdir. Həmin qayğının nəticəsidir ki bu gün də idmançılarımız respublika, avropa və dünya çempionatlarında həmişə yüksək nəticələr göstərirlər.
Sonra yarış başlandı. Rayon birinciliyində 5 çəki dərəcəsində 30 idmançı iştirak edirdi. Qaliblər İsmayıllı rayon Gənclər və İdman idarəsinin medal və diplomları ilə may ayının 10-da digər idman növlərinin qalibləri ilə bir yerdə mükafatlandırılacaqlar.

Keçidlər