Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərç...

    IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində İsmayıllıda konsert

    2017-08-02

    Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri avqustun 1-də İsmayıllıda “Talıstan forest” istirahət mərkəzində konsert proqramı ilə çıxış edib.

  • Kütləvi İnformasiya Vasitələrinin nəzərinə

    Kütləvi İnformasiya Vasitələrinin nəzərinə

    2017-08-01

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son çıxışlarında ölkə regionlarına investisiya qoyuluşuna, investisiya yatırılmasına və sahibkarlığın inkişafına xüsusi önəm verilir. Bu baxımdan İsmayıllı rayonuna sərmayə yatıran, istehsal və bizneslə məşğul olan bütün sahibkarlara qanun daxilində lazımi şərait yaradılır, çox böyük hörmət və ehtiramla yanaşılır.

  • Ana dili günü qeyd olunub

    Ana dili günü qeyd olunub

    2017-08-01

    1 avqust ölkəmizdə milli atributlarından olan Ana dili günü kimi qeyd olunur. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Millətin milliliyini saxlayan onun dilidir" .

  • İsmayıllının nümayəndə heyəti Yaponiyaya y...

    İsmayıllının nümayəndə heyəti Yaponiyaya yeni səfərə yola düşür.

    2017-07-28

    Yaponiyanın İto şəhəri ilə İsmayıllı arasında qardaşlaşma müqaviləsi imzalandıqdan sonra nümayəndə heyətlərinin qarşılıqlı səfərləri müntəzəm davam edir.

  • Diyallı kəndində sənaye üsulu ilə moruq yeti...

    Diyallı kəndində sənaye üsulu ilə moruq yetişdirilir.

    2017-07-28

    Diyallı kəndində iş adamı Aqşin Ağayev tərəfindən 4,4 hektar ərazidə istixana təsərrüfatı yaradılmışdır. İstixanalarda istilik enerjisindən istifadə olunmur, sadəcə parniklərin üzəri polietielen örtüklə örtülmüşdür. Hal-hazırda 1 hektarda 50 istixana təşkil olunmuşdur. Burada moruğun 6 növü yetişdirilir.

  • İsmayıllıda  Respublika mədəniyyət mərkəzl...

    İsmayıllıda Respublika mədəniyyət mərkəzləri bədii rəhbərlərinin I Beynəlxalq elmi-praktik seminarı keçirilib

    2017-07-28

    İyulun 28-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən rayonun İvanovka kəndində respublika mədəniyyət mərkəzləri bədii rəhbərlərinin I Beynəlxalq elmi-praktik seminarı keçirilib.

  • Qol güləşi üzrə açıq rayon birinciliyi keç...

    Qol güləşi üzrə açıq rayon birinciliyi keçirilib

    2017-07-28

    28 iyul 2017-ci il tarixdə İsmayıllı Regional Bilik evinin binasında Gənclər və idman idarəsi, İsmayıllı Regional Bilik evi və Qol Güləşi Federasiyasının rayon nümayəndəliyi ilə birlikdə Qol Güləşi idman növü üzrə açıq rayon birinciliyi keçirildi.

  • Gənclər və İdman Nazirliyinin yaranmasının n...

    Gənclər və İdman Nazirliyinin yaranmasının növbəti ildönümü ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətində görüş

    2017-07-27

    İsmayıllı gəncləri və idmançıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü ilə əlaqədar bir-birindən maraqlı tədbirlər-debatlar, konfranslar, idmanın müxtəlif növləri üzrə yarışlar keçiriblər. Yekun olaraq bu münasibətlə gənclər və idmançılarla, dövlət siyasətinin hər iki istiqamətinin təşkilatçıları ilə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş keçirilib. Tədbirdə intellektual yarışlarda, fənn olimpiadalarında qalib gələn, test imtahanlarında yüksək bal toplayan gənclər, müxtəlif idman növləri üzrə ölkə və Avropa çempionları,onların məşqçiləri iştirak ediblər.

  • Azərbaycanda qız övladlarının dəyərinin tə...

    Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi

    2017-07-26

    24-25 iyul 2017-ci il tarixlərdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə Niderland Krallığının Azərbaycandakı səfirliyinin maliyə dəstəyi ilə BMT-nin Əhali Fondunun, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə Qadın və Uşaq prolemləri üzrə Dövıət komitəsi, Gənclər təşkilatı Milli şurası və İsmayıllı rayon Gənclər və İdman idarəsinin birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı yeni layihəyə start verilib.

  • İsmayıllı rayonunun 2017-ci ilin birinci yarıs...

    İsmayıllı rayonunun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

    2017-07-26

    “İsmayıllı rayonunun 2017-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunmuş yığıncağı giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti vəzifələrin, yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar elmi təhlillər aparır, görülən işləri obyektiv qiymətləndirir, nöqsanların aradan qaldırılması üçün optimal yollar müəyyənləşdirir.

  • Karate üzrə rayon birinciliyi keçirilib.

    Karate üzrə rayon birinciliyi keçirilib.

    2017-07-26

    26 iyul 2017-ci il tarixdə İsmayıllı şəhər 7-nömrəli tam orta məktəbin idman zalında Gənclər və İdman Nazirliyinin yaradılmasının 23-cü ildönümü münasibəti ilə karte idman növü üzrə rayon birinciliyi keçirilib.

  • “Ümidli Gələcək” Gənclər İctimai Birliy...

    “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin tədbiri

    2017-07-25

    25 iyul 2017-ci il tarixdə İsmayıllı Uşaq və Ailələrə dəstək mərkəzində “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin “Məişət zorakılığına qarşı mübarizə işlərinin...

  • 22 iyul – Milli Mətbuat Günü münasibətilə ...

    22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında velosiped yarışı keçirib.

    2017-07-24

    50-yə yaxın iştirakçının mübarizə apardığı yarış İsmayıllı rayonunda yerləşən “İsma Bikes” zavodu ərazisində baş tutub.

  • Milli Mətbuat və Jurnalistika günü qeyd olunub...

    Milli Mətbuat və Jurnalistika günü qeyd olunub.

    2017-07-22

    İsmayıllıda Milli Mətbuatın yaranmasının 142 illiyi ilə əlaqədar tədbir keçirilib. RİH işçilərinin, veteran jurnalistlərin, “İsmayıllı xəbərləri” qəzeti əməkdaşlarının, “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarlar birliyi” üzvlərinin, qabaqcıl ziyalıların, müəllim və məktəb direktorlarının iştirak etdiyi tədbir səmimi və işgüzar şəraitdə “Orman” istirahət mərkəzində keçirilib.

  • “Kənd təsərrüfatı bitkilərinin xəstəlik ...

    “Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirlərinin tətbiqi” mövzusunda elmi-praktik seminar

    2017-07-20

    20 iyul 2017-ci il tarixdə İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Bitki Mühafiza və Texniki Bitkilər Elmi Tədqiqat İnistutu Abşeron Təcrübə Stansiyanın əməkdaşlarının iştirakı ilə “Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirlərinin tətbiqi, bioloji mübarizə vasitələrinin təşviqi” mövzusunda elmi-praktik seminar keçirildi.

  • İsmayıllıda ümummilli lider Heydər Əliyevin ...

    İsmayıllıda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gün qeyd edilib.

    2017-07-15

    Ümummilli lider Heydər Əliyevin mübarək səfərləri ilə şərəfləndirdiyi İsmayıllı rayonunun ictimaiyyəti onun hakimiyyətə gəldiyi günü – 14 iyulu yüksək səviyyədə qeyd edib. Tədbir “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi üçün məkan seçilən Heydər Əliyev Mərkəzində keçirilib.

  • “Sosial-Mədəni Dəyişikliklərin öyrənilmə...

    “Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İB-nin “Etno-mədəni turizmin inkişafına dəstək” layihəsi əsasında tədbir

    2017-07-15

    “Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İB-nin “Etno-mədəni turizmin inkişafına dəstək” layihəsi əsasında tədbir 14 iyul 2017-ci il tarixdə İsmayıllı rayonu Tarixdiyarşünaslıq muzeyində keçirilib.

  • “İSMA BİKES” velosipedlərinin yeni modellə...

    “İSMA BİKES” velosipedlərinin yeni modellərinin təqdimat mərasimi keçirilib

    2017-07-07

    İyulun 6-da Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”in yeni modellərinin təqdimat mərasimi keçirilib.

  • “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi...

    “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin İsmayıllıda tədbiri

    2017-07-07

    “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda dəyirmi masa arxasında söhbət keçirib.

  • “Vətəndaş Cəmiyyəti Uğurunda”Müstəqil ...

    “Vətəndaş Cəmiyyəti Uğurunda”Müstəqil Məsləhət və Yardım Mərkəzi İsmayıllıda treninq keçirib.

    2017-07-07

    07.07.2017-ci il tarixdə İsmayıllı rayon Kənd Təsərrüfatı idarəsində “Vətəndaş Cəmiyyəti Uğurunda”Müstəqil Məsləhət və Yardım Mərkəzinin “Gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması”adlı layihəsi əsasında treninq keçirilib. Layihədə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, “Vətəndaş Cəmiyyəti Uğurunda”Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndələri, KTİ-nin əməkdaşları və sahibkarlar iştirak edib.

  • Qadınlara yeni layihə təqdim olunub.

    Qadınlara yeni layihə təqdim olunub.

    2017-07-05

    05 iyun 2017-ci il tarixində İsmayıllı Rayon Tarix və Diyarşünaslıq Muzeyində “Qadın və Müasir Dünya” Mərkəzinin "Qadınların konfiliktlərin nizamlanması sahəsində və sülh prosesində iştirakı potensialının gücləndirilməsi" layihəsinin təqdimatı keçirilib.

  • Fransada “Azərbaycan parkı”nın və Xurşidb...

    Fransada “Azərbaycan parkı”nın və Xurşidbanu Natəvanın abidəsinin açılışı olub

    2017-07-04

    İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi olub.

  • Azərbaycan Polisi Günü İsmayıllıda yüksək ...

    Azərbaycan Polisi Günü İsmayıllıda yüksək səviyyədə qeyd edilib

    2017-07-03

    Başlanğıcını Azərbaycan Demokratik Cümhuriyyətindən götürən şanlı polislərimizin peşə bayramı- Azərbaycan Polisi Günü İsmayıllıda yüksək səviyyədə qeyd olunub. Rayon polis şöbəsinin şəxsi heyəti tam tərkibdə mətin sıralarda gələrək rayon icra hakimiyyəti, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyublar.

  • Narkomaniya ilə bağlı maarifləndirici tədbir ...

    Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib.

    2017-07-03

    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 03 iyul 2017-ci il tarixdə İsmayıllı Regional Bilik Evində “Narkomaniyaya qarşı mübarizə edək” mövzusunda maarifləndirici tədbir keçirilib.

  • İsmayıllıların nəzərinə!

    İsmayıllıların nəzərinə!

    2017-07-03

    “ ASAN" səyyar xidmətləri İSMAYILLIDA

əvvəlki [5] növbəti