Yeni dərs ili ərəfəsində, 8 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində 360 şagird yerlik yeni məktəb binasının açılışı olmuşdur.
İsmayıllı Rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən icrasına başlanan “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin ictimaiyyətə təqdimat tədbiri keçirilib
Sentyabr ayının 4-də İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin “Sağlam həyat naminə-erkən nikaha yox deyək adlı ” layihə əsasında maarifləndirmə tədbiri keçirilmişdir. Heydər Əliyev Mərkəzində reallaşan tədbirə təhsil, səhiyyə sahəsində, idarə və müəssisələrdə çalışan işçilər, təqaüddə olan ağbirçək qadınlar, gənc qızlar dəvət olunmuşdu.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə qadınların Respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəallığının daha da artırılması məqsədilə regional görüşlər keçirir. Belə görüşlərdən biri 4 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzində reallaşdı. Şamaxı, Ağdaş, Göyçay, İsmayıllı, Qobustan, Ağsu rayonlarından YAP üzvü olan 60-dan çox fəal qadın bir araya gələrək ,ölkədə qadın fəallığının artırılması yolları barədə fikir mübadiləsi, müzakirələr aparılmışdır.
31 avqust, səhər saat 7:30-dan başlayaraq İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda yeni bir təntənə yaşanır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan rayonların yuxarı sinif şagirdlərini qarşılayıb, qədim Lahıcla, rayonun zəngin təbiəti ilə tanış edən ismayıllılar indi öz övladlarını Şimal bölgəsinə yola salırlar.
Rayonumuzda son illər xeyli yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Avtomagistral yolların kənarlarında, İsmayıllı şəhərinin küçə və xiyabanlarında, eləcə də bələdiyyələrin ərazisində müxtəlif ağac cinslərindən ibarət çoxlu sayda dekorativ ağac və kol bitkiləri əkilmişdir. Belə tədbirlər rayonumuzun ekoloji mühitin daha da sağlamlaşmasına, eləcə də əhalinin istirahətinə müsbət təsir göstərir.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 29-da Soltankənd kəndində Soltankənd və Uştal kəndlərinin sakinləri ilə görüş keçirib.
“Gənclərin Elmi İnkişafına Dəstək” İctimai birliyi “Gənclərin elmi fəaliyyətinin təşviq edilməsi” istiqaməti üzrə “Müasir tədris prosesində innovasiyalar” başlığı altında layihənin icrasına başlayıb. Coğrafi region kimi İsmayıllı rayonu götrülmüşdür. Bu proqramla bağlı olaraq 29 avqust 2014-cü il tarixində Tarix Diyarşünaslıq muzeyində seminar keçirilmişdir.
29.08.2014-cü il tarixdə İsmayıllı İnnovasiyalar Mərkəzinin gəncləri tərəfindən İsmayıllı Gənclərinin III Yay Toplantısı təşkil edildi. Toplantı Azərbaycanın dahi bəstəkarı M. Maqomayevin "Azərbaycan" mahnısı ilə başlandı.Tədbirdə unudulmaz qəhrəman və jurnalist Ç. Mustafayevin ruhu bir dəqiqəlik sükutla yad edildi.Toplantıda Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov da gənclərə daima dəstək olduqlarını, İsmayıllıda aparılan işlərdə gənclərin fəallıq göstərmələrini vurğuladı.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 26-da Qaraqaya kəndində Qaraqaya, Yeniyol və Gəndov kəndlərinin sakinləri ilə görüş keçirib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2014-cü il vahid idman təqvim planına əsasən 4 gün, 26-30 avqust tarixlərində İsmayıllı rayon Olimpiya İdman Kompleksində Yeniyetmələrin IX Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə 1999-cu il və daha kiçik yaşlı qızlar arasında final yarışı keçirilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı(2013-2015-ci illər)” təsdiq edilmişdir. Tədbirlər Planının icrası istiqamətində uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması məqsədilə ölkə üzrə regional təlim görüşlərinin İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri 27 avqust 2014-cü il tarixində İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində reallaşdı.
Zəngin təbiəti, qədim yaşayış məskənləri, ulu tarixi, alınmaz qalaları, qonaqpərvər insanları ilə diqqət çəkən İsmayıllının qonaqları günbəgün artır. Lahıc, Basqal qəsəbələri, İvanovka, Qalacıq kəndləri, Xanagah, Buynuz meşələri, zirvəsi yayda da qarla örtülü olan Babadağ ziyarətgahı, Cavanşir və Qız qalası İsmayıllını turist marşrutunu seçənləri daha çox maraqlandırır. 26 avqust 2014-cü il tarixdə belə bir bölgə dünya gənclərinin 90 nəfərlik nümayəndə heyətini qəbul edib. Kimdir bu gənclər?
Qəbələ şəhərində növbəti mürəbbə festivalı keçirilib. AzərTAc xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdikləri festival Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelində reallaşdırılıb. Festivalı izləyənlər arasında bir neçə ölkənin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən çox yerli və xarici turistlər olub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 22-də Diyallı kəndinin sakinləri ilə görüşüb.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkaları artıq rayonumuzda ənənəvi hal almışdır. Növbəti yarmarka 22-23 avqust 2014-cü il tarixlərində şəhərin “Qala divarları” və “Bahar” mebel mərkəzinin önündə təşkil edildi. Yarmarkada rayonun fermerləri, kənd təsərrüfatı məhsulları istehsalçılarının, eləcə də quşçuluq müəssisələrinin məhsulları satışa çıxarıldı. Meyvə-tərəvəz, taxıl, noxud, ət, bal, süd və süd məhsullarının bazar qiymətlərindən 25-30% aşağı qiymətə satılması əhali tərəfindən rəğbətlə qarşılandı.
22 avqust 2014-cü il tarixdə Yuxarı cülyan və Müdrü kəndlərində səyyar qəbul keçirildi. Qəbulda kəndlərin mövcud vəziyyəti və bundan sonra onların inkişaf etdirilməsi, orada olan problemlərin aradan qaldırılması yolları haqqında fikir mübadiləsi aparıldı. Eləcə də ətraf kəndlərdən vətəndaşlar da qəbul edildi və onların müraciətləri dinlənildi.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin, xüsusilə gənclərin milli-mənəvi ruhda tərbiyəsi və sağlam həyat tərzinin təbliği məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri 22 avqust 2014-cü il tarixdə İsmayıllı rayonunda reallaşdı. “Sağlam həyat naminə-Erkən nikaha yox de!” layihəsi ilə bağlı maarifləndirici seminarın keçirilməsi üçün məkan Heydər Əliyev Mərkəzi seçilmişdi.
19 avqust 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi, YAP Gənclər Birliyi və fəal gənclərlə birlikdə rayonun müxtəlif ərazilərində yerləşən şəhid məzarlarını ziyarət etmiş və məzarların ətrafında təmizlik işləri aparmışdır. Təşkilatçılar bildiriblər ki, bundan sonra mütamadi olaraq fəal gənclərlə birlikdə şəhid məzarlarının ətrafının təmizliyinə diqqət yetiriləcəkdir, həmçinin yaxın vaxtlarda rayonun kəndlərində olan şəhid məzarlarını da ziyarət edib və ətraflarında təmizlik işləri aparacaqlar.
19 avqust 2014-cü il tarixdə rayon ictimaiyyəti nümayəndələrinin, dini icma sədrlərinin, axund və imamların, dini ayinlərin icraçılarının, yerli İƏD-lər üzrə icra nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Respublikamızda dövlət-din münasibətlərinin başqa ölkələr üçün nümunə olacaq səviyyədə formalaşmasından, Azərbaycanın dünya ölkələri üçün tolerantlıq modeli olduğundan, mərasimlərimizin milli-mənəvi-mədəni və dini dəyərlərə uyğun keçirilməsinin vacibliyindən ətraflı danışıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən Koreya gənclərindən ibarət nümayəndə heyəti 16-17 avqust 2014-cü il tarixlərdə İsmayıllı rayonunda oldular. Qonaqları Heydər Əliyev mərkəzində rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov qarşıladılar.
14-16 avqust tarixlərində Oğuz rayonunun mərkəzində yerləşən 5 ulduzlu Afra Hoteldə AFFA-nin Açıq Əyləncəli Futbol Məktəbi (Open Fun Football School) layihəsinin 3 günlük seminar proqramı keçirilmişdir. Proqrama Azərbaycanin bütün bölgələrindən və rayonlarından fiziki tərbiyyə və futbol muəllimləri, eləcə də idmansəvər fəal gənclər dəvət olunmuşdu. Layihə ərzində onların həm nəzəri həm də praktiki bilgilərinin artırılması tədbirləri və bir sıra idman xarakterli maarifləndirici tədbirlər həyata keçirilmişdir.
“Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi “Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumu və onun tarixi əhəmiyyəti” adlı məsələyə həsr olunmuşdu. Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini, ictimai fəallığı ilə seçilən ziyalı İsrayıl İsmayılov məruzə etdi.
12 Avqust Beynəlxalq Gənclər günü münasibətilə İsmayılıı rayon Gənclər və İdman İdarəsi rayonun ictimai siyasi həyatinda fəal istirak edən gənclərlə birlikdə Heydər Əliyev adına istirahət parkında açıq hava şəraitində toplaşaraq tədbir keçirmişdir.
İsmayıllı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 08.08.2014 tarixində Kürdmaşı kəndində "Xəmsə" milli intellektual oyunu keçirilmişdir. Oyunun əsas məqsədi gənclərin maarifləndirilməsi, kəndlərdə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi və son zamanlar cəbhədə baş verən hadisələrlə bağlı əsgərlərimizə dəstək olmaq idi. Komandalara əsasən işğal altında olan rayonların adları qoyulmuşdu.