Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qızıl Aypara cəmiyyəti böyük uğurlara imza atmışdır.

06 may 2014 | 15:00

94 illik şanlı, tarixi inkişaf  yolu keçmiş Azərbaycan  Qızıl Aypara cəmiyyəti böyük uğurlara imza atmışdır.
May ayının 5-də Cəmiyyətin İsmayıllı Rayon İcra Hakimiyyəti ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirmişdir.
Azərbaycan QAC-nin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov geniş məruzə ilə çıxış etmiş, Qızıl Aypara Cəmiyyətinin keçdiyi inkişaf yolu barədə məlumat vermiş, Cəmiyyətin fəxri üzvü  olmuş ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından danışmışdır.
RİH-nin başçısı, tanınmış ziyalı, professor Mirdaməd Sadıqov ümummilli liderin cəmiyyətlərə, qeyri-hökumət təşkilatlarına göstərdiyi qayğıdan, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə xüsusi danışmışdır.
Cəmiyyətin 2013-cü ildən həyata keçirdiyi “Təhlükəsiz və möhkəm icmaların qurulması” pilot layihəsi barədə Azərbaycan QAC-nin əməkdaşı Elşən Səlimzadə məlumat vermişdir.
Tədbir iştirakçıları və fəallar mükafatlandırılmış, fəxri fərmanlarla təltif olunmuşlar.
Cəmiyyətin veteranı, tibb bacısı, Qızıl Aypara Cəmiyyətinin həmyaşıdı Şirmayı xanım Mirzəliyeva RİH və QAC tərəfindən mükafatlandırılmışdır.
Tədbirdə filmə baxılmış, konsert proqramı verilmişdir.

Keçidlər