Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı tam orta məktəbində

08 may 2014 | 15:00

7 may 2014-cü il tarixdə A.Aslanov adına 2 saylı tam orta məktəbində Müstəqil Azərbaycan Dövlətinin qurucusu, ümummulli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə  tədbir keçirildi.
Tədbirdə H.Əliyevin şərəfinə yazılmış şeirlər və mahnılar səsləndirildi. Tədbirdə məktəbin direktoru Ramil Dadaşov çıxış edərək bildirdi ki, Heydər Əliyev Azərbaycanın olum və ölüm dilemması qarşısında qalanda xalqa yenidən dayaq oldu. Xalqın gələcəyi üçün lazım olan hər şeyi etdi. O bilirdi ki, dövləti yaşadan, dünyada tanıdan onun əxlaqi və milli dəyərləri, mənəvi keyfiyyətləri, güclü iqtisadiyyatıdır. Dahi rəhbər az qala parçalanıb məhv olmaq  təhlükəsi qarşısında  qalan xalqı özünə qaytardı. Gözəl şairimiz Məhəmməd Hadinin vaxtilə yana-yana dediyi kimi “millətlər içində imzası olmayan” bir xalqı öz siyasəti, güclü təbliğatı, dühası ilə dünyada tanıtdı. Dünya azərbaycanlılarının mənəvi birliyini təmin etdi, onları bir məslək, bir ideya, bir məqsəd uğrunda birləşdirdi.
 Hörmətli prezidentimiz İlham Əliyev onun dövlətçilik siyasətini bu gün uğurla davam və inkişaf etdirir. Ölkəmizdə aparılan abadlıq, quruculuq işləri, xarici ölkələrlə olan  yaxşı əlaqələrimiz, turizmlə bağlı görülən işlər bunu bir daha sübut edir. Xalq, taleyinin inamlı əllərdə olduğunu görür. Biz xalqımızın işıqlı gələcəyinə, ölkəmizin yenidən bütov Azərbaycan olacağına bütün varlığımızla inanırıq.

Keçidlər